Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Azərbaycan sərhədini pozan əcnəbilər saxlanıldı
Tarix: 03.11.2018 | Saat: 10:29:00
Bölmə:Bölgə Hadisə | çapa göndər

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin mühafizəsinin təmin edilməsi məqsədilə qeyri-leqal miqrasiya qarşı mühafizə tədbirləri davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən hafta.az-a verilən məlumata görə, oktyabrın 31-də saat 19:15 radələrində Biləsuvar rayo­nunun Biləsuvar kəndinin ərazisində Azərbaycan Respublikasından İran İslam Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 3 nəfər Banqladeş Xalq Respublikası vətəndaşı - 1991-ci il təvəllüdlü Hossain MD Kamran, 1982-ci il təvəllüdlü Mollah Salım, 1988-ci il təvəllüdlü Hovlader Abdul Ali, həmçinin niyyətləri İrandan Türkiyəyə getmək olan sər­həd pozucularına dövlət sərhədini keçməyə vasitəçilik edən Biləsuvar ra­yonu Əskərabad kənd sakini 1966-cı il təvəllüdlü Hüseynov Rasət Qəh­rəman oğlu DSX əməkdaşları tərəfindən saxlanılıblar.

R.Hüseynov törətdiyi cinayət əməlini etiraf edərək, hadisədən bir ne­çə gün öncə Banqladeş Xalq Respublikası vətəndaşlarını yaxın qohumu­nun işlədiyi Biləsuvar rayonu ərazisindəki otellərin birində yerləşdirərək müəy­­yən məbləğ qarşısında əcnəbi vətəndaşları qeyri-qanuni yolla İran İs­lam Respublikası ərazisinə keçirməyə cəhd etməsini qeyd edib.

Fakt üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
14.11.2018
13.11.2018