Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
"Bunun günahkarı özüməm" - Rəmiş
Tarix: 07.11.2018 | Saat: 13:05:00
Bölmə:Şou-biznes | çapa göndər

Xalq artisti Rafiq Hüseynov (Rəmiş) verilişlərin birində şəxsi həyatından danışıb.

Hafta.az-ın məlumatına görə, gitara ifaçısı anasının da ona qayğı göstərmədiyini deyib: "Əsgərlikdə, orda-burda olmuşam. Ana qayğısı görməmişəm. Anama pul verib gedirdim. Amma ona pul lazım deyildi, tək istəyi övladı idi. Anaya yaxşı gün göstərmək lazımdır.

Mənim qohumlarım da yox kimidir. Xəstə olanda yanıma gəlmədi, niyə onları qohum bilim? Heç nəyim olmayanda mənə nəsə vermədilər. İndi isə mənim hər şeyim var, amma onlara heç nə vermirəm. Yetim-yesirə əl tuturam".

Xalq artisti övladlarından da bəhs edib: "Uşaqlarımla münasibətim soyuqdur. Bunun da günahkarı özüməm. Mənə 40 ildən çoxdur ki, həyt yoldaşım Gülü baxır. O, mənim həm anam, həm də balamdır".



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
18.11.2018
17.11.2018