Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Yağış suyundan enerji istehsal edən qurğu
Tarix: 07.11.2018 | Saat: 17:20:00
Bölmə:Maraqlı | çapa göndər

RCF, Fransa
07.11.2018

Müəllif: Patrik Lonşam

Artıq hər həftə bizə müsbət təsiri olacaq yeniliklər təklif edən kimisə tapmaq zamanıdır. Bu həftə səfərimiz yağış suyundan elektrik enerjisi istehsal edən cihazı kəşf etmiş 15 yaşlı qızcığazın ölkəsi Azərbaycanadır.

Azərbaycanın paytaxtı Bakı şəhərində fəaliyyət göstərən “İstək” liseyinin 9-cu sinif şagirdi Reyhan Camalova “Rainergy” adlı qurğunu hazırlamaq qərarını atasının bir sualından sonra qəbul edib: “Küləkdən enerji almaq mümkündürsə, bunu yağış suyu vasitəsilə etmək niyə mümkün olmasın?”. Məhz bu sualdan sonra Reyhan Camalova sinif yoldaşı və fizika müəllimlərinin köməyilə yağış suyunu enerjiyə çevirəcək layihəsinin hazırlığına başlayıb və bu, 4 ay çəkib.

Bu, əsl yenilik idi. Çünki bugünədək biz axının gücündən, havadan və günəşdən istifadə etməyi bacarsaq da, yağış təbiətdə istifadə edilməmiş enerji mənbələrindən idi. Halbuki, yağış yağan zaman yerə milyardlarla litr su tökülür ki. Bundan düzgün istifadə edilərsə, son dərəcə böyük həcmdə enerji əldə etmək olar.

Şüarı “Hər dəfə bir evi işıqlandır! Olan bu qurğu necə işləyir?

Əvvəla onu bilmək lazımdır ki, qurğu 4 əsas hissədən ibarətdir: yağış suyunun kollektoru, su çəni, elektrik generatoru və batareya. Yağış suyu kollektoru su çənini yağış suyu ilə doldurur, su elektrik generatorunun içərisilə sürətlə axmaqla, elektrik enerjisi yaradır. İstehsal olunan enerji batareyada toplanır.

Heyət cihazın iki prototipini hazırlayıb. Birincisi üç LED lampanı yandırırsa, ikinci prototip maksimum 50 dəqiqə müddətində 22 LED lampanı yandırmağa qadirdir. Bütün bunlar cəmi 7 litr yağış suyu hesabına mümkündür.

Günəş və ya külək enerjisi arasında yağış enerjisi hansı mövqeyə malik ola bilər?

İlk öncə, sadəliyilə seçilən bu qurğu digər “rəqib”lərdən fərqli olaraq, nə xüsusi ekspertiza, nə də böyük maliyyə vəsaiti tələb edir… Bundan başqa, o, həm enerji istehsalı, həm ətraf mühitə təsiri baxımından səmərəlidir. Qurğu yalnız 10q/ kilovat/saatlıq karbon qazı yaradır ki, Reyhan Camalovanın fikrincə, bu, digər alternativ enerji mənbələrilə müqayisədə çox aşağı göstəricidir.

“Rainergy” qurğusunun digər üstünlüyü istehsal olunan enerjinin batareyaya toplanmasıdır. Batareyaya toplanmış enerji yağış olmadıqda belə, istifadə edilə bilər.

“Rainergy” artıq prosesin birinci mərhələsindən uğurla keçib və patentləşdirilib.

Amma Azərbaycan heç də bol yağışlı ölkə deyil

Bu səbəbdən də Camalova və komandası bu qurğunu beynəlxalq səviyyədə satmaq niyyətindədir. Musson yağışlarının daha çox olduğu Malayziya və İndoneziya kimi ölkələrdə elektrik xətlərindən asılılığı azaltmaq, elektrik enerjisinə çıxış imkanını yaxşılaşdırmaq üçün bu qurğu ideal variant ola bilər.

Qlobal Müşahidə Çərçivəsinin 2014-cü il üzrə hesabatında bildirilir ki, Hindistanda əhalinin 21, Filippin əhalisininsə 11%-i elektrik enerjisindən məhrumdur. Bu qurğu onların da işinə yaraya bilər.

Bu, texnoloji yenilikdən başqa, həm də sosial innovasiyadır. Çünki elektrik enerjisi həm də təhsil almaq, işləmək, yemək bişirmək və s. deməkdir…

Artıq Azərbaycanda və Hindistanda çoxsaylı mükafatlar qazanmış bu innovasiya mənə yazımı Kornelin “CİD” əsərindən bir sitatla tamamlamağa əsas verir: “Anadangəlmə istedadın özünü göstərməsi üçün uzun illər gözləməyə ehtiyac yoxdur!”.

Fransız dilindən tərcümə -

www.worldmedia.az



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
14.11.2018
13.11.2018
12.11.2018