Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Star” layihəsi həm Türkiyə, həm də Azərbaycana iqtisadi dividentlər gətirəcək” - Millət vəkili
Tarix: 23.10.2018 | Saat: 11:29:00
Bölmə:İqtisadiyyat | çapa göndər

“Star” neft emalı zavodunun açılışı tarixi bir hadisədir. Bu layihə həm Türkiyə, həm də Azərbaycana iqtisadi dividentlər gətirəcək”. Bunu hafta.az-a açıqlamasında Milli Məclisin deputatı Musa Quliyev bildirib.

Millət vəkili vurğulayıb ki, bu cür nəhəng layihələrin reallaşdırılması Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin və hər iki dövlətin liderlərinin güclü siyasi iradəsi nəticəsində mümkün olub: "Bu gün Azərbaycanla Türkiyə bir-birinə sıx şəkildə bağlıdır. Təbii ki, müasir geosiyasi şəraitdə Azərbaycanın etibarlı strateji tərəfdaşı olan Türkiyə ilə münasibətlərin möhkəmləndirilib daha da genişləndirilməsi eyni zamanda ölkəmizin xarici siyasətinin mühüm tərkib hissəsidir. Hər iki ölkənin dövlət və hökumət başçılarının, eləcə də siyasi, iqtisadi, ticarət, elm, təhsil, mədəniyyət və digər sahələr üzrə aidiyyəti qurumlarının rəhbərlərinin qarşılıqlı səfərləri ikitərəfli əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynayır və bütün sahələrdə əlaqələr uğurla inkişaf edərək ölkələrimiz arasında qardaşlıq və tərəfdaşlıq münasibətlərinin yüksək səviyyəyə qalxmasına səbəb olub. Hazırda iki ölkə arasında dostluq münasibətləri digər ölkələr üçün də nümunədir. Bu baxımdan “Star” layihəsinin təkcə iqtisadi əhəmiyyəti deyil, eyni zamanda, çox böyük siyasi və təhlükəsizlik baxımından əhəmiyyəti var. Belə layihələr Azərbaycanın, Türkiyənin, eləcə də digər ölkələrin enerji təhlükəsizliyi üçün böyük təminat verir. Ümumilikdə isə “Star” həm Azərbaycanın, həm də Türkiyənin gələcək inkişafına xidmət edəcək böyük bir layihədir”.
Xatırladaq ki, oktyabrın 19-da Türkiyənin İzmir şəhərində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə STAR zavodunun açılış mərasimi keçirilib. Layihənin ümumi investisiya dəyəri 6,3 milyard ABŞ dolları təşkil edir. STAR Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahibdir. Zavodda istehsal olunacaq məhsullardan biri də dizel yanacağıdır ki, Türkiyə bu məhsulu Hindistan, Rusiya, Avropa ölkələri - Bolqarıstan, Yunanıstan, İtaliyadan, hətta İsraildən idxal edir. Bu ölkələrin isə xam nefti yoxdur, onlar xam nefti alıb emal edərək istehsal edilən dizel yanacağını ixrac edir. İndi isə bu əlavə dəyər Türkiyədə istehsal ediləcək. Türkiyə Azərbaycan münasibətlərində hər iki ölkə qazanacaq. Bu çox önəmlidir. Zavod ildə 10 milyon ton xam neft emal gücünə malikdir. Müəssisə “Urals”, “Azeri Light” və “Kərkük” kimi müxtəlif çeşidli neftlərin emalını həyata keçirə biləcək ən son texnologiya ilə dizayn edilib. Zavodda ildə 1,6 milyon ton nafta, təxminən 5 milyon ton dizel, 1,6 milyon ton təyyarə yanacağı, 300 min ton LPG, 700 min ton neft koksu, 400 min ton qarışıq ksilol, 160 min ton kükürd, 500 min ton reformat istehsal olunacaq. STAR əsas payı SOCAR-a məxsus Türkiyənin yeganə neft-kimya kompleksi olan “Petkim”i xammalla təmin edəcək, Türkiyə bazarında getdikcə artan dizel və təyyarə yanacağı tələbatının bir hissəsini qarşılayacaq, Türkiyənin idxalını 1,5 milyard dollar azaldacaq. Müəssisə Türkiyənin neft məhsullarına olan tələbatının 25 faizdən çoxunu təmin edəcək.
Sevinc



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
17.11.2018
16.11.2018