Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Pantomima Teatrı “d`Dorian”ı təqdim edəcək
Tarix: 07.11.2018 | Saat: 18:00:00
Bölmə:Mədəniyyət | çapa göndər

Noyabrın 11-də Azərbaycan Dövlət Pantomima Teatrının səhnəsində yeni tamaşa - “d`Dorian” (musiqi ladlarından biri) tamaşası təqdim olunacaq.

Teatrdan bildirilib ki, teatrın baş rejissoru, Xalq artisti Bəxtiyar Xanızadənin “d Dorian” adlandırdığı səhnə əsərinin quruluşçu rejissorları Əməkdar artist Nargilə Qəribova və Vüsal Rzasoy, şeirlərin müəllifləri Əməkdar incəsənət xadimi Rəhman Əlizadə, N.Qəribova, V.Rzasoydur.

Sevgi mövzusuna həsr edilən səhnə əsərinin məğzi belədir: onlar bir-birini görüblər, bəyəniblər, bələd olub vurulublar və seviblər... Amma kişi-qadın münasibətlərinin böhran dövrünü keçə bilməyiblər. Bunda kişinin yaradıcı insan - musiqiçi olması da əlavə əngəl törədib - yaradıcı böhran şəxsi böhrana qarışıb... Və budur... Payız fəsli, şəhərin küçələrindən biri, küçə musiqiçisi gözündə qara eynək, əynində nimdaş plaş, üzünü-başını saç-saqqal basmış gitaraçı. Gənc qadın yol ötərkən ayaq saxlayır, geri dönüb onun qarşısına əsginas atır. Sonra nəzərini gitaraçının ətrafına səpələnmiş kağız qırıntıları cəlb edir.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
17.11.2018
16.11.2018
15.11.2018