Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Azərbaycan turizmin çox böyük potensiala malik olduğu bir ölkədir - EKSPERT
Tarix: 06.11.2018 | Saat: 12:43:00
Bölmə:İqtisadiyyat | çapa göndər

Gələn ay Azərbaycanda qış turizminə start veriləcək. Qeyd edək ki, bir çox dünya ölkələrində qaynar turizm mövsümü kimi yay fəsli qəbul edilsə də, sərt qış aylarının yaratdığı üstünlüklərdən yararlanaraq istirahətin “dadını çıxarmaq” istəyənlərin sayı ilbəil artır.

Məsələn, Dünya Turizm Təşkilatının statistikasına əsasən, hər il dünyada səyahət etmək istəyənlərin təxminən 30-35 faizi istirahət mərkəzlərinə məhz qış ayında üz tuturlar. İsveçrə, Skandinaviya ölkələri, Çexiya, ABŞ, Kanada və Rusiya qış turizminin inkişaf etdiyi ölkələr sırasındadır.
Turzim üzrə mütəxəssislərin fikrincə, son illərdə vətəndaşların xüsusilə qış fəslində müraciət etdikləri ölkələrin sayı azalıb. Buna səbəb dünyada gedən iqtisadi böhran, Avropa və Şərq ölkələrində vəziyyətin qeyri-sabit olmasıdır. Eyni zamanda bu il xaricə üz tutan insanların əvvəlki illərlə müqayisədə sayının daha da azalacağı gözlənilir. Əvvəlki illərdə vətəndaşlarımız qış aylarında ən çox Türkiyəyə, Birləşmiş Ərəb Əmirliklərinə, Fransaya, Çexiyaya, Almaniyaya üz tuturdularsa, bu il həmin ölkələrə səyahətlərin azalacağı gözlənilir. Çünki həmin ölkələrdə qiymətlərin baha olması insanları uzaq yerlərə səyahət planından çəkindirir. Azərbaycanda qış turizmindən söhbət düşəndə şübhəsiz ki, ilk ağıla gələn Qusar və Qəbələ rayonlarında yaradılan Qış-Yay Turizm Kompleksi yada düşür. Məsələn, ötən il təkcə “Şahdağ” Turizm Mərkəzini 120 000-dən çox turist ziyarət edib. Bu, turizm mərkəzinin fəaliyyət dövrü müddətində bu günə qədər olan rəqəmlər sırasında rekord saydır. Turistlərin 50 faizə qədərini xarici turistlər təşkil edib. Onların arasında isə ən çox Birləşmiş Ərəb Əmirlikləri, Rusiya, Səudiyyə Ərəbistanı, Qətər, Böyük Britaniya və Küveyt kimi ölkələrdən olan turistlər üstünlük təşkil edib.

Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov deyib ki, Azərbaycan turizmin çox böyük potensiala malik olduğu bir ölkədir. O bildirir ki, ölkəmiz Qafqazda turizm potensialına görə, birinci yerdədir: “Son illər turizm sektorunun inkişafı üçün infrastrukturlar tikilib. Bundan başqa regionlarda yeni hava limanlarının, olimpiya komplekslərinin tikilməsi də turist axınına hesablanmış işlərdir.Yeni marşrutlar işlənib, yeni ekskursiya bələdçiləri hazırlanıb. Bütün bunlar turizm potensialının artırılmasıdır. Təbliğata gəlincə, Azərbaycan bütün xarici sərgilərdə iştirak edir, mədəniyyət günlərinə qatılır. Ancaq Cənub Şərqi Asiya, Latın Amerikası, Afrika ölkələrində də reklamlar vasitəsilə təbliğat aparılmalıdır. Qəbələ artıq beynəlxalq tədbirlərə ev sahibliyi edir. Orada turizm üçün bütün perspektivlər var. Yəni Azərbaycanın bu bölgəsi artıq turist məkanına çevrilib. Bütün bölgələrimizi bu səviyyəyə çatdırmaq mümkündür. Bu məqsədlə Azərbaycanın milli mətbəxini, mədəniyyətini, qonaqpərvərliyini, 9 iqlim qurşağını təbliğ etməklə turist sayını artıra bilərik. Azərbaycana turist cəlb etmək baxımından xaricdəki səfirliklərimizin üzərinə də böyük məsuliyyət düşür. Bu qurumlar Azərbaycanı gözəl təbliğ etməklə əcnəbilərin ölkəmizə axınını gücləndirə bilər. Avropa oyunlarından sonra ölkəmizə gələn turistlərin sayı daha da artacaq. Çünki bu gözəllikləri görən turist ölkəsinə qayıdanda istər-istəməz Azərbaycanı təbliğ edəcək".

