Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“ Bu fərman dilimizə olan münasibətin göstəricisidir” – Fəzail İbrahimli
Tarix: 06.11.2018 | Saat: 12:56:00
Bölmə:Siyasət | çapa göndər

“Ölkə prezidenti İlham Əliyev “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərmanını çox yüksək qiymətləndirirəm. Tək mən yox, bütün Azərbaycan vətəndaşları bu fərmanı yüksək qiymətləndirir, çünki bu dilimizə olan münasibətin göstəricisidir”.

Bunu hafta.az-a açıqlamasında millət vəkili Fəzail İbrahimli deyib. Millət vəkilinin sözlərinə görə, bu tək bir ölkə başçısının dövlət dili ilə bağlı fərmanı deyil, eyni zamanda prezidentin bir vətəndaş kimi öz milli dəyərlərinə, xüsusən də dilə olan istəyinin ifadəsidir: “Çünki prezidenti heç kim məcbur etmir ki, bu xarakterli bir fərman imzalasın. Deməli, bu içəridən gələn bir vətəndaşlıq mövqeyidir. Azərbaycan dilində danışan, təhsil alan və öz dilini yüksək səviyyədə bilməklə yanaşı, xarici dilləri də öyrənən hər kəs bunu alqışlayır. Bu fərman Azərbaycan dilinində danışmağı bilməyənlər üçün problem yaradacaq. Ona görə də hər kəs öz dilində sərbəst danışmağı bacarmalıdır. Fikrini səlis şəkildə ifadə etməlidir. Üstəlik, öz dilini bilməklə yanaşı, hər hansı bir xarici dildə danışmağı bacarırsa, artıq bu daha möhtəşəmdir. Bir dil biləndən daha yüksək mövqedə duracaq. Azərbaycanda dillə bağlı, öz doğma dilində sərbəst danışa bilməyənlərlə əlaqəli müəyyən problemlər var. Bu mənada ölkə başçısının sərəncamını yüksək qiymətləndirirəm”.

Millət vəkili ölkə paytaxtında və əyalətlərdə reklam lövhələrinin əcnəbi dildə olmasının da onu narahat etdiyini vurğulayıb: “Bizim Bakı şəhərinə baxın. Demək olar ki, reklam lövhələrinin hamısı xarici dildə əks olunub. Bakıya daxil olanda elə bilirsən ki, Avropanın hansısa şəhərindəsən. Mənə elə gəlir ki, adıçəkilən fərman bu məsələlərin də həllinə rəvac verəcək bir addımdır. Dil millətin sərvəti və göstəricisidir. Ulu öndər də bu məsələlərlə bağlı bir sıra fərmanlar verib. Azərbaycan dilinin təssübkeşi kimi həmişə bu məsələlərə önəm verib. Cənab prezident də həmin düşüncələri, həmin dəst-xətti davam etdirir. Çox yüksək səviyyəli bir sərəncamdır. Dövlətini, millətini sevən bir şəxsin içərisindən gələn duyğuların səlahiyyətləri daxilində ifadəsidir”.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
14.12.2018
13.12.2018
Rusiyadan gələn Azərbaycan vətəndaşında ov silahı aşkarlanıb
"Azərpoçt"un filialından seyf oğurlanıb
Sabah yağış yağacaq - Proqnoz
NATO Müdafiə Kollecinin nümayəndə heyəti Azərbaycana gəlib
“Ermənistan yeni sosial partlayışa hamilədir” – Bəhruz Quliyev
Abşeronda şəhid ailələrinə, Qarabağ müharibəsi və 20 Yanvar əlillərinə 145 mənzil təqdim edilib
Putin təbrik məktubu göndərməməklə Paşinyanı aşağılayır - Ermənistan mətbuatı
Avtomobildə 8 kq-dan çox tiryək aşkar edilib
Bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün daha əlverişli vəziyyət yaranıb - Prezident
2018-ci il Azərbaycan üçün çox uğurlu il olub, o cümlədən idman sahəsində ölkəmiz böyük uğurlar əldə edib - İlham Əliyev
Gülxar Həsənovanın 100 illiyi qeyd ediləcək
“Ermənistan təyyarələri sərhədimizi pozan kimi vurulmalı idi”- Deputat
“Telekanallara senzura qoymaq məsələsi bütün dünyada var” – Aqil Abbas
“Xalqımız bu tarixi hadisə ilə fəxr etməlidir” – Elman Məmmədov
Lənkəran sakinlərindən ov tüfəngləri götürülüb
İbtidai sinif müəllimləri imtahana çəkilir
““Qlobal Terrorizm İndeksi” də göstərir ki, Azərbaycanda çoxtəminatlı sabitlik var” – Millət vəkili
“Psixoloji yardım haqqında” qanun qəbul edilib
“Azərbaycanın “Qlobal Terrorizm İndeksi”ndə mövqeyini daha da yaxşılaşdırması reallığı və ölkəmizin prinsipial mövqeyini əks etdirir” – Vüqar Rəhimzadə
Abşeron gömrük postuna hər hansı təyinat olmayıb - DGK