Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Bu il fiziki məhdudiyyətli şəxslərə 23,7 min reabilitasiya vasitəsi verilib
Tarix: 03.11.2018 | Saat: 13:03:00
Bölmə:Foto-fakt | çapa göndər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən cari ildə ümumilikdə 7 mindən çox əlilliyi olan şəxsə və sağlamlıq imkanları məhdud uşağa 23,7 min müxtəlif reabilitasiya vasitəsi verilib.

Bu barədə hafta.az-a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Bildirilib ki, bu istiqamətdə xidmət göstərilənlərdən 900 nəfərə yaxını Qarabağ müharibəsi əlili olub.

Məlumata görə, əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara təqdim edilən reabilitasiya vasitələrindən 1006-sını əlil arabası təşkil edib.

Digər reabilitasiya vasitələri aşağı və yuxarı ətraf, həmçinin döş protezlərindən, bel və boyun nahiyəsi üçün korsetlərdən, protez və ortopedik ayaqqabılardan, dördayaqlı dayaq vasitələrindən, qoltuqaltı və dirsəkaltı ağaclardan, əsalardan və s. ibarət olub. Fiziki məhdudiyyətli şəxslərin müraciətləri əsasında 546 reabilitasiya vasitəsi təmir edilərək yenidən sahiblərinə təqdim edilib.

Reabilitasiya vasitələri ilə təmin edilmək üçün özlərinin (yaxud yaxınlarının) Bakıya, Protez-Ortopedik Bərpa Mərkəzinə gəlmək imkanı olmayan insanlara bu vasitələrin elə yaşadıqları rayonlara və şəhərlərə, hətta bir hissəsinə evlərinə aparılaraq verilməsi həyata keçirilib. Ölkəmizin 50-dən çox rayon və şəhərində bu məqsədlə səyyar xidmətlər göstərilib.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.12.2018
18.12.2018