Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Ölkə prezidentinin son fərmanının böyük əhəmiyyəti var” - Dilçilik İnstitutunun direktoru
Tarix: 06.11.2018 | Saat: 13:04:00
Bölmə:Gündəm Sosial | çapa göndər

“Əsas problemlər dilin saflığının qorunması ilə bağlıdır. Daha doğrusu, ölkə prezidentinin dilimizin saflığının qorunması ilə bağlı verdiyi fərmanın əsas məqsədi yerli-yersiz əcnəbi sözlərin işlədilməsinin, fonetik, leksik, qrammatik normaların pozulmasının, reklamlarda, elanlarda, afişalarda, internet resurslarındakı reklam daşıyıcılarında ədəbi dilin normalarının pozulmasının qarşısını almaqdır”.

Bunu hafta.az-a açıqlamasında filologiya elmləri doktoru, professor, Nəsimi adına Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu deyib. Nəsimi adına Dilçilik İnstitutunun direktorunun sözlərinə görə, bu məsələ ölkə prezidentinin 9 aprel 2013-cü il tarixli sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair dövlət proqramı”nda öz əksini tapmışdı. Həmin dövlət proqramının tələblərinə əsasən biz Nəsimi adına Dilçilik İnstitutunda bir şöbə yaratdıq. Həmin şöbə Monitorinq şöbəsidir: “Bu şöbənin əsas vəzifəsi kütləvi informasiya vasitələrində, reklamlarda, elanlarda, saytlarda, televiziyada və radioda dil pozuntularının qarşısını almaqdır. Bu şöbənin işçiləri əsasən maarifləndirmə işləri aparır. Bu yöndə öz ideyalarını təklif edirlər. Yəni, müştərək işləmək, onlara kömək məqsədi ilə müəyyən işləri görmək təklifləri hazırlayırlar. Bizdə həm də 2016-cı ildən qaynar xətt fəaliyyət göstərir. Buraya insanlar gördükləri, rastlaşdıqları dil pozuntuları ilə bağlı zəng edirlər. Tutaq ki, ictimai iaşə obyektlərinin adlarında, elanlarda hər hansı bir yanlışlığı görən kimi müraciətlərini ünvanlayırlar. Amma bu fərmana qədər həmin faktların qarşısını almaq üçün bizim elə bir ciddi səlahiyyətimiz yox idi. Yalnız maarifləndirici tədbirlər görə bilərdik. Bu işi də aparırdıq. Bu baxımdan ölkə prezidentinin son fərmanının böyük siyasi əhəmiyyəti var. Belə ki, Azərbaycan Dövlət Dil Komissiyasının yanında yaradılacaq Monitorinq Mərkəzinin bilavasitə funksiyası bu pozuntuların qarşısını almaqdır”.

Ekspertin sözlərinə görə, dilin saflığını qorumaq həm də dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsinə öz töhvəsini verməkdir: “Həmin fərmanın yeddinci maddəsində belə bir qeyd var;  bu da qanunvericilik aktlarında dəyişikliklə bağlı təkliflər təqdim olunmaqla bağlıdır. Bu o deməkdir ki, ola bilsin ki, bizim monitorinq mərkəzinə də müəyyən səlahiyyətlər verilsin. Yəni, mərkəz dil pozuntularının qarşısını almaq üçün müəyyən cəza tədbirlərinə də əl ata bilər. Təbii ki, bu son vasitədir. İlk növbədə maarifləndirmə işlərini aparmaq, gücləndirmək lazımdır”.

Möhsün Nağısoylu televiziya, radio və mətbuat sahəsindəki dil qüsurlarına da toxunub. Dilçilik İnstitutunun direktoru bildirib ki, rəhbərlik etdiyi qurum bununla bağlı tədbirlər planı hazırlayacaq. Belə ki, adıçəkilən qurumlarda işçiləri işə götürərkən onların ədəbi dilin incəliklərini, dil biliklərini yoxlamaq üçün imtahan götürmələri, bununla əlaqədar müəyyən tədbirlərin görülməsi həmin planda öz əksini tapacaq: “Attestasiya keçirilməlidir. Peşəkarlıq məsələsinə diqqət yetirilməlidir. Həqiqətən də televiziyalarda həm fonetik, həm leksik, həm də qrammatik formalar pozulur. Fonetik norma ən çox vurğu məsələsində pozulur. Yəni, televiziya işçiləri başqa dillərin təsiri ilə öz sözlərimizin vurğusunu düz demirlər. Düzgün tələffüz etmirlər. Leksik normalar da tez-tez pozulur. Bəzən dialekt sözlər işlədilir. Efirlərdə rus sözləri baş alıb gedir. Özüm bir neçə gün əvvəl televiziyada “sumka”, “propka”, “poet” kimi sözlərə rast gəldim. Halbuki dilimizdə tıxac sözü var, “propka”nın əvəzinə tıxac sözünü işlətməliyik. Bu söz artıq ədəbi dilə də daxil olub. Yaxud da “vopşe”nin yerinə ümumiyyətlə sözünü istifadə etmək lazımdır. Burada məsuliyyət, həm də dilə sevgi məsələsi var. Amma istər dövlət qulluğuna, istərsə də televiziya kanallarına işə götürülərkən ilk növbədə peşəkarlıq səviyyəsi yoxlanılmalıdır. Eyni zamanda, dilə bələdilik, dili mükəmməl bilmək bacarığı yoxlanılmalı və bununla bağlı rəy verilməlidir. Ondan sonra həmin şəxslər işə qəbul edilməlidir. Mənə elə gəlir ki, bu qurum da bütün bunların qarşısını almaq üçün müəyyən tədbirlər görəcək. Həmin tədbirlərin sırasında inzibati cəza tədbirləri də ola bilər. Reklam agentlikləri reklamı yaymamışdan qabaq çarxı həmin quruma göndərməlidir. Onlar da rəy verməlidir. Bunlar mənim ehtimallarımdır. Mütləq bu yöndə işlər görülməlidir”.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
14.12.2018
13.12.2018
Putin təbrik məktubu göndərməməklə Paşinyanı aşağılayır - Ermənistan mətbuatı
Avtomobildə 8 kq-dan çox tiryək aşkar edilib
Bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün daha əlverişli vəziyyət yaranıb - Prezident
2018-ci il Azərbaycan üçün çox uğurlu il olub, o cümlədən idman sahəsində ölkəmiz böyük uğurlar əldə edib - İlham Əliyev
Sərhəd zastavasının ərazisində gizlədilən qaçaqmal pirotexniki vasitələr aşkarlanıb
Kanalda batan 60 yaşlı qadın axtarılır
İlham Əliyev Esmiralda Ələkbərovaya fəxri ad verib
Prezident Xətai Rayon İcra Hakimiyyətinin başçısını vəzifəsindən azad edib
Azərbaycanın idman mütəxəssislərinə Prezidentin fərdi təqaüdü və fəxri ad verilib - Siyahı
İlham Əliyev Ərdoğana başsağlığı verib