Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Balıqçının toruna körpə uşaq düşdü - GÜNÜN TƏZADLARI
Tarix: 07.11.2018 | Saat: 19:40:00
Bölmə:Günün təzadları | çapa göndər

Zelandiyada balıqçı dənizdən 1,5 yaşlı uşağı çıxardı. Hafta.az Musavat.com-a istinadla xəbər verir ki, o öncə dalğaların üzərində oyuncaq olduğunu düşünüb, sonra isə uşaq olduğunu görüb. Məlum olub ki, uşağın valideynləri yaxınlıqda yerləşən düşərgədə yatan zaman körpə gizlincə çadırdan çıxıb və dənizə doğru gedib. O, dənizdə cəmi 15 metr üzə bilib. Balıqçı bildirib ki, bir dəqiqə geciksəydi, uşağa kömək edə bilməyəcəkdi. Polis səhlənkar valideynləri məsuliyyətə cəlb etmək niyyətində deyil.


Xarici İşlər nazirinin olduğu təyyarə təcili eniş etdi


Avstraliyanın paytaxtı Sidneydən Çilinin paytaxtı Santyaqo şəhərinə uçan təyyarə Melburn şəhərinə təcili eniş etdi. Hafta.az-ın Musavat.com-a istinadla verdiyi xəbərdə deyilir ki, təyyarənin endirilməsinə səbəb kimi Sidneydən qalxandan 3,5 saat sonra baş vermiş və nə olduğu dəqiqləşdirilməyən hadisə göstərilir. Sərnişinlər arasında Çilinin xarici işlər naziri Roberto Ampuero da olub. Təyyarə Avstraliyanın “Qantas” aviaşirkətinə məxsusdur.


Deputatlar pul toplayıb itə abidə qoydu


Rusiyanın Çelyabinsk şəhərində "Belyaş" adlı itə heykəl quraşdırıldı. Hafta.az-ın Rusiya mediasına istinadla verdiyi xəbərə görə, həmin heyvan 2 il ərzində sahibinin qəza nəticəsində öldüyü yerə gələrək orada onu gözləyib. Abidə üçün vəsait yığımı 2015-ci ildə başlanıb. Bunun təşəbbüskarı isə Yelena Drojjina adlı yerli bir sakin olub. Qadın tramvay dayanacaqlarından birindən keçdiyi zaman dəfələrlə sözügedən iti orada gördüyünü bildirib. Təəssüf ki, vəfalı köpək özü də maşın vurması nəticəsində ölüb. Bunu biləndən sonra Y.Drojjina sosial şəbəkədə bir qrup yaradaraq həyatının sonunadək sahibinə sadiq qalmış bu itə heykəl qoyulması üçün vəsait yığımı elan edib. Maraqlıdır ki, qadının bu təşəbbüsü yerli deputatlar tərəfindən də fəal şəkildə dəstəklənib.


Bakıda yol polisinin avtomobili yandı


Paytaxtda avtomobil yandı. Hafta.az “Report”a istinadla xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu, Mikayıl Müşfiq küçəsində qeydə alınıb. Məlumata görə, çərşənbə günü səhər saatlarında həmin ərazidə Kənan Nizami oğlu Fərzəliyevə məxsus 90-GA-562 dövlət nömrə nişanlı “Subaru” markalı şəxsi avtomobil yanıb. Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri hadisə yerinə cəlb olunub, yanğın söndürülüb. Xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib. K.Fərzəliyev Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidmətində çalışır.


Gələcəyin susuz işləyən tualeti təqdim edildi


“Microsoft” şirkətinin qurucusu Bill Geyts Çində keçirilən sərgidə gələcəyin tualetini təqdim etdi. Hafta.az-ın yazdığına görə, Oxu.az “Reuters”ə istinadla xəbər verir ki, gələcəyin tualeti su olmadan işləyir. Tualetin hazırlanmasına 200 milyon dollar xərclənib. Vəsait Qeyts xeyriyyə fondu tərəfindən ayrılıb. Bildirilir ki, yeni tualet insan orqanizminin tullantılarını kimyəvi gübrəyə çevirir.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
17.11.2018
16.11.2018
15.11.2018