Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Dünyanın ən sürətli robot qapıçısı Bakıya gətirilir
Tarix: 08.11.2018 | Saat: 17:20:00
Bölmə:İdman | çapa göndər

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə ultra-modern texnologiya əsaslı dünyanın ən sürətli robot qapıçısı hesab olunan “Robokiper” ölkəmizə gətiriləcək.

Nazirlikdən hafta.az-a verilən məlumata görə, “Robokiper” cari ilin 4-7 dekabr tarixlərində baş tutacaq “Bakutel -2018” 24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgi-konfransında təqdim olunacaq.

Alman alimlərinin ixtirası olan “Robokiper” dünyanın ən sürətli qapıçısı hesab edilir. Hətta Messi, Neymar və Ronaldinyo kimi futbol ulduzları onun qoruduğu qapıya qol vura bilməyiblər.

Dünyada cəmi 10 nüsxədə mövcud olan “Robokiper” dünyanın hər yerində böyük maraqla qarşılanır.

“Bakutel 2018” iştirakçıları “Robokiper”-ə qol zərbəsi vurmaqda özlərini sınaya biləcəklər. Oyun iştirakçılarına vurduqları hər bir qola görə “Azercell” şirkəti tərəfindən 10 AZN dəyərində danışıq kartı və digər hədiyyələr, “Aloff” firması tərəfindən isə futbol topu təqdim ediləcək.

“Robokiper”lə yarışmaq üçün əsl futbol oyununda olduğu kimi, topa yaxınlaşıb penalti vurmaq lazımdır. Top vuran şəxsin peşəkar idmançı, yaxud həvəskar olmasının isə heç bir fərqi yoxdur. Qeyd edək ki, “Bakutel 2018” sərgi-konfransının açılışına dəvət olunan Azərbaycan klublarının bir sıra tanınmış futbolçuları, o cümlədən futbol üzrə Azərbaycan milli komandasının və “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov “Robokiper”-in qapısına qol vurmağa çalışacaq.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.03.2019
18.03.2019
FHN köməksiz vəziyyətdə qalan vətəndaşı xilas etdi
Şahzadənin illərdir dəyişməyən ayaqqabısı - FOTO
Zakir Həsənov İDEX - 2019 Beynəlxalq Müdafiə Sərgisində iştirak edib - FOTO
Rusiyada məişət zəmnində baş vermiş kriminal qarşıdurmanı çeçen və Azərbaycan xalqlarının adına yazmağa heç bir əsas yoxdur” – Qabil Hüseynli
Azərbaycanlılar bizim qardaşlarımızdır – çeçen diaspor təmsilçisi
“Çeçen və Azərbaycan xalqlarının qardaşlıq münasibətlərini pozmaq qeyri-mümkündür” - VİDEO
Müdafiə naziri Türkiyənin müdafiə sənayesi şirkətlərinin məhsulları ilə tanış olub - FOTO
İlk peşə-ixtisas təhsili müəssisələrinin şagirdləri üçün buraxılış imtahanları keçirilib
Güclü külək qərb bölgəsində fəsadlar törədib
Sabirabad sakini armaturların altında qalaraq ölüb