Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Dilimizin saflığını qorusaq, hər şey yaxşı olacaq” – Şahlar Əsgərov
Tarix: 09.11.2018 | Saat: 13:35:00
Bölmə:Sosial | çapa göndər

“Əlbəttə, dilimizin saflığının qorunması ilə bağlı problemlər mövcuddur. Bu problemlər regionlarda yoxdur. Şəhərdə, paytaxtda var. Həmin problemlər ola bilsin, küçədə və bazarda da yoxdur. Amma radioda, televiziyada, mətbuatda var. Jurnalistlərin dilində bir sıra problemləri görürük. İdarəetmə strukturlarında da dilimizin saflığı ilə bağlı müəyyən problemlər mövcuddur. Ona görə də mən ölkə başçısının dilimziin saflığının qorunması ilə bağlı fərmanını çox bəyənirəm. Təqdir edirəm”.

Bunu hafta.az-a açıqlamasında professor, keçmiş millət vəkili Şahlar Əsgərov deyib. Şahlar Əsgərovun sözlərinə görə, hər bir millət ilk növbədə öz dilini qorumalıdır: “Bəzən dilə atribut da deyirlər. Bu yanlışdır. Dil atribut deyil, özəkdir. Atribut dəyişir, amma özək dəyişməzdir. Atribut odur ki, papağımı dəyişirəm, qalstukumu dəyişirəm. Dil isə dəyişmir. Ona görə də buna atribut demək düzgün deyil. Dil əsasdır, özəldir, millətin kimliyini müəyyən edən əsas şərtdir. Yüz nəfəri sıraya qoysan hərəsi öz dilində danışacaq. Onada bilinəcək ki, bu türkdür, bu koreyalıdır, bu yapondur, o biri almandır. Bizim dilimizin saflığının qorunması ilə bağlı yaranan problemlərin kökü təhsildir. Özünə hörmət edən millətlər ibtidai təhsillərini öz ana dillərində alır. Uşaq göz açır, anasının qucağında böyüyür. Məktəbdə birinci sinifdən dördüncə sinifə qədər müəllimin qucağında, ağuşunda tərbiyə edilir”.

Təhsil üzrə ekspert bildirib ki, əgər biz daha müasir millətə çevrilmək istəyiriksə, o zaman uşaqlarımız ibtidai təhsili bitirdikdən sonra onları digər dilləri öyrənməyə yönəltməliyik: “İlk olaraq buna əmin olmalıyıq. Əmin olmalıyıq ki, onlar ana dilinini mükəmməl bilirlər. İncəliklərinə yiyələniblər. İbtidai təhsildən sonra övladlarımızın hansı dildə təhsilinə davam etməsinin heç bir qorxusu yoxdur. Çünki onun toxumu artıq tutulub. Onun mayası Azərbaycan dilində tutulub, başqa dillər istəsə də oraya – həmin mayaya daxil ola bilməz. Başqa dillər həmin uşaqlar üçün sadəcə vasitə olacaq. Məqsəd olmayacaq. O dildən istifadə edib yaponla, almanla danışacaq. Bu gün biz əsas təhsilə ibtidai təhsil deyirik. Yanlışdır. İbtidai təhsil yox, əsas təhsil anlayışı doğrudur. Bu çox ciddi məsələdir və bunu həmişə qaldırıram, ictimailəşdirirəm. Birinci və dördüncü sinifləri əhatə edən təhsil bünövrə təhsilidir. Rusiyada ibtidai təhsil yoxdur, “naçalnaya şkola” var. Türk dilində ibtidai təhsil yoxdur, “ilkokul” var. İngilis dilində də bu anlayış mövcud deyil, “primer school” ifadəsi var. Amma biz bu gözəl məktəbi “ibtidai” adlandırırıq. Halbuki ana, ata, baba uşaqları məktəbə gül-çiçəklə aparır, uşaqların gül-çiçəklə aparıldığı yerə “ibtidai” sözünü necə yaraşdırmaq olar?! Baxın, bizi belə-belə “əridiblər”, ruhumuzu belə belə “yeyiblər”. Ona görə də özümüzə qayıtmaq üçün ilk növbədə dilimizə qayıtmalıyıq. Dilimizin saflığını qorusaq, hər şey yaxşı olacaq. Fərmanlar, sərəncamlar imzalanır. Özümüz də buna laqeyd olmamalıyıq. Yadınızdadırsa, latın qrafikasına keçidlə də bağlı böyük problemlər var idi. Rəhmətlik Heydər Əliyev gördü ki, yox, bu belə getməyəcək. Özbaşına, öz axarı ilə düzələn məsələ deyil. Fərman verdi. Latin qrafikasından başqa qrafika ilə yazılışı qadağan etdi. Mətbuatda, dövlət müəssisələrində latın qrafikalı əlifbaya tam şəkildə keçid reallaşdı. Amma indi baxırsan ki, küçədə, mağazada hamı rus dilində danışır. Mən rus dilində danışmağın əleyhinə deyiləm. Amma müəyyən çərçivə olmalıdır”.

Şahlar Əsgərov bildirib ki, dərsliklərin də məzmunu tamamilə dəyişməli və milliləşməlidir: “İlk növbədə dərsliklər milliləşməlidir. Dünən Bakı Slavyan Universitetində gözəl bir tədbirdə iştirak etdim. Mehdi Hüseynzadənin 100 illiyinə həsr olunmuşdu. Bəs orta məktəbdə Mehdi Hüseynzadəyə nə qədər yer ayrılıb. Mənim bundan xeç xəbərim yoxdur, bilmirəm. Onun qəhrəmanlığı, sücaəti əvəzsizdir. Ona orta məktəb dərsliklərində geniş yer ayrılmalıdır. Çünki o, ikinci dünya müharibəsində qəhrəman olmuş 123 azərbaycanlıdan biridir. Amma bəzən rast gəlirik ki, lazımsız adamlara geniş yer ayrılıb. Belə olmaz, yersizdir”.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
14.11.2018
13.11.2018