Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Ağdam” deyə-deyə əbədiyyətə qovuşdu Surxay…
Tarix: 06.11.2018 | Saat: 19:15:00
Bölmə:Sosial | çapa göndər

Vaxtilə Ağdam tək musiqi beşiyi deyildi. Ağdam həm də ziyalılar vətəni olub. Respublikanın adlı-sanlı ziyalıları, yazarları məhz Qarabağda, Ağdamda yetişib. Onlardan biri də tanınmış jurnalist-publisist Surxay Əlibəyli idi.

Əvvələr onun bir ziyalı,yazar kimi adını eşitsəm də, üzünü görməmişdim, Eşitmişdim ki, çox istedadlıdır. Çox savadlıdır. Bütün dünya ədəbiyyatını və onun tarixini, xüsusilə də mədəniyyətini gözəl bilir. Heç kim ədəbiyyat sahəsində onunla mübahisə apara bilməzdi və bilməyəni də başa salardı. Surxay Ağdamda orta məktəbi bitirəndən sonra, indiki Bakı Dövlət Unverstitetinin filologiya fakültəsində təhsil alıb, əmək fəaliyyətinə Milli Elmlər Akademiyasından başlayıb. Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəylə yaxınlıq edib. Əqidə birliyi olduğuna görə, sonralar bu yaxınlıq ailəvi dostluğa çevrilib, Ali məktəbdə oxuduğu illərdə Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparmaq istəyən gənclərin gizli təşklatına qoşulanlardan biri də Surxay olub. Buna görə də o, sovet dövlət təhlükəsizliyi orqanları tərəfindən nəzarətə götürülüb. Sonra Ağdama qayıdaraq, uzun illər burada mədəniyyət sahəsində çalışıb, şəhər mədəniyyət evinin müdiri, mədəniyyət və istirahət parkının direktoru vəzifələrində işləyib.
1988-1993-cü illərdə xalq hərəkatının fəal üzvlərindən, Ağdamda ilk müstəqil demokratik qəzetin nəşrinin təşkilatçılarından biri olub.

Məcburi köçkün kimi Bakı şəhərində məskunlaşdıqdan sonra burada bir sıra qəzetlərlə əməkdaşlıq edib, Qarabağın tarixi və insanları haqqında çoxsaylı yazılar yazıb, “Ağdamım – qibləgahım” adlı üçcilidlik çap etdiib. Bu onun keçdiyi yol idi.
Amma onunla tanışlığım 1995-ci ilin payızından başladı. Həmin illər biz qarabağlılar üçün ağır idi. Kənd-kəsəyimiz işğal olunmuşdu, İsti komasını, ev-eşiyini itirmiş qohum-əqrəba isə hara gəldi üz tutaraq çətin həyat tərzi sürürdü, biz də həmçinin. Tək ümid yerimiz tanınmış yazıçı, millət vəkili Ağil Abbasa qalmışdı. Gedib ona sığındıq və rəhbərlik etdiyi “Ədalət” qəzetində işlədik özü də bir ailə kimi. Bəlkə də ailə mehribançılığı bizim kollektiv qədər yox idi. Aqil Abbas da torpaq itkisinin nə olduğunu bilirdi. Qoynunda boy atıb böyüdüyü Ağdam, Qarabağ ağrılarına dözmürdü, hətta saçları da vaxtsız ağarmışdır. Ağdam kimi bir elini itirmişdir, Onun da valideynləri və yaxın qohumları Ağdamdan köçüb Aqil müəllimin başına toplaşmışdılar. Elə həmin günlərdə “Həftə içi” qəzetinin Baş redaktoru Sevinc Seyidova, “Respublika” qəzetinin əməkdaşı Möhtərəm Rəcəbova, “Respublika” qəzetinin bölgə müxbiri Salman Alıoğlu, “Təzadlar” qəzetinin Baş redaktoru Asif Mərzili, Azərbaycan Həmkarlar İttifaqının mətbuat katibi Nazim Ağamirov, Nicat və digər köçkün ağdamlı həmkarımla, eləcə də Surxay müəllimlə tanış oldum. Ağdamlı olduğumu görüb çox sevindi. O mənimlə çox səmimi görüşdü.

Surxayla yoldaşlığımız və dostluğumuz da elə həmin dövrlərdən başladı. Çox mehribam adam idi. Səmimiyyəti ilə seçilərdi. On il işlədiyimiz müddətdə kollektivdə heç kəsin xətrinə dəyməmişdi. Aqil Abbas bir ağsaqqal kimi, Surxayın xətrini çox istəyirdi. Onun sözünü iki eləməzdi. Surxay ən çox Qarabağ bölgəsindən, məcburi köçkünlərin həyatından, erməni vəhşiliklərindən. Qarabağın müdrik ağsaqqallarından, elm və sənət adamlarından, şəhidlərindən, torpaqlarımızın bütövlüyü uğrunda şücaət göstərən Milli Qəhrəmanlarımızın döyüş yollarından yazardı.
Qarabağ ağrıları, Ağdam, Şuşa həsrəti ilə yaşayırdı. Ürəyində Ağdam, Şuşa, Qarabağ böyda sağalmaz yarası vardı Surxayın. O Ağdamın adı ilə, ziyalıları ilə həmişə fəxr edər və ağdamlı, Qarabağ ləhcəsi ilə danışıb deyərdi: “Əgər torpaqlarımız azad olsa, Bakıdan bir baş piyada Ağdama gedəjəm və dizimi yerə qoyub o müqəddəs torpağı dilmlə yalayajam. Çox təəssüf olsun ki, dediyi arzuya yetişə bilmədi, Ömrünün 69-cu payızında “Ağdam”, “Şuşa” deyə-deyə əbədiyyətə qovuşdu Surxay.
Allah rəhmət eləsin!



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
11.12.2018
10.12.2018