Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Karateçilərimiz 24-cü dünya çempionatına yola düşür
Tarix: 02.11.2018 | Saat: 11:10:00
Bölmə:İdman | çapa göndər

Karateçilərimiz Madriddə keçirilən 24-cü dünya çempionatına yola düşür. Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun rəhbərlik etdiyi inzibati heyətdə birinci vitse-prezident Fərid Əsgərov, vitse-prezident Rəhman Hətəmov, Baş katib MirHəsən Seyidov, Baş hakim və beynəlxalq hakim Cahangir Babayev, Media və ictimaiyyətlə işlər katibi Sənan Məhərrəmov, həkim Pərvin Əkbərov yer alıb.

Azərbaycan Milli Karate Federasiyasından hafta.az-a verilən məlumata görə, iki ildən bir keçirilən dünya çempionatında 20 idmançımız iştirak edəcək. 10 fərdi çəki dərəcəsi və kata yarışlarından başqa, karateçilərimiz kişi və qadınların komanda kumite çıxışlarında, eləcə də kişilərin komanda kata turnirində mübarizə aparacaq. Baş məşqçilər Şahin Xudaverdiyev (kişilər), Anar Allahverdiyev (qadınlar), Vahid Ayvazov (kata), o cümlədən böyük məşqçilər Qurban Tağıyev, Seymur Hüseynov, Rəşad Hüseynov, məşqçi Denis Morozov, fiziki hazırlıq üzrə məşqçi Oqtay Məmmədov kumite və kata yarışlarında milli komandamızı müşayiət edəcəklər.

Fərdi yarışlara Firdovsi Fərzəliyev (-60 kq) Rafiz Həsənov (-67 kq), Rafael Ağayev (-75 kq), Ayxan Mamayev (-84 kq), Şahin Atamov (+84 kq), Roman Heydərov (kata), həmçinin Neda Rezai (kata), Nuranə Əliyeva (-50 kq), İlahə Qasımova (-55 kq), Fəridə Abiyeva (-61 kq), İrina Zaretska (-68 kq) və Fəridə Əliyeva (+68 kq) daxil edilib. Komanda kumite yarışlarında onlara Pənah Abdullayev, Turqut Həsənov, Murad Hacızadə və Asiman Qurbanlı da qatılacaq. Komanda kata turnirində isə Rövşən Əliyev, İsmayıl Quliyev və Tural Balcanlıdan ibarət heyət çıxış edəcək. Onlardan başqa Sahib Əhədov, 33 ölkədən 106 idmançının qatılacağı para-karate üzrə dünya çempionatına qatılacaq.

Karate üzrə 24-cü dünya çempionatında rekord sayda, 140 ölkədən 1147 idmançı iştirak edəcək. Onlar həmçinin Tokio olimpiadasına lisenziya verən reytinq xalları uğrunda mübarizə aparacaqlar. İctimai Televiziya və Radio Yayımları Şirkəti dünya çempionatının finalları və bürünc medal görüşlərini, eləcə də mükafatlandırma mərasimlərini canlı yayımlayacaq. İspaniyanın paytaxtına 3 noyabrda yola düşən heyət 13 noyabr tarixində Bakıya dönəcək.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
14.11.2018
13.11.2018
12.11.2018
“Azərbaycan Aşot Smbatyanla bağlı məsələni diqqətdə saxlamalıdır” – Sahib Alıyev
Gələn il dövlət büdcəsinin gəlirləri artacaq - Samir Şərifov
"Dövlətin sosial siyasətinin əsasında insan amili və onun rifahı dayanır" - Millət vəkili
BANM-də Avropa İttifaqının layihəsi müzakirə olunub
Dünya şöhrətli professor ölkəmizdə aparılan islahatları izlədiyini bildirib
Təmas xəttində növbəti monitorinq keçiriləcək
“Bakcell”in dəstəyi ilə keçirilmiş M.A.P. Festivalı teatr həvəskarlarına unudulmaz təəssüratlar bəxş edib
TAP-ın inşası 2020-ci ildə başa çatacaq
Gürcüstandan mobil telefonların qanunsuz keçirilməsinin qarşısı alınıb
Qış aylarında elektrik enerjisi ilə təchizatda heç bir problem olmayacaq - "Azərişıq"