Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Suraxanıda “Bayraq günü” ilə bağlı dövlət tədbirləri keçirilir
Tarix: 07.11.2018 | Saat: 19:15:00
Bölmə:Sosial | çapa göndər

9 Noyabr – Bayraq Günü ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun təhsil, səhiyyə, mədəniyyət müəssisələrində silsilə tədbirlər keçirilir. Suraxanı rayonu Heydər Əliyev mərkəzində rayon məktəblilərinin şeir və rəsm müsabiqələri keçirilib.

Növbəti belə tədbir rayonun 232 saylı tam orta məktəbində reallaşıb. Tədbirdən əvvəl qonaqlar məktəbin foyesində bayraq, “Xocalı” soyqırımı ilə bağlı şagirdlərin əl işlərindən ibarət sərgi ilə tanış oldular. Daha sonra tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlandı. Səhnəyə ay-ulduzlu, üçrəngli bayrağımız gətirildi.
İlk öncə 232 saylı məktəbin direktoru Məhluqə Əzizova çıxış edərək bayram günü münasibətilə tədbir iştirakçılarını təbrik etdi. Bildirdi ki, bayraq hər bir azərbaycanlının iftixar hissi və qürur mənbəyidir: “Artıq üçrəngli bayrağımız daim başımızın üstündə dalğalanacaq. Son illərdə məktəbimiz böyük uğurlara imza atıb. Bu il məktəbin 10 məzunu yüksək balla ali təhsil ocaqlarına daxil olub. Məktəbdə təhsilin keyfiyyətinin yüksəldilməsinə və əldə edilən uğurlara görə Bakı şəhəri məktəbləri arasında 217-ci pillədən 33-cü pilləyə qalxmışıq. Təhsil müəssisində şagirdlərimiz milli-mənəvi dəyərlərə, tarixi-mədəni irsimizə hörmət və ehtiram hissi ilə tərbiyə olunurlar.

İstedadlı şagirdlərin üzə çıxarılması üçün çoxsaylı layihələr həyata keçirilir. Belə ki, “2017-2018-ci tədris ili”ndə Təhsil Nazirliyi tərəfindən keçirilən “Təhsildə inkişaf və inovasiya üzrə” “Qrand” layihəsi müsabiqəsində məktəbimiz qalib olub. Şagirdlərimiz yerli və beynəlxalq idman yarışlarında uğurla çıxış edirlər. Belə ki, 9 ”a” sinif şagirdi oktyabrın 20-də Alpaqut Turan döyüş sənəti üzrə Ağdam şəhərində (14-15) yaş arasında keçirilən Azərbaycan Kubokunun qalibi adını qazanıb, diplom və medalla təltif olunub. Eləcə də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar olaraq MMA sistemi üzrə 30 kq arasında keçirilən döyüşlərdə Amil Mirzəyev “Qızıl medal” alaraq Fəxri Fərmanla təltif edilib. Məktəbin 6 “B” sinif şagirdi Fəhmin İdrisov Türkiyədə keçirilən beynəlxalq idman yarışında məktəbimizi təmsil edərək, 33 kq çəkidə yarışların qalibi olub, Vətənə Diplom və“Qızıl medal”la qayıdıb. 4 ”C” sinif şagirdi Vüsal Nəsirov Türkiyədə idmanın TO Ki MO növü üzrə keçirilən beynəlxalq idman yarışlarında (29 kq çəkdə) iştirak edərək 1-ci yerə çıxaraq, üçrəngli bayrağımızı qaldırmış, Fəxri Diplom və “Qızıl medal”la məktəbimizə qayıtmışdır.

 

Bugünkü tədbirin təşkilində isə başlıca məqsəd şagirdlərdə vətənpərvərlik hissinin gücləndirilməsi, Azərbaycan Bayrağının mahiyyətinin təbliği və dövlət atributlarına sevgi və ehtiramı aşılamaqdır. Bu gün “Dama” yarışı üzrə keçirilən idman oyununda gənc idmançılara uğurlar diləyirəm”.
Suraxanı Rayon İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdri Barxudar Barxudarov bayram günü münasibətilə Suraxanı RİH başısı İlqar Abbasovun adından tədbir iştirakçılarını təbrik edərək bildirdi ki, Bayraq qürur yerimiz, dövlət rəmzimizdir, milli kimliyimizdir. Onun sözlərinə görə, üçrəngli bayrağımızın dövlət rəmzi kimi bərpası və yüksəldilməsi istiqamətində ilk israrlı, vətənpərvər cəhdlər Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin Naxçıvana rəhbərlik etdiyi dövrə təsadüf edir. Muxtar respublikanın ali orqanının 1990-cı il noyabrın 17-də keçirilmiş sessiyasında Azərbaycan Xalq Cümhuriyyəti dövründə ucaldılmış üçrəngli bayrağın bərpası, onun Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olunması haqqında qərar qəbul edilmiş, üçrəngli bayrağın bütövlükdə Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında Azərbaycan Respublikası Ali Soveti qarşısında vəsatət qaldırılmışdır. 1995-ci ildə Ulu Öndərin rəhbərliyi altında hazırlanmış Azərbaycan Konstitusiyasında üçrəngli bayraq dövlət rəmzi kimi təsbit edilmişdir.

Barxudar Barxudarov onu da qeyd etdi ki, Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin milli mənafelərə əsaslanan siyasətini bütün sahələrdə uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də yüksək vətənpərvərliklə Azərbaycanın milli dövlət atributlarını daim uca tutur və konkret addımları ilə bu ruhu cəmiyyətə aşılayır. Bu gün ölkəmizin şəhər və rayonlarda bayraq meydanlarında dövlət bayrağının təntənəli dalğalandığını görmək mümkündür. Belə yerlərdən biri də Suraxanı rayonunda Heydər Əliyev parkında yerləşən Bayraq meydanıdır. Dövlət Bayrağımız 4 may 2009-cu il tarixdən bu meydanda dalğalanaraq hər birimizi qürurlandırır. Dövlət Bayrağımız dalğalanaraq xalqımızda milli özünüdərk və müstəqillik ideallarını, həmrəylik duyğularını daha da gücləndirir. Ölkə başçlsl İlham Əliyev demişdir: "Bizim bayrağımız bizim müstəqilliyimizin rəmzidir, bizim bayrağımız bizim qürur mənbəyimizdir, bizim canımızdır, bizim ürəyimizdir. Azərbaycan Bayrağı Dağlıq Qarabağda, Şuşada və bu gün hələ də işğal altında qalan başqa torpaqlarımızda dalğalanacaq. Eşq olsun Azərbaycan Bayrağına, eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!”.

Sonra Suraxanı rayonunda fəaliyyət göstərən Bakı şəhər 84, 85, 316, 140, 327 və 232 saylı tam orta məktəbləri arasında 6 komandadan ibarət “Dama” üzrə idman yarışması başladı. 85 saylı tam orta məktəbin komandası 1-ci yerə çıxaraq yarışın qalibi oldu. 232 saylı məktəbin komandası 2-ci və 316 saylı məktəbin komandası isə 3-cü oldu. Qalib komandalar diplom və medallarla təltif olundular.
Tədbir 232 saylı məktəbin müəllim və şagirdlərinin hazırladıqları bir-birindən maraqlı idman oyunları, rəqs və ədəbi kompozisiyaları ilə yadda qalan oldu.



Bölməyə aid digər xəbərlər
13.11.2018 Sabah qaz olmayacaq

Xəbərə şərh yaz
14.11.2018
13.11.2018
12.11.2018