Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
25 min sakinin içməli su problemi həll edilib
Tarix: 06.11.2018 | Saat: 19:30:00
Bölmə:Sosial | çapa göndər

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq içməli su çatışmazlığının müşahidə edildiyi kənd və qəsəbələrin su təchizatının yaxşılaşdırılması tədbirləri davam etdirilir.

”Azərsu” ASC-dən “Həftə içi”nə verilən məlumata görə, kəndlərdə yeni içməli su təchizatı sistemlərinin yaradılması ölkə başçısı İlham Əliyevin “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 09 aprel 2018-ci il tarixli Sərəncamı, eləcə də dövlət investisiya proqramı çərçivəsində həyata keçirilməklə ümumilikdə 19 rayonunun 41 yaşayış məntəqəsini əhatə edir.
Hazırda 13 rayonun 30 kəndində işlər “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Sərəncam, 6 rayonun 11 kəndində isə dövlət investisiya proqramı çərçivəsində həyata keçirilir. Layihələrə əsasən, bu kəndlərdə 14 subartezian quyusu qazılması, 7 ədəd su anbarının, 414 km müxtəlif diametrli su xətlərinin tikintisi, 9 ədəd su qülləsinin, 4 ədəd nasos stansiyasının, əhalinin ümumi istifadəsi üçün 1359 bulağın quraşdırılması, mövcud 4 su anbarın yenidən qurulması nəzərdə tutulub.

Qısa müddətdə həyata keçirilən tikinti-quraşdırma işləri nəticəsində 9 ədəd subartezian quyusu qazılıb, 318 km su xətti çəkilib və 913 bulaq quraşdırılıb. Ötən müddətdə 25-dək kənddə yeni şəbəkələrin və bulaqların quraşdırılması işləri yekunlaşıb. Bu kəndlərin 14-nə içməli suyun verilməsi təmin edilib, qalan kəndlərdə son tamamlama işləri aparılır. Layihələrin icrası nəticəsində Oğuz rayonunun Astarxanovka, Vladimirovka, Qarabulaq, Ağstafa rayonunun Yeni Gün, Masallı rayonunun Məmmədxanlı, Göyçay rayonunun İkinci Ərəbcəbirli, Şəmkir rayonunun Tatarlı, Qusar rayonunun Aşağı Ləyər, Xızı rayonunun Yeni Yaşma, Ağcabədi rayonunun Taxtakörpü, İsmayıllı rayonunun Zoğallıq, Quba rayonunun Ağbil, Talabıqışlaq və Digah kəndlərində 25 min nəfərin içməli su problemi həll edilib. 2018-ci ilin sonunadək digər kəndlərə də içməli suyun verilməsi təmin ediləcək.
Ümumilikdə bu layihələrin icrası nəticəsində 19 rayonunun 41 yaşayış məntəqəsində 58 mindən çox sakinin içməli su təchizatı yaxşılaşdırılacaq.
Xatırladaq ki, “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Prezident Sərəncamına uyğun olaraq 2017-ci ildə 28 rayonun 170 kəndində layihələr icra olunub və 271 min nəfərin keyfiyyətli içməli suya çıxışı təmin edilib.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
21.05.2019
20.05.2019
Kiyev universitetində alban-udi xristian icmasının rəhbərləri ilə görüş keçirilib
Mədəniyyət və incəsənət xadimlərinə mükafatlar təqdim olunub - FOTO
"Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlıqda maraqlıdır" - Əli Əhmədov
Üç rayon üzrə səyyar qəbul keçiriləcək
Həcc ziyarətinə getmək istəyənlərin sayı artır
İdman və həvəskar balıq ovu üçün balıqovlama biletinin alınması tələb olunmur - ETSN
Ermənistan və Azərbaycan substantiv danışıqlara başlamalıdır - Məmmədyarov
Ceyranbatanda su kəmərində axıntı olub, təmir bu gün başa çatacaq - Azərsu
“Üç-beş nəfər qaragüruhçunun törətdiyi əməllərin heç bir nəticəsi ola bilməz” – Nəsib Məhəməliyev
Leyla Əliyeva "Pekin Ekspo 2019" Botanika Sərgisində Azərbaycan pavilyonunun rəsmi açılışında - FOTO