Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Azərbaycan iqtisadiyyatında dayanıqlılıq tam təmin olunub”
Tarix: 07.11.2018 | Saat: 14:30:00
Bölmə:İqtisadiyyat | çapa göndər

2019-cu ildə Azərbaycanda keçiriləcək maliyyə və vergi siyasətinin əsas məqsədlərindən biri iqtisadiyyata xarici makroiqtisadi təhdidlərin təsirinin qarşısını almaq olacaq. Trend-in məlumatına görə, bunu parlament komitələrinin birgə iclasında büdcə müzakirələri zamanı maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, prioritetlər arasında Azərbaycanın əsas ticarət tərəfdaşlarının valyutalarının zəifləməsi fonunda idxalın artması və ixracın azalması üzrə risklərin qarşısının alınması da var: “Eyni zamanda büdcənin sabitliyi, orta müddətli dayanıqlılıq da böyük əhəmiyyət kəsb edir. 2019-cu və növbəti illərdə dövlət və icmal büdcələri yeni büdcə qaydalarına uyğun hazırlanacaq”.

Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən keçmiş maliyyə naziri Fikrət Yusifov deyib ki, ölkəmizdə həyata keçirilən islahatlar nəticəsində Azərbaycan iqtisadiyyatında dayanıqlılıq tam təmin olunub: “Azərbaycan bu gün sözün əsil mənasında dinamik bir inkişaf dövrünü yaşayır. İndi ölkəmizin iqtisadi və maliyyə dayanaqlığı elə bir səviyyəyə yüksəlib ki, o dünyanın iqtisadi, maliyyə müstəvisində baş verən hər hansı bir təlatümləri özündən yan keçirə bilmək şanslarına malikdir. Dünya iqtisadiyyatında baş verən son olaylar da bunu bir daha sübut etdi. Ölkə başçısının müəyyən etdiyi uğurlu daxili və xarici siyasət strategiyası reallaşdırıldıqca Azərbaycan iqtisadi sahədə ciddi uğurlar qazanmaqla paralel dünyanın siyasi müstəvisində samballı söz sahibinə çevrilir. Bizim siyasi uğurlarımızın kökündə iqtisadi uğurlarımız dayanır. Belə ki, təkcə bu ilin 9 ayında bizim iqtisadiyyatımız, 0,8 faiz, onun qeyri-neft sektoru 1 faiz, sənaye istehsalı 2 faiz, qeyri-neft sənayesi 10,8 faiz, kənd təsərrüfatı isə 4,3 faiz artıb. İqtisadiyyatın qeyri-neft sektorunun bu iki aparıcı sahəsində əldə olunan uğurlar Azərbaycanda sənayeləşmə və aqrar sektora dövlət qayğısının məntiqi nəticəsidir.

Ötən doqquz ayda ölkədə inflyasiya cəmi 2,6 faiz olduğu halda əhalinin gəlirləri 9,5 faiz artmışdı. Yəni, əhalinin gəlirləri inflyasiyanı 3,6 dəfədən çox üstələmişdi. Bu göstərici özlüyündə Azərbaycanda makroiqtisadi vəziyyətin sabitliyinin təzahürüdür. Azərbaycan manatı artıq ötən ilin aprel ayından başlayaraq il yarım ərzində tam sabitlik nümayiş etdirir. Qonşu ölkələrdə milli valyutalar ətrafında baş verən ucuzlaşmalar fonunda Azərbaycan milli valyutasının bu qədər sabit qalması ilin doqquz ayında ölkə iqtisadiyyatına 9 milyard dollar sərmayə qoyuluşunu şərtləndirən başlıca səbəblərdən biridir. Milli valyutanın sabitliyi olmayan bir ölkədə nə yerli nə də xarici investorlar yatırımlar etmir. Çünki qeyri-sabitlik şəraitində bu çox riskli bir addım hesab olunur. Ən önəmli olan budur ki, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində hökumətin gördüyü tədbirlər öz bəhrəsini investisiyalar sahəsində də verməyə başlayıb. Belə ki, ötən 9 ay ərzində iqtisadiyyata edilən 9 milyard dollar yatırımın 5,6 milyard dolları və ya 62 faizindən çoxu qeyri-neft sektoruna qoyulub. İqtisadiyyata yatrımların bu şəkildə şaxələndirilməsi iqtisadiyyatımızın özünün də tez bir zamnda şaxələndirilməsinə gətirib çıxaracaq. Digər tərəfdən Azərbaycanın maliyyə dayanaqlılığını təmin edən valyuta ehtiyatlarımız əlavə olaraq 3 milyard dollar artaraq 45 milyard dollara çatıb. Xarici ticarət dövriyyəmiz 37 faiz, qeyri-neft ixracımız isə təxminən 14 faiz arta bilib”.

Ekspert vurğulayıb ki, ölkə iqtisadiyyatında əldə olunan uğurlar beynəlxalq maliyyə qurumlarının da diqqət mərkəzindədir. Onun sözlərinə görə, nüfuzlu maliyyə təşkilatlarının hesabatlarında Azərbaycanın mövqeyini ilbəil yaxşılaşdırması ölkəmizdə həyata keçirilən islahatların nəticəsidir: “Məsələn, bu yaxınlarda Dünya Bankının "Doing Business 2019" hesabatında Azərbaycanın 25-ci yerdə qərarlaşaraq MDB ölkələri arasında ən yüksək yerə layiq görülməsi heç də təsadüfi deyil. Təbii ki, Azərbaycanda gedən islahatlar - xüsusilə 2015-ci ilin sonlarından ölkədə post-neft dövrünün başlandığı elan edildikdən sonra başlayan iqtisadi islahatlar iqtisadiyyatın real sektorunun sürətli inkişafını təmin etməyi hədəfləmişdi. Neftin qiymətlərinin kəskin azalmasından sonra Azərbaycan hökumətinin müəyyən etdiyi sürətli iqtisadi islahatlar strategiyasına yüksək qiymət verənlərdən və onu ilk dəstəkləyənlərdən biri də məhz Dünya Bankının rəhbərliyi olmuşdu. Onlar hələ islahatların başlanğıc mərhələsində Azərbaycan hökumətinin bu addımlarını başqa neft ölkələrinə nümunə göstərərək, bu yolda ölkəmizə yaxın dəstəkçi olduqlarını da bəyan etmişdilər. Dünya Bankı dünyanın ən nüfuzlu maliyyə institutudur. Onun hesabatını heç bir təşkilatın hesabatı ilə müqayisə etmək mümkün deyil. Azərbaycanın bu hesabatda ən çox islahat aparmış bir ölkə kimi qeyd edilməsi beynəlxalq müstəvidə bu informasiyanı alan hər bir tərəf üçün ciddi bir siqnaldır və Azərbaycanın uğurlarına qara yaxmaq istəyənlərə tutarlı cavabdır. Bu onu göstərir ki, Azərbaycan öz iqtisadi strategiyasını düzgün müəyyən edib və onu tam doğru bir yolla irəliyə aparır. Sözsüz ki, 2019-cu ildə də bu uğurlar davam edəcək. Gələn il ilk növbədə vergi islahatlarının aparılacağı nəzərdə tutulub. Eyni zamanda, biznes mühitinə çox ciddi bir dövlət dəstəyi olacaq. Yəni, növbəti ildə biz daha böyük iqtisadi uğurlara şahid olacağıq”.

Sevinc



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
11.12.2018
10.12.2018