Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Suraxanıda 2018-ci ilin doqquz ayının yekunları müzakirə olunub
Tarix: 22.10.2018 | Saat: 19:15:00
Bölmə:Sosial | çapa göndər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqindən irəli gələn vəzifələr Suraxanı Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş iclasında ətraflı müzakirə olunub, qarşıda duran vəzifələr konkretləşdirilib.

Şuranın geniş iclasında məruzə ilə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov vurğuladı ki, 2018-ci il ölkəmiz üçün uğurlu il olub, Azərbaycan öz dinamik inkişafını təmin etmiş və ölkəmiz əmin-amanlıq, sabitlik, təhlükəsizlik şəraitində yaşayıb.
Hesabat dövrü ərzində Suraxanı rayonunun hərtərəfli sosial-iqtisadi inkişafı təmin edilib, 2018-ci ilin 9 ayı ərzində Suraxanı rayonunda ilkin hesablamalara görə sənaye məhsulunun istehsalı 335,5 milyon manat, tikinti təşkilatlarının öz gücləri ilə yerinə yetirdikləri podrat işlərin həcmi 45,6 milyon manat, nəqliyyat xidmətləri 7,7 milyon manat, pərakəndə ticarət dövriyyəsi 595,8 milyon manat olub, orta aylıq əmək haqqı 571 manat təşkil edib, əhaliyə 178,8 milyon manat məbləğində pullu xidmətlər göstərilmiş, 2832 yeni iş yeri açılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev may ayının 22-də növbəti dəfə Suraxanı rayonuna gələrək Qaraçuxur qəsəbəsində “ATEF Şirkətlər Qrupu” MMC tərəfindən inşa edilmiş yüksək gərginlikli avadanlıqlar zavodunun açılışında iştirak edib.
2018-ci ilin 9 ayı ərzində rayon ərazisində ümumilikdə 44,7 min kv.m.asfalt örtüyü çəkilib, Zığ-Hövsan avtomobil yolunun yenidən qurulması işləri davam etdirilib. Yenidən qurulan yolların ətrafının estetik görünüşünün yaxşılaşdırılması məqsədi ilə yolların ətrafında təmir-tikinti, abadlıq işləri aparılır, yaşıllıq zolaqları salınır, yerüstü kommunikasiya xətləri yerin altına salınır və ya nizamlanaraq rənglənir, yeraltı kommunikasiya xətləri təmir edilir və ya dəyişdirilir, küçələrdə müasir avtobus dayanacaqları quraşdırılır, yararsız vəziyyətdə olan mövcud dayanacaqlar isə yeniləri ilə əvəz olunur.
Bundan başqa rayonun mərkəzi küçələrinin estetik görünüşünün yaxşılaşdırılması məqsədi ilə RİH tərəfindən yeni layihələr hazırlanaraq yolların ətrafında yerləşən qeyri-yaşayış sahələrinin, fərdi yaşayış evlərinin və hasarların abadlaşdırılması işləri davam etdirilir.
Əmircan-Qaraçuxur yolunda qanunsuz fəaliyyət göstərən daş-qum bazarı yığışdırılıb, ərazi abadlaşdırılıb.
Bu dövrdə rayonda 20447 p.m. su, 530 p.m. kanalizasiya və 4630 p.m. qaz xətti çəkilib, elektrik yarımstansiyaların binalarında cari təmir işləri aparılıb, 1500 m hava, 4238 m kabel elektrik xətləri çəkilib, 2 ədəd yeni TM quraşdırılıb, istismara yararsız 13 ədəd KTM yeni müasir KTM-lərlə əvəz olunub, bəzi TM və KTM-də güc transformatorları daha güclü transformatorlar ilə əvəzlənib, elektrik hava xətlərinin bəziləri təmir edilib, dirəklər düzəldilib. Görülən işlər nəticəsində rayon əhalisinin 100%-i elektrik enerjisi, 98%-i məişət qazı, 96%-i su ilə təmin olunur.

