Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Ermənistan prezidentinin təyyarəsi də əlindən alındı
Tarix: 04.11.2018 | Saat: 16:41:00
Bölmə:İrəvandan xəbər var | çapa göndər

Ermənistan prezidenti Armen Sarkisyanın aparatı "Airbus” təyyarəsindən məhrum edilib, dövlət başçısının xərcləri isə 741 milyon dram (1,5 milyon dollar) azaldılıb.

Virtualaz.org xəbər veirr ki, bu barədə erməni KİV-lərinin nümayəndələrinə Ermənistan prezident aparatının yeni rəhbəri Emil Tarasyan danışıb. Gələn il üçün dövlət büdcəsinin layihəsinin təqdimatında o əlavə edib ki, təyyarədən imtina onun saxlanmasına və istifadəsinə xərclənən 200 milyon drama qənaət etməyə imkan yaradacaq.

Eyni zamanda, prezident aparatına nəqliyyat vasitələrinin yanacağı üçün ayrılan vəsait 10 milyon dram ixtisara düşüb. Tarasyanın sözlərinə görə, 2019-cu il üçün prezidentin xərclər büdcəsi 1,183 milyard dram (2,4 milyon dollardan artıq) nəzərdə tutulub ki, bu da 2018-ci ildəki analoji göstəricinin 61,5%-ni təşkil edir.

Prezident aparatının rəhbərinin bildirdiyinə əsasən, bununla birlikdə, əməkdaşların əməkhaqları və bonusları üçün nəzərdə tutulmuş xərclər 532 milyon dram azaldılacaq. Gələn il daha böyük ixtisarlar gözlənilir, çünki qanunla indiki 180 əməkdaşın əvəzinə 159 ştat vahidi nəzərdə tutulur.

"Yalnız bir maddə - aparatın kadrlarının ixtisasartırması üçün nəzərdə tutulmuş vəsaitlərdə 5 milyon dram artım planlaşdırılır”, - Tarasyan deyib.

Ermənistan parlamentinin dövlət-hüquq məsələləri və insan haqlarının müdafiəsi daimi komitəsinin sədri Gevork Kostanyan qeyd edib ki, xərclərin bu cür azaldılması təbiidir, belə ki, prezidentin hazırkı səlahiyyətləri əvvəkilərdən fərqlidir.

Xatırladaq ki, Ermənistanın dördüncü prezidenti Armen Sarkisyan vəzifələrinin icrasına 2018-ci ilin aprel ayında başlayıb. Həmin vaxt ölkə parlament idarəçiliyi sisteminə keçid edib və yeni qanunvericiliyə əsasən, hakimiyyətin əsas vasitələri prezidentin deyil, baş nazirin əlindədir.

Qeyd etmək yerinə düşər ki, bəzən prezident Armen Sarkisyanın xidməti maşını da əlindən alınır. Belə ki, avqust ayında Almaniya kansleri Angela Merkelin Ermənistana səfəri zamanı A.Sarkisyanın xidməti zirehli BMW 750 avtomobili qonağın ixtiyarına verilmişdi. Prezidentin özü isə həmin gün şəxsi "Cadillac Escalade” yolsuzluq maşınından istifadə etməli olmuşdu.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
14.11.2018
13.11.2018