Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Demokratların üstünlüyü ABŞ-da həyəcan yaradıb
Tarix: 07.11.2018 | Saat: 15:32:00
Bölmə:Dünya | çapa göndər

ABŞ Konqresinə və senatına keçirilmiş aralıq seçkilərində Demokratlar Partiyası səs çoxluğunu ələ alıb. Demokratların son 8 ildə ilk dəfə Konqresin aşağı palatasında hakimiyyəti ələ alması onlara prezidentin gündəliyini "pozmaq imkanı verəcək". Amma prezident Donald Trumpın təmsilçisi olduğu Respublikaçılar Partiyası Senatda öz mövqelərini gücləndirməkdədir. Hər halda nəticələr tam açıqlanmasa da, ilkin rəqəmlər bunu deməyə əsas verir.

Bu yerdə qeyd edək ki, ilkin nəticələrə görə, Demokratlar Partiyası 151, Respublikaçılar Partiyası isə 153 mandat alıb. Amma Respubllikaçılar cüzi səs fərqi ilə öndə olsalar da, müşahidəçilər Demokratların qələbə çalacağını deyirlər.

Demokratlar Nümayəndələr Palatasında səs çoxluğunu ələ almaq üçün indiyədək mövcud olan saylarını 23 nəfər artırmalı idilər. Müşahidəçilər də deyirlər ki, bu asanlıqla baş verəcək. Çünki hazırda onlar əvvəl Respublikaçıların təmsil etdiyi 26 ştatda qələbə qazanıblar.
Bu yerdə qeyd edək ki, qadınların seçkilərə qatılması rekord bu dəfə rekordu yeniləyib. İlkin açıqlamalara görə, Nyu York ştatında 29 yaşlı demokrat Aleksandria Okasio-Kortezin ən gənc qadın konqres üzvü olacağı gözlənir.

Maraqlıdır ki, bu dəfə iki müsəlman qadın da tarixdə ilk dəfə olaraq Konqresə girməyə fürsət tapıb. Bunlardan biri Somali qaçqını olan 37 yaşlı İlhan Omar, digəri isə fələstinli mühacirin qızı Raşida Tlaibdir.

İlkin məlumatlara əsasən, Konqresə ümumilikdə 60-a yaxın qadın seçilib. Hələ nəticələri açıqlanmamış ştatlar olsa da, bu saatadək seçilən qadınların sayı bütövlükdə 1999-cu ildən bu yana keçirilən seçkilərdə ən çox hesab olunur.

Onu da bildirək ki, bu dəfəki seçkilərdə hər hansı xarici müdaxilənin baş verməsinə dair izlərin aşkarlanmadığı deyilir. Rəsmi açıqlamalarda qeyd olunur ki, ölkədəki 170 min seçki məntəqəsində hər hansı qanqaraldıcı hadisə, seçki pozuntusu və sair qeyd alınmayıb.

“Biz monitorinqlərə davam edirik, amma hələlik məlumat vermək üçün əhəmiyyətli heç nə yoxdur. Biz indiyədək mütəşəkkil kampaniya kimi heç nə müşahidə etməmişik, amma bu baş versə, qarşısını almağa hazırıq”, - deyə Daxili Təhlükəsizlik Nazirliyinin rəsmisi müxbirlərə bildirib.

Bu yerdə xatırladaq ki, seçki gününədək Moskvanın, ya da ABŞ-ın digər rəqiblərinin 2016-cı ildə ABŞ prezident seçkilərinə etdiyi müdaxiləyə bənzər bir halın yaşana biləcəyindən narahatlıq narahatlıq mövcud idi. Avqustda ABŞ-ın Milli Kəşfiyyat direktoru Dan Koats Rusiyanın müdaxiləsinin “real” və “davamlı” olduğu ilə bağlı xəbərdarlıq etmişdi. Lakin genişmiqyaslı müdaxilə ilə bağlı qorxular özünü döğrultmayıb. ABŞ-ın agentliklərinin Dan Koatsın xəbərdarlığından sonra şübhəli xarici müdaxilə ilə bağlı təxminən 160 hal qeydə aldıqlarını bildirməsinə və sosial media şəbəkələrinin yüzlərlə şübhəli hesabları bağlamasına baxmayaraq, müdaxilə cəhdlərinin sayı 2016-cı ildəki səviyyəyə çatmayıb.

Normal, səssiz, pozuntusuz keçən seçkidən dərhal sonra başda prezident D.Tramp olmaqla, bir sıra tanınmış siyasətçilər Twitter-də yazıb, fikirlərini bölüşüblər.

“Hər şey çox kövrəkdir. Sizə söylədiyim hər bir şey, Ddemokratlar gəlsə, ləğv edilə və dəyişə bilər. Siz onların necə davrandığını, onlara nə olduğunu görürsünüz. Onlar radikallaşıb”…

Keçmiş vitse-prezident Co Bayden 2020-ci ildə yenidən seçilmək üçün Ağ Ev uğrunda mübarizədə Respublikaçı prezident Donald Trampın rəqibi ola biləcəyini qeyd edib. Deyib ki, Demokratlar Nümayəndələr Palatasında nəzarəti ələ keçirməsə, buna çox təəccüblənərdi. “Bu, mənim həyatımda ən mühüm ara seçkilərdir. Bu, ölkənin xarakteri haqda seçkidir”, Bayden bildirib.

Vitse-prezident Mayk Pens “USA Today” qəzetində yazdığı baş məqalədə bildirib ki, “Demokratların siyasəti liberal deyil, əksinə həmişəkindən daha təhlükəlidir. Onlar nəhəng vergi imtiyazları, daha zəif sərhədlər və hökumətin səhiyyə sisteminə tam nəzarət edilməsini istəyir ki, bu da bizim ailələrimiz və yaşlılarımıza ziyan vuracaq”.

2016-cı ildə prezident seçkilərində Trampa məğlub olmuş keçmiş dövlət katibi Hillari Klinton Twitter səhifəsində yazıb: “Biz son iki ildə hökumətin hücum etdiyini, demokratik təsisatlarımızı və dəyərlərimizi zəiflətdiyinin şahidi olmuşuq. Bu gün deyirik ki, daha bəsdir. Lakin biz təkcə radikalizm, fanatizm və korrupsiya əleyhinə səs vermirik. Biz bütün ölkə boyu, qadınların tarixdə ən böyük sayı da daxil olmaqla, minimum əmək haqqının artırılmasını, ədalət uğrunda mübarizə aparılmasını və daha çox insanın səhiyyə xidmətləri almasını istəyən fantastik namizədlərə səs veririk”.

Nümayəndələr Palatasının spikeri Pol Rayan Respublikaçıların ara seçkilərdən sonra palatada üstünlüyü saxlaya biləcəyi ilə bağlı ehtiyatlı nikbinliyini bölüşdüyünü deyərək, ABŞ iqtisadiyyatının durumu və Respublikaçıların Konqresdə nailiyyətlərini sayır. Lakin, o, “Fox”a müsahibədə Respublikaçıların Konqresdə üstünlüyü itirə biləcəyini də etiraf edib. “Tarix bizim tərəfdə deyil” deyən Pol Rayan ABŞ-da siyasi fikirlərin prezidentin 4 illik hakimiyyəti dövründə keçirilən ara seçkilərdə Ağ Evə nəzarət edən partiyanın və indiki halda Respublikaçıların xeyrinə olmadığını bildirib.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
18.11.2018
17.11.2018