Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Dəmir İpək Yolu” ilə 1 ildə 110 min ton yük daşınıb
Tarix: 01.11.2018 | Saat: 15:06:00
Bölmə:Siyasət | çapa göndər

DÜNYA, Türkiyə
31.10.2018

Keçən il istifadəyə verilmiş Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu ilə ötən 1 ildə 110 min ton yük nəql edilib.

Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsinin ildönümü münasibətilə aparılmış araşdırma göstərib ki, bu yol Avropa ilə Orta Asiya, Çinlə Yaxın Şərq regionları arasında ən sərfəli, etibarlı və əlverişli marşrutdur.

BTQ vasitəsilə Qazaxıstan ilə Türkiyə arasındakı 4 min 700 kilometrlik məsafədə reallaşan yükdaşıma Xəzər dənizindəki vəziyyətdən asılı olaraq, təxminən 180 saatda başa çatır. Bu yolla bu günədək 116 qatarla ümumilikdə 110 min ton yük daşınıb. Proses Türkiyə-Gürcüstan-Azərbaycan-Qazaxıstan-Rusiya-Türkmənistan-Özbəkistan-Qırğızıstan-Çin və Çin-Avropa istiqamətlərində davam edir.

Bu yolla Türkiyə-Azərbaycan-Qazaxıstan arasında qarşılıqlı olaraq həftədə üç qatar gedib-gəlir. Türkiyədən Qazaxıstan, Azərbaycan, Gürcüstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və Rusiyaya inşaat materialları, qida məhsulları, təmizlik və kənd təsərrüfatı məhsulları daşınır. Adıçəkilən ölkələrdən isə Türkiyəyə taxıl, dəmir, sink kimi məhsullar gətirilir.

60 ölkə faydalanır

Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin əhəmiyyətli hissəsini təşkil edən və Çindən Avropaya uzanan “Orta dəhliz”lə Türkiyədən başlayaraq, növbə ilə Gürcüstan, Azərbaycan, Xəzər dənizi vasitəsilə Türkmənistan, Qazaxıstan və Çin Xalq Respublikasına çatmaq mümkündür. Bu dəhlizdən birbaşa və dolayı yolla faydalananan ölkələrin sayı 60-a çatır.

BTQ-nin daha effektli və məhsuldar fəaliyyətini təmin etmək məqsədilə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyinin rəhbərliyi altında tədbirlər görülür. Məsələn, artıq daşınan mallara görə gömrük əməliyyatlar “sadələşdirilmiş üsul” çərçivəsində reallaşdırılır. Beləliklə, gömrük proseduru 60 konteyner daşıyan hər qatar üzrə 10-15 dəqiqə qısalıb.

Bundan başqa, regionun dəmir yolu idarələrilə, logistika sektoru ilə sıx əməkdaşlıq edən Türkiyə Dəmir Yolları İdarəsi BTQ-nin keçdiyi ölkələrlə “Orta dəhliz”ə üzv ölkələrə məqbul tariflərin tətbiqini təmin edib. Bububla da daşıyıcıların bu xəttə marağı artıb.

Türkiyə Dəmir Yolları Çin, Qazaxıstan, Xəzər dənizi hövzəsi, Azərbaycan və Gürcüstandan keçən, daha sonra Türkiyə vasitəsilə Avropa ölkələrinədək uzanan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu Birliyinə üzv də olub. Bununla da bu xəttin təsir dairəsi daha da genişlənib. Hazırda Türkiyə Dəmir Yolları İdarəsinin yük daşımaları üzrə direktoru Veysi Kurt birliyin idarə heyətində təmsil olunur.

Hədəf 17 milyon ton yükün daşınmasıdır

Digər tərəfdən, gələn il Marmaray layihəsinin tamamlanması ilə Çindən Londona dəmir yolu ilə fasiləsiz yük daşınması mümkün olacaq. Beləliklə, Çinlə Avropa ölkələri arasında məhsulların ünvanına çatdırılması daha qısa zamanda reallaşacaq.

Bu arada Çon tərəfindən tarixi İpək Yolunun bərpası məqsədilə 2013-cü ildə irəli sürülmüş “Bir kəmər, bir yol” layihəsi də daşımalarla yanaşı, iqtisadi, siyasi, ictimai və mədəni sahələri əhatə edən çoxtərəfli layihə kimi, region ölkələri tərəfindən böyük dəstək görür. Asiya, Avropa və Afrika qitələri boyunca uzanan bu yol Şərqi Asiya ölkələrini Avropa ilə birləşdirir. Çin paytaxtı Pekinlə İngiltərənin paytaxtı Londonu Türkiyə vasitəsilə bağlamağı hədəfləyən xəttin ən əhəmiyyətli hissəsini isə yenə də Bakı-Tbilisi-Qars dəmir yolu təşkil edir.

BTQ ilə orta müddətdə ilə 3, uzaq perspektivdə isə 17 milyon ton yükün daşınması planlaşdırılır.

Türk dilindən tərcümə -

www.worldmedia.az



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
18.11.2018
17.11.2018