İstilik sistemlərində təmir-bərpa işləri davam etdirilib, 510 p.m istilik xətti dəyişdirilib, istilik sisteminə qoşulmuş 324 çoxmənzilli yaşayış binası, 34 məktəb, 35 uşaq bağçası və 12 səhiyyə obyektinin hər birinə istilik verilişi təmin olunub. Hal-hazırda 2018-2019-cu illərin istilik mövsümünə hazırlıq işləri başa çatmaq üzrədir.
Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin ikinci layihəsi olan Hövsan Yaşayış Kompleksində binaların tikintisi, Qaraçuxur qəsəbəsində Neftçilər parkının əsaslı təmiri davam etdirilib, 5 abad məhəllə salınıb, Yeni Günəşli “D” yaşayış sahəsində şahmat məktəbi istifadəyə verilib, Səttar Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyanın, 23 nömrəli Şəhər Poliklinikasının Hövsan kənd filialının binaları əsaslı təmir olunub və müasir avadanlıqlarla təchiz edilib. Məcburi köçkünlərin problemlərinin həlli ilə bağlı tədbirlər davam etdirilib, Hövsan qəsəbəsi, Hafiz Quliyev küçəsi 22 saylı yataqxananın yardımçı binasının dam örtüyü təmir olunub, avqust ayında rayonda məskunlaşmış 58 məcburi köçkün ailəsi Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən onlar üçün tikilmiş yeni binalara köçürülüb.
Mənzil fonduna daxil olan çoxmənzilli yaşayış binalarının əsaslı təmiri proqramı davam etdirilmiş, Qaraçuxur qəsəbəsində 49 girişdən ibarət 14 ədəd 9 mərtəbəli çoxmənzilli yaşayış binasında əsaslı təmir işləri başlanılıb, Hövsan qəsəbəsi Oqtay Şabanov küçəsi 20 saylı 5 girişdən ibarət 9 mərtəbəli yaşayış binasında isə girişlərin əsaslı təmiri başa çatdırılıb. Suraxanı RMKTB tərəfindən çoxmənzilli yaşayış binalarında ümumilikdə 32 girişdə təmir işləri yekunlaşdırılıb, 12 girişdə isə təmir işləri hazırda davam edir.

Hesabat dövrü ərzində Suraxanı rayonunda RİH-in təşkilatçılığı və digər qurumların iştirakı ilə bir çox ictimai-siyasi tədbir keçirilib, dövlət bayramları və əlamətdar günlər qeyd edilmişdir.İndiyədək Suraxanı rayonu Heydər Əliyev Mərkəzinin fəaliyyəti ilə 95 minə yaxın yerli və xarici ziyarətçi tanış olub, 250-yə yaxın tədbir keçirilib.
Rayon əhalisinin sosial müdafiəsinin gücləndirilməsi məsələlərinə daim diqqət göstərilib, DSMF-nin rayon şöbəsi tərəfindən bu dövr ərzində 1589 nəfərə sosial yardım təyin edilib, 9959 nəfərə 7,1 milyon manat məbləğində sosial müavinət verilmiş, 168 nəfər tənha, əlil vətəndaşa evlərində sosial xidmət göstərilib, Rayon Məşğulluq Mərkəzi müraciət edən 1439 nəfər vətəndaşdan 429-nu iş ilə təmin edib, 2886 nəfərə peşəyönümü məsləhətlər verilmiş, 60 nəfər işsiz peşə hazırlıq kurslarına göndərilib.
Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən əhalinin məşğulluq səviyyəsinin artırılması məqsədilə işsiz vətəndaşların ödənişli ictimai faydalı işlərə cəlb edilməsi proqramı davam etdirilib, Rayon MKTB-yə 31-i məcburi köçkün olmaqla 850 nəfər, digər qurumlarda 487 nəfər vətəndaş işə qəbul edilib.
Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən 481 nəfər vətəndaş qəbul edilib, 1015 nəfərin iştirakı ilə 32 səyyar görüş-qəbul keçirilib.
Şuranın geniş iclasında Milli Məclisin deputatları Ağacan Abiyev və Fərəc Quliyev iştirak edib.



Bölməyə aid digər xəbərlər
13.11.2018 Sabah qaz olmayacaq

Xəbərə şərh yaz
14.11.2018
13.11.2018
12.11.2018