Ekspert vurğulayıb ki, artıq Azərbaycan ilboyu turizm mövsümünün olduğu bir ölkəyə çevrilib: “Təbii ki, ölkəmizdə qış turizminin genişləndirilməsi üçün də kifayət qədər imkanlar var. Müşahidələr onu göstərir ki, Azərbaycanda həm yay, həm də qış turizminin inkişaf etdirilməsi istiqamətində kifayət qədər işlər görülüb. Nəticədə ölkəyə gələn turistlərin sayı əhəmiyyətli dərəcədə artıb. Eyni zamanda, qış turizminin yeni növləri yaradılıb. Hazırda Qusar və Qəbələ qış turizminin əsas mərkəzi hesab edilir. Düşünürəm ki, Qax rayonunda da bu cür infrastuktur yaratmaq üçün kifayət qədər imkanlar mövcuddur. Əgər qış turizmi üçün nəzərdə tutulan mərkəzlərin sayı çox olarsa, bu turistlərin sayına da müsbət təsir göstərə bilər. Müşahidələrə görə, ötən ilə nisbətən bu il qış turizmi ilə bağlı ölkəmizə gələn turistlərin sayının daha da artacağı gözlənilir. Artıq dekabrda qış turizminin açılışı olacaq. Bununla bağlı yerli turizm şirkətləri xarici tərəfdaşlara ölkəmizdə qış turizminə dair turpaketləri göndərməyə başlayıb. Dünyada ən populyar qış turizmi məhz xizəksürmədir ki, Azərbaycanda hər il bu sahə inkişaf edir, daha peşəkar xizəkçilər ölkəmizə təşrif buyururlar”.
Azərbaycana qış aylarında daha çox hansı ölkələrdən turistlərin üz tutduğuna gəlincə, ekspert deyib ki, bu siyahıya Birləşmiş Ərəb Əmirliklərindən və Rusiyadan gələn turistlər başçılıq edir: “Müşahidələr onu göstərir ki, hər il bu ölkələrdən gələn turistlərin sayı sürətlə artır. Təbii ki, bu turizm sektorundan ölkəyə daxil olan gəlirlərin artması deməkdir. Digər tərəfdən əvvəlki illərlə müqayisədə turizm sektorunda peşəkarlıq səviyyəsi də yüksəlib. Hazırda bu sahədə daha peşəkarlar çalışırlar. Bu isə o deməkdir ki, gələcəkdə ölkəmizə səfər edən turistlərin sayı daha da artacaq”.

Ölkəmizin turizm sahəsindən əldə etdiyi vəsaitlərin həcminə gəlincə, mütəxəssis bu gəlirlərin ilbəil artdığını vurğulayıb. Yeri gəlmişkən, Amerikanın reytinq agentliyi “Howmuch” ötən il turistlərin müxtəlif ölkələrə səfərləri zamanı xərclədiyi pulla bağlı araşdırma aparıb. Araşdırma zamanı yalnız turistlərin pul xərcləməsi deyil, onların sayı da müəyyənləşdirilib. Məlum olub ki, çoxlu sayda turist qəbulu ev sahibliyi ölkənin çox pul qazanacağı anlamına gəlmir.
Cənubi Qafqazda turizmlə bağlı liderliyə sahib olan Azərbaycan və Gürcüstan buna nümunə ola bilər. “Howmuch”ın məlumatına görə, ötən il Azərbaycana 2 milyon 454 min turistin səfər etməsi nəticəsində ölkə 3 milyard dollar qazanıb. Lakin Gürcüstana daha çox sayda turist səfər etsə də, ölkə 2 milyard 751 milyon dollar gəlir əldə edib. SSRİ ölkələri arasında ən çox turist axını Rusiya Federasiyasına olub ki, bunun nəticəsində ölkə 8 milyard 945 milyon dollar qazanc qazanıb. Daha sonra liderliyi Azərbaycan və Gürcüstan tutur.
Beləliklə, postsovet məkanında Azərbaycan turizmdən əldə olunan gəlirlər baxımından ikinci yerdədir. Gürcüstanda turistlərin sayı çox olsa da, Azərbaycan bu sahədən daha çox qazanıb. Türkiyə Respublikası ötən il turizm sahəsindən 22 milyard 478 milyon qazanaraq, 7 milyard 775 milyon üstünlüklə Misiri qabaqlayıb. Reytinqin ilk onluğunda ABŞ 211 milyard dollar, İspaniya 68 milyard, Fransa 61 milyard, Tailand 57 milyard, Böyük Britaniya 51 milyard, İtaliya 44 milyard, Avstraliya 42 milyard, Almaniya 40 milyard, Makao 36 milyard, Yaponiya isə 34 milyard dollar qazanmaqla yerləri bölüşdürüblər.

Sevinc



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
14.12.2018
13.12.2018
Putin təbrik məktubu göndərməməklə Paşinyanı aşağılayır - Ermənistan mətbuatı
Avtomobildə 8 kq-dan çox tiryək aşkar edilib
Bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün daha əlverişli vəziyyət yaranıb - Prezident
2018-ci il Azərbaycan üçün çox uğurlu il olub, o cümlədən idman sahəsində ölkəmiz böyük uğurlar əldə edib - İlham Əliyev
Sərhəd zastavasının ərazisində gizlədilən qaçaqmal pirotexniki vasitələr aşkarlanıb
Kanalda batan 60 yaşlı qadın axtarılır
İlham Əliyev Esmiralda Ələkbərovaya fəxri ad verib
Prezident Xətai Rayon İcra Hakimiyyətinin başçısını vəzifəsindən azad edib
Azərbaycanın idman mütəxəssislərinə Prezidentin fərdi təqaüdü və fəxri ad verilib - Siyahı
İlham Əliyev Ərdoğana başsağlığı verib