Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Bakıda iki aydır küçələrdə yaşayan uşaq üzə çıxdı - GÜNÜN TƏZADLARI
Tarix: 06.11.2018 | Saat: 20:00:00
Bölmə:Günün təzadları | çapa göndər

“Baku TV” əməkdaşları paytaxt küçələrində yaşayan bir uşaq barədə reportaj hazırlayıb. Hafta.az bu haqda Musavat.com-a istinadla xəbər verir. Özünün dediyinə görə, Vahid iki aydan çoxdur ki, Bakının 9-cu mikrorayon ərazisində çöldə yaşayır. Onun valideynləri Qazax rayonunda olur. Bir neçə ay əvvəl atası tərəfindən döyülərək Bakıya göndərilib. Səbəb isə Vahidin az pul dilənməsi olub. Vahid bir neçə dəfə uşaq evində olduğunu deyib. Ona gün ərzində yemək, isti paltar və pul verənlər isə yaxınlıqda işləyən dönərxanalarda çalışanlar və taksi sürücüləridir. İnanırıq ki, müvafiq qurumlar məsələni nəzarətə götürəcək və Vahidi uşaq evinə təhvil verəcəklər.


Prezidentə qarşı sui-qəsd cəhdi oldu


Fransa prezidenti Emmanuel Makrona qarşı sui-qəsd törətməyi planlaşdıran 6 nəfər tutuldu. Hafta.az yazır ki, “Report” bu haqda “BFMTV” yə istinadla xəbər verir. Məlumatı Fransanın Təhlükəsizlik üzrə Baş İdarəsi yayıb. Sui-qəsdi radikal qüvvələrin tərəfdarlarının planlaşdırdığı ehtimal olunur. Onların tutulması üçün Fransanın İzer, İl və Vilen, Mozel rayonlarında əməliyyat keçirilib. Paris prokurorluğu faktla bağlı araşdırmalara başlayıb. Saxlanılan şəxslər cinayətkar qruplaşma yaratmaqda şübhəli bilinirlər.


Baş nazirin iqamətgahında meyit tapıldı


Fransanın baş naziri Eduar Filippin Parisdəki iqamətgahında qvardiyaçının meyiti aşkar olundu. Hafta.az Musavat.com-a istinadla yazır ki, meyit iqamətgahda videomüşahidəyə cavabdeh olan 45 yaşlı kişiyə məxsusdur. Cəsədin yanında onun xidməti silahı da olub. Əsas fərziyyəyə görə, qvardiyaçı intihar edib.


Bakıda sərnişin avtobusu hərəkətdə olarkən təkərləri çıxdı və...


Paytaxtda 26 saylı marşrut üzrə hərəkət edən avtobus qəzaya uğradı. Hafta.az-ın “Report”a istinadla yaydığı xəbərdə deyilir ki, hadisə metronun "Gənclik" stansiyasının yaxınlığındakı tuneldə baş verib. Qəza zamanı avtobusun arxa sol təkərləri yerindən çıxıb. Xoşbəxtlikdən həmin vaxt avtobusda sərnişin olmayıb. Hadisə nəticəsində Atatürk prospekti-"Gənclik" istiqamətində avtomobillərin hərəkətində sıxlıq yaranıb.


Ayının gözündə katarakta əməliyyatı aparıldı


Yaponiyanın Hokkaydo prefekturasında yerləşən heyvanxanada 10 il əvvəl görmə qabiliyyətini itirmiş qara Asiya ayısının gözündə aparılan katarakta əməliyyatı nəticəsində o sağaldı. Hafta.az AZƏRTAC-a istinadal xəbər verir ki, Nobita adlı ayı Hokkaydo prefekturasının Noboribetsu şəhərindəki heyvanxanada yaşayır. Onun gözündə əməliyyat iyunda Rakuno Qakuen Universitetinin və heyvanxananın baytar həkimləri tərəfindən Ebetsu şəhərində aparılıb. Baytar həkimlərin sözlərinə görə, əməliyyat uğurla başa çatıb və ağırlaşma verməyib. Heyvanxananın əməkdaşları bildiriblər ki, Nobita hazırda heç bir çətinlik çəkmədən yeməyini tapır və ətrafda baş verənləri izləyir.


Ağsuda nənə və ata iki əkiz qız uşağını satmaq istədi


“Space TV”də Amil Xəlilin təqdimatına yayımlanan "Gəl dərdini danış” sosial-kriminal layihədə dəhşətli anlar qeydə alındı. Hafta.az Unikal.org-a istinadla xəbər verir ki, teleaparıcının Ağsudan çəkdiyi görüntülər izləyənləri heyrətləndirib. Belə ki, verilişə müraciət edən Ağsu sakini Simuzər xanım iki əkiz qız uşağı doğduğu üçün qaynanasının onu evdən qovduğunu bildiirib. Əsl səbəb isə hər kəsi şoka salıb. O bildirib ki, keçmiş əri və qayınanası qızları satıb ev almaq niyyətində imiş. Gəlinin anası da deyilənləri təsdiq edib. "Qızıma qaynanası Dünyabəyim deyib ki, gəl uşaqları sataq sizə ev alaq..”Qarşı tərəf də eyni iddianı gəlin və ailəsinə yönləndirib. Qaynana gəlinin uşaqları atıb getdiyini bildirib…
Qeyd edək ki, Simuzər xanımın həyat yoldaşı daha əvəl də evli olub. Birinci evliliydən olan uşağın birinə qaynana baxsa da, digər uşağa görə ailə oğlunun birinci arvadına aliment ödəyir. Üstəlik nikah dövründə alınan ev bölünməyib, şərtsiz olaraq birinci xanıma verilib…
Məsələ bununla da yekunlaşmır. Teleaparıcı hər iki tərəfin məhkəmədən narazı olduğunu, əsas da icraçıların bu işə səhlənkar yanaşdığını bildirib.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
14.12.2018
13.12.2018
Bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün daha əlverişli vəziyyət yaranıb - Prezident
2018-ci il Azərbaycan üçün çox uğurlu il olub, o cümlədən idman sahəsində ölkəmiz böyük uğurlar əldə edib - İlham Əliyev
Sərhəd zastavasının ərazisində gizlədilən qaçaqmal pirotexniki vasitələr aşkarlanıb
Kanalda batan 60 yaşlı qadın axtarılır
İlham Əliyev Esmiralda Ələkbərovaya fəxri ad verib
Prezident Xətai Rayon İcra Hakimiyyətinin başçısını vəzifəsindən azad edib
Azərbaycanın idman mütəxəssislərinə Prezidentin fərdi təqaüdü və fəxri ad verilib - Siyahı
İlham Əliyev Ərdoğana başsağlığı verib
Piyadanı avtomobil vurub öldürdü
Mərkəzi Bankı Rəqəmsal Transformasiya Planı hazırlayacaq