Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
BMU-da Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib
Tarix: 08.11.2018 | Saat: 16:50:00
Bölmə:Sosial | çapa göndər

“9 noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü” münasibətilə Bakı Mühəndislik Universitetində bayram tədbiri keçirilib.

Hafta.az yazır ki, tədbirə universitetin rəhbər şəxsləri, professor-müəllim heyəti, bütün struktur-bölmə rəhbərləri və tələbələr iştirak edib. 

Azərbaycanın dövlət himni səsləndirildikdən sonra Dövlət Bayrağımıza həsr olunmuş videoçarx nümayiş olunub. Universitetin rektoru, professor Havar Məmmədov tədbir iştirakçılarını bayram münasibətilə təbrik edib. Rektor qeyd edib ki, dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin iclasında qəbul edilib. "Həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiqlənib. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu dövlət bayrağı elan edib. Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixdə imzaladığı müvafiq sərəncama əsasən noyabrın 9-u bütün dünya azərbaycanlıları üçün müqəddəs bir təqvimə çevrilib. Bu gün ümumxalq bayramı kimi qeyd olunması dövlətçilik, milli həmrəylik, vətənpərvərlik hislərinin şüurlara çatdırılması atributlarımızın təbliği baxımından olduqca əhəmiyyətlidir. Ölkə rəhbərliyi tərəfindən aparılan uğurlu siyəsət nəticəsində müstəqil respublikamızda demokratik və hüquqi dövlət quruculuğu sahəsində böyük nailiyyətlər qazanılıb, dövlətçiliyimiz möhkəmlənib",rektor deyib.

Tədbir bayram abu-havasında tələbələrin ifasında bir-birindən maraqlı səhnəciklər, musiqi və rəqslərlə davam edib.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.03.2019
18.03.2019
Hava şəraiti dəyişəcək - Proqnoz
“Məmmədyarovla belə bir problemimiz yoxdur” - Mnatsakanyan
FHN köməksiz vəziyyətdə qalan vətəndaşı xilas etdi
Şahzadənin illərdir dəyişməyən ayaqqabısı - FOTO
Zakir Həsənov İDEX - 2019 Beynəlxalq Müdafiə Sərgisində iştirak edib - FOTO
Rusiyada məişət zəmnində baş vermiş kriminal qarşıdurmanı çeçen və Azərbaycan xalqlarının adına yazmağa heç bir əsas yoxdur” – Qabil Hüseynli
Azərbaycanlılar bizim qardaşlarımızdır – çeçen diaspor təmsilçisi
“Çeçen və Azərbaycan xalqlarının qardaşlıq münasibətlərini pozmaq qeyri-mümkündür” - VİDEO
Müdafiə naziri Türkiyənin müdafiə sənayesi şirkətlərinin məhsulları ilə tanış olub - FOTO
İlk peşə-ixtisas təhsili müəssisələrinin şagirdləri üçün buraxılış imtahanları keçirilib