Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
"Bizim həyət" layihəsi çərçivəsində daha bir həyət abadlaşdırılıb
Tarix: 07.11.2018 | Saat: 10:20:00
Bölmə:Sosial | çapa göndər

IDEA İctimai Birliyinin və "Cavan" Gənclər Hərəkatı İctimai Birliyinin birgə təşkilatçılığı və Bakı şəhəri rayonlarının İcra hakimiyyətlərinin dəstəyi ilə təmirə ehtiyacı olan həyətlərin abadlaşdırılmasına yönəlmiş "Bizim həyət" layihəsi uğurla davam edir.

Hafta.az yazır ki, “Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılan daha bir həyət sakinlərin istifadəsinə verilib. Yenilənən həyət Xətai rayonu, Afiyyəddin Cəlilov küçəsi 11, Fəzail Bayramov küçəsi 5, Firuz Qənbərov küçəsi 6 və Serqey Senyuşkin küçəsi 10 ünvanlarda 600 nəfər sakinin yaşadığı 4 ədəd beş mərtəbəli binaları əhatə etməkdədir. "Bizim həyət" layihəsinin əsas məqsədi ekoloji cəhətdən təmiz və abad həyətlərin modelləşdirilməsi, yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır.

Bakı Şəhər İcra Hakimiyyətinin strukturlarının dəstəyi ilə "Bizim həyət" layihəsi çərçivəsində abadlaşdırılan ümumi sahəsi 6500 kv.metr olan həyətdəki binalarda əsaslı təmir və yenidənqurma işləri həyata keçirilib. Binaların girişləri əsaslı təmir olunmuş, giriş qapıları müasir standartalara uyğun olaraq yeni kod tipli qapılarla əvəz olunub, girişlərdəki köhnə pəncərələr yeniləri ilə dəyişdirilib, binaların kürsü hissəsi aqlay üzlük daşı ilə üzlənərək fasadları əsaslı təmir edilib. Binaların girişlərindəki sakinlər tərəfindən quraşdırılmış qeyri-qanuni tikililər sökülərək girişlər əvvəlki vəziyyətinə gətirilib. Həyətdə yerləşən xeyir-şər evi əsaslı təmir olunaraq sakinlərin istifadəsinə verilib.

Həyətdə səkilərə 680 metr uzunluğunda yeni səki daşları düzülüb, köhnə asfalt örtüyü qaşınaraq 3500 kvadratmetrə yaxın yeni asfalt örtüyü salınıb. Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, əlavə olaraq 50 ədəd ağac əkilib, 600 kvadratmetrə yaxın ərazidə yaşıllıq zolağı salınıb. Sakinlərin asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə yeni söhbətgah, idman qurğuları, uşaqlar üçün uşaq əyləncə mərkəzi quraşdırılıb və döşəməsi rezin örtüklə örtülüb. Bu cür meydançaların salınmasında əsas məqsəd gənclərin sağlam həyat tərzi sürmələrinə, sağlamlıqlarını möhkəmlədirmələrinə, asudə vaxtlarını səmərəli keçirmələrinə, o cümlədən onlarda sistematik idmanla məşğulolma refleksinin yaradılmasına nail olmaqdır. Həyətə yeni müasir tipli oturacaqlar qoyulub, müasir işıqlandırma sistemi və təhlükəsizlik kameraları quraşdirilıb.

Qeyd edək ki, “Bizim həyət” layihəsinə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə start verilib. Sakinlərin istifadəsinə verilmiş həyət layihə çərçivəsində abadlaşdırılan yeddinci həyətdir.

Sözügedən layihənin Bakının bütün rayonlarında həyata keçirilməsi nəzərdə tutulur.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.05.2019
22.05.2019
Kiyev universitetində alban-udi xristian icmasının rəhbərləri ilə görüş keçirilib
Mədəniyyət və incəsənət xadimlərinə mükafatlar təqdim olunub - FOTO
“Sazişdə əsas məqam Avropa Birliyi tərəfindən Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi olacaq” – Aydın Mirzəzadə
Metro çıxışlarında kəskin qoxulu səyyar köşklərə kimlər nəzarət edir? - FOTOLAR
“Azərbaycanı istəməyən qüvvələr ideoloji təxribatla məşğul olurlar" - FƏZAİL İBRAHİMLİ
Azərbaycanda maliyyə texnologiyalarının tətbiqini genişləndirmək lazımdır Vüsal Qasımlı
Əmək məzuniyyətinin verilmə vaxtı dəyişdirilə bilər - Nazirlik
Avropa İttifaqının Biznes Missiyası Lənkərana səfər edib
Prezident İlham Əliyev Çexiya Radek Vondraçekin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - FOTO
Ötən il Azərbaycanla Çexiyanın ticarət dövriyyəsinin həcmi 57 faiz artıb
Azyaşlılar arasında zərərli vərdiçlər artır - Təhlükə
Prezident BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsini qəbul edib
Televiziyalarda milli-mənəvi dəyərlərlə, Qarabağla bağlı verilişlər diqqət mərkəzində olmalıdır - Deputat
Milli Məclisdə qazdan istifadəyə qoyulan limitin artırılması təklif olunub
Azərbaycan indi inkişafın yeni mərhələsindədir və bundan sonra iqtisadi artım çox sürətli olacaq - İlham Əliyev
Mənzildən 80 yaşlı qadının meyiti tapılıb
Bundan sonra da çalışacağam ki, doğma xalqıma ləyaqətlə xidmət edim - Prezident
Qazaxıstanda keçiriləcək prezident seçkisində Tokayevin namizədliyi təsdiqlənib
Məktəbdən 7500 manatlıq oğurluq edildi
Bakıda Qlobal Sağlamlıq Turizmi Forumu keçirilir - FOTO