Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Keşlədə antisanitar yuvasına çevrilmiş yataqxana binası - REPORTAJ
Tarix: 23.10.2018 | Saat: 18:30:00
Bölmə:Reportaj | çapa göndər

Bakı şəhər Nizami rayonu, Keşlə qəsəbəsi, Əzimzadə küçəsindəki 23 saylı beşmərtəbəli yaşayış binasının bir qrup sakini “Həftə içi”nə müraciət edərək bildirib ki, yaşadıqları bina qəzalı vəziyyətdədir, şikayətlərinə isə baxan yoxdur. Qəsəbə sakinlərinin şikayəti ilə bağlı adıçəkilən ünvana üz tutduq. 

23 saylı bina vaxtilə “Zərif” Mahlıc Kombinatının nəzdində yataxana olub, ailəli işçilərə verilib. Hazırda yataqxanada yerli sakinlərlə yanaşı, 10 köçkün ailəsi də məskunlaşıb. Qeyd edək ki, yataqxananın həyəti tamamilə natəmizlik içindədir, elektrik dirəkləri istismar müddətini başa vurmuş çürük ağac dirəklərdir. Baxımsızlıqdan bina yararsız hala düşüb. Blokların, eləcə də mərtəbələrin çöl pəncərə və qapıları çürüyüb. Nəmişlikdən binanın çöl beton divarları ovulub-tökülür, zirzəmi çirkab kanalizasiya suları ilə doduğundan, binanın özülünü yuyub. Bina qəzalı vəziyyətə düşüb. Sakinlərin dediklərinə görə, bina hər an uça bilər. Binanın girəcək qapıları yoxdur. Birinci mərtəbədən beşinci mərtəbəyə kimi qalxan beton pilləkənlər sınıb dağılır.


Xalidə Nəsibova adlı sakin 3-cü mərtəbədə, 310 saylı mənzildə yaşadığını dedi. Onun sözlərinə görə, binanın dam örtüyü təmir edilmədiyindən, yağış suları mənzillərə axır: «Binanın kanalizasiya və su xətləri sıradan çıxıb. Eləcə də bütün mərtəbələrdə mətbəx, sanitar qovşağı yararsız hala düşüb. Mətbəxdə yemək bişirmək üçün heç bir şərait yoxdur. Antisanitar şəraitdə yaşayırıq”.
Digər sakin Əlirəhman Mübariz olğlu Məmmədzadə 309-cu mənzildə yaşadığını dedi: «Ağcaqanad, siçanların əlindən tərpənmək olmur. Gecələr siçovullar mənzillərimizə hücum çəkir. Elektrik naqilləri köhnə və bir-birinə dolaşıq vəziyyətdədir. Üstü açıq olduğundan tez-tez qısaqapanma halları baş verir. İçməli su xətti olmadığı üçün sakinlər həyətdən plastik borularla mənzillərinə su çəkdirib. Hamamın bacası işləmədiyindən, qaz yandırılan kimi, onun zəhərli tüstüsü içəri dolur. Bu səbəbdən, hamamda zəhərlənmə hadisələri baş verir. Yayda hamamda çimərkən dəm qazından zəhərləndim. Əgər yoldaşım vaxtında özünü çatdırmasaydı, həyatımla vidalaşa bilərdim”.


Zəhra Qurbanova 321 saylı birotaqlı mənzildə 8 nəfər ailə üzvü ilə birlikdə qaldığını söylədi. Onun sözlərinə görə, otağın daxili rütubət olduğu üçün, artıq yaşamaq mümkün deyil: «Çünki mənzilimiz sanitar qovşağın divarına çox yaxın olduğundan, çirkab sular beton divarlardan mənzilimizə keçir. Yağışlı günlərdə vəziyyyət daha da acınacaqlıdır. Oğlum Hilal Tahir oğlu Qurbanov 1-ci qrup əlildir. Rütubət və nəmişlikdən böyrəyinin biri sıradan çıxıb. Həkimlər deyir ki, səbəb mənzilinizin rütubətli və nəmişkən olmasıdır. Binanın təmiri ilə 25 saylı Mənzil İstismar Sahəsi məşğul olur. Hər ay bizdən zibil, su, kanalizasiya pulu toplanılır. Üstəlik, əmlak vergisini də MKİS alır. Amma bunun müqabilində gəlib binada heç bir təmir işi aparmırlar. Sakinlər nəyi edirlərdə, öz güclərinə edirlər”.
Sakinlər üzləşdikləri problemlərlə bağlı dəfələrlə müvafiq qurumlara və səlahiyyətli şəxslərə müraciət etdiklərini dedilər. Onların çoxsaylı müraciətlərinə baxılmayaraq, heç bir konkret addım atılmayıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
14.11.2018
13.11.2018