Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Ukraynadakı səfirimiz "Qarabağ"ın məşqlərini izləyib
Tarix: 08.11.2018 | Saat: 14:52:00
Bölmə:İdman | çapa göndər

Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev və Poltavadakı fəxri konsulu Elşən Vəliyev “Qarabağ” futbol klubuna dəstək olmaq üçün komandamızın açıq məşqini izləyiblər. Aleksey Butovski adına stadionda təşkil olunmuş açıq məşq zamanı “Qarabağ” klubunun direktoru Əmrah Çelikəl üzərində Azər Xudiyevin və Elşən Vəliyevin adları yazılan komandanın formalarını onlara bağışlayıb.

Hafta.az yazır ki, səfir A.Xudiyev Azərbaycan və yerli jurnalistlərə açıqlamasında “Qarabağ”ın çətin səfər oyunundan qalib gələcəyinə inandığını bildirib. “Qarabağ”ın Azərbaycanı avrokuboklarda uğurla təmsil etdiyini deyən diplomat oyunda soydaşlarımızın komandamızı fəal şəkildə dəstəkləyəcəklərini vurğulayıb.

Qeyd edək ki, bu gün (noyabrın 8-də) keçiriləcək oyun Bakı vaxtı ilə gecə saat 00:00-də başlanacaq.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
17.11.2018
16.11.2018
15.11.2018