Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
"Babam Qurban Pirimovun sənətini layiqincə davam etdirməyə çalışıram" - MÜSAHİBƏ
Tarix: 24.10.2018 | Saat: 18:30:00
Bölmə:Müsahibə | çapa göndər

Fitri istedad Allah vergisidir, nə yerdən qaynayıb çıxır, nə də ki, ağacdan zənbillə düşür. İnsan doğulanda istedadı da özü ilə birlikdə dünyaya gəlir. İstedad həm də irsidir, nəsildən-nəslə keçir. Korifey sənətçimiz tarzən Qurban Pirimov həm öz dövrünün, həm də bütün zamanların böyük sənətkarı olub. O, nəinki Qafqaz, Şərq ölkələrində, habelə bütün dünyada məşhur olub. Azərbaycanın milli musiqisini, eləcə də tar sənətini bütün dünyaya tanıtdırmışdı. Bu gün doğum gününü qeyd edən Asim Pirimov babasının sənətini davam etdirir.

Asim Pirimov 2004-cü ildə Bakı şəhərində doğulub. Hazırda Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin IX sinfində oxuyur, müəllimi tarzən Elşad Quliyevdən tarın sirlərini öyrənir. Yaşının az olmasına baxmayaraq, muğamlarla yanaşı, dünya klassiklərinin də əsərlərini özünəməxsus istedadı ilə ifa edir.
Asim deyir ki, ata yurdu Ağdamın Gülablı kəndidir. Təəssüflər olsun ki, o gözəl yerləri görmək Asimə hələ ki, nəsib olmayıb.
- Asim, necə oldu, sən tar sənətini seçdin?
- Musiqi sənəti bizdə irsəndir. Hələ kiçik yaşlarımda Xalq artistləri Ramiz Quliyev, Ağasəlim, Möhlət kimi tanınmış tarzənlərin ifalarına dönə-dönə qulaq asardım. O cür sənətçilərin tarda ifaları məni bu sənətə bağlayırdı. Sonradan biləndə ki Qurban Pirimov mənim babam olub, qarşıma məqsəd qoydum ki, bu sənəti davam etdirim.
- Hansı muğamı və klassik əsərləri ifa edə bilirsən?
- Bütün muğamları tarda bacardığım qədər ifa edirəm. Xalq mahnıları və muğamlarla yanaşı, klassik əsərləri də ifa edirəm. Dahi bəstəkarımız Üzeyir Hacıbəyovun “Koroğlu” operasını, Qara Qarayevin “Don Kixod”, Nazim Əliverdibəyovun “Qaytağı”, Azər Rzayevin “Düşüncə” əsərlərini ifa etmişəm.
- Bir gənc tarzən kimi, respublikada, eləcə də beynəlxalq müsabiqə və festivallarda iştirak edirsənmi?


- Müsabiqələrdə yetərincə iştirak edirəm. Şərt müsabiqə və festivallara qatılmaq deyil. Əsas odur ki, həmin yarışlarda gözəl ifa etmək və qalib gəlməkdir. Qeyd edim ki, ilk dəfə 2015-ci ildə “Milli musiqi alətlərimizi unutmayaq” layihəsinə qatıldım. Həmin tədbirdə “Bayatı-Şiraz” muğamını ifa edib, layihənin sertifikatını aldım. 2016-cı ildə 3-cü Respublika Elmi İfaçılıq Müsabiqəsinə qatıldım. Münsiflər heyətini Xalq artisti tanınmış tarzən Ramiz Quliyev,məşhur kamança ifaçısı Nazim Əsədullayev və tarzən Ümid İbrahimov kimi sənətçilər təmsil edirdi. Ramiz Quliyev kimi korifey sənətçinin qaршысында tarı sinəyə basıb çalmaq elə də asan deyildi. Böyük həyəcan keçirir, barmaqlarım titrəyirdi. Lakin özümü cəmləyib həmin müsabiqədə Nazim Əliverdibəyovun “Qaytağı” və Q. Qarayevin “Yeddi gözəl” baletindən “Gözəllər gözəli”ni ifa etdim. İfam münsiflər heyətinin çox xoşuna gəldi və 3-cü yerə layiq görüldüm.
Bu müsabiqədən sonra öz üzərimdə daha çox çalışmağa başladım. Тarzən olmaq elə bir sənətdir ki, gərək, hər gün onun üzərində işləyəsən, bütün günü məşq edəsən. Dahi bəstəkarların klassik əsərlərini öyrənib, onları yaşаya-yaşаya öz ifa tərzini və bacarığını ortaya qoymaqla ifa etməlisən. Əsərləri çox sənətçilər çalıb, amma sən elə ifa etməlisən ki, ifan digərlərindən seçilsin. Tar sehrli bir alətdir. Ona çox bağlandıqca, onun sehrli dünyasına bir o qədər daxil ola bilirsən.
Musiqi ucu-bucağı görünməyən sonsuz bir dünyadır. Sehrinə daldıqca, o səni bir xəyal kimi arxasınca aparır. Kamil sənətkar olmaq üçün gərək aramsız məşqlər edəsən. Hər ifanla yeniliklər gətirməlisən. Gərək bu sənətə ürəyini qoymağı bacarasan.
Сənət aləmində hərənin öz yolu olmalıdır. Müsabiqələrdəki uğurlarımla, yaşımın az olmasına baxmayaraq, sənət aləmində get-gedə tanınmağa başlayıram. Bir sözlə, uğurlarım məni daha da bu sənətə bağlayır, daha da ruhlandırır.


2017-ci ildə qardaş Türkiyənin Koğalı şəhərində 41 ölkənin musiqiçilərinin iştirakı ilə keçirilən uluslararası “Cocuq” festivalında Azərbaycanı təmsil edən 10 nəfər iştirakçının içində mən də vardım. Adıçəkilən festivalda “Yaşa Azərbaycan” mahnısını ifa etdim və diploma layiq görüldüm. Eləcə də həmin ildə Gürcüstanda keçirilən “Harura” Beynəlxalq Müsabiqəsində Azərbaycanı mən təmsil edirdim. Adıçəkilən müsabiqədə muğamın “Çahargah” rəngini ifa edib, birinci yerə çıxdım və “Qızıl medal”la vətənə qayıtdım. Bu, mənim musiqi sənətində ilk qələbəm idi. 2018-ci il martın 28-də italyanların Azərbaycanda keçirdiyi “Testeni Art Baku” müsabiqəsində isə Azər Rzayevin “Düşüncə” və J. Bizenin “Karmen” operasından üvertura ifa edib, ikinci yerə layiq görüldüm.
2018-ci ildə uğurlarım daha çox olub. Belə ki, bu yaxınlarda – oktyabr ayının 3-dən 17-nə kimi Türkiyədə “Kaspi Art” uluslararası sənət yarışmasında iştirak etdim və yarışmanın qalibi olaraq, birinci yerə layiq görüldüm. Гazandığım bu uğurlara görə müəllimim Elşən Salmanova minnətdaram. O, üzərimdə bir müəllim kimi çox zəhmət çəkmişdir. Çalışacağam, gələcəkdə babam Qurban Pirimovun sənətini layiqincə davam etdirim.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
14.11.2018
13.11.2018