Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
İslamın bir parçası: xristian qiptilər
Tarix: 08.11.2018 | Saat: 16:00:00
Bölmə:Maraqlı | çapa göndər

Xristian dünyasında müsəlmanlara qarşı ümumi mənfi münasibət tarix boyu olub və günümüzdə daha da dərinləşib. Bəs İslam aləmində xristianlara qarşı hansı adekvat münasibət sərgilənir? Ümumiyyətlə, İslam dinində xristianlığa və ya digər dinlərə qarşı çıxmağa icazə verilirmi?

Təbii ki, yox. İslam Peyğəmbəri Məhəmməd salavatullah sağlığında buyururdu ki, kitab əhli olan kimsəyə zor tətbiq edilməklə dini dəyişdirilməsin, yəni zorla müsəlman edilməsin. Ümumiyyətlə, müsəlmançılığın yayılması ancaq təbliğ-təşviqlə ola bilər. Əgər hansısa qeyri-müsəlman onu özü üçün məqbul görürsə, qəbul eləsin. Məsələn, Azərbaycan müsəlman ölkəsi olsa da, burada xristianlar, yaxud da istənilən dinin ardıcılı rahat şəkildə yaşaya və öz inancına tapına bilər. Ona görə də Azərbaycan dünyanın hər yerində tolerantlığına görə dil əzbərinə çevrilib. Misir də tolerant mühiti ilə fərqlənən ölkələrdəndir. Heç kimə sirr deyil ki, İslam dünyasının mərkəzində yerləşməsinə baxmayaraq, bu ölkədə yaşayan qiptilər heç vaxt dini mənsubiyyətlərinə görə sıxışdırılmayıblar, kilsələri mövcud olub və rahat şəkildə sitayiş ediblər. Hətta dindən az-çox anlayışı olanlar bilirlər ki, Misir qiptiləri xristianlığı özünəməxsus şəkildə dərk edir və dəyərləndirirlər. Elə Qipti Kilsəsi də bu baxışlarına görə digər kilsələrdən fərqlənir.

Maraqlıdır, xristianlıq Misirə necə yayılıb? Qeyd edək ki, ərəb dünyasında ən böyük xristian icması məhz Misirdədər: bunlar qiptilərdir. Ölkə əhalisinin təxminən 10 faizini təşkil edirlər – sayları 9-10 milyon nəfər civarındadır. Tarixi məlumatlara əsasən, xristianlıq Misirə eramızın 42-ci ilində Evangelist Markos tərəfindən gətirilib. Hansı ki, Qipti Kilsəsi bununla razılaşmır və tarixlərinin daha qədim olduğunu bildirir. Qiptilərə görə, onların xristian inancının tarixi həzrət Məryəmin qucağındakı körpə İsa ilə birlikdə Misir torpaqlarına sığındığı vaxta uzanır. Amma tarixi sənədlər öz sözünü deməkdədir. İznik məbədindəki dörd böyük İncildən biri olduğu təsbitlənən Markos İncilinin müəllifi olan Markos qeyd edib ki, Misirə səfəri zamanı bu ölkənin xalqına yeni dinlərini təbliğ eləməkdən hədsiz həzz alıb...

Qeyd olunur ki, Markosun təbliğləri nəticəsində ortaya çıxan Qıpti kilsəsi, Qərbdə nüfuzunu genişləndirən Kotolik, eləcə də Bizans imperiyasında təşəkkül tapmış Ortodoks kilsələrindən fərqli prinsiplər üzərində qurulub. Yunanca “Aigyptos” sözündən yaranmış və günümzdə sadəcə xristian ərəbləri birləşdirən Qıpti düşüncəsi, qədimdə bütün misirlilər üçün istifadə edilib. Amma 635-ci ildə Misirin müsəlmanlar tərəfindən fəth edilməsiylə bu düşüncə tərzi dəyişib, ölkə əhalisi qiptilər deyil, misirlilər kimi tanınmağa başlanılıb. Digər yandan, müsəlmanlar tərəfindən Misirdə ərəbcə sürətlə yayılmağa başlasa da, qiptilərin dili Qipti kilsəsinin himayəsində hifz olunub.
Burada bir məsələyə də yer ayırak ki, müsəlmanlar Misiri idarə etməyə başlayandan sonra da bu ölkədəki qiptilər tam rahat, təhlükəsiz və müsəlmanlarla eyni hüquqda ömür sürüblər. Yəni kimsə onlara dini mənsubiyyətlərinə görə fərq qoymayıb. Əlbəttə, bu münasibət müəyyən qədər Fatimi sultanı Hakim Biəmrillah dönəmində mənfiyə doğru dəyişib. Onun zamanında qiptilərin bəzi kilsələri dağıdılıb, yandırılıb, özlərinə qarşı ağır şərtlər tətbiqlənib. Amma bunu Misir cəmiyyətinin bütün tarixinə şamil eləmək qətiyyən mümkün deyil. Çünki 1171-ci ildə bərqərar olmuş Eyyubilərin hakimiyyəti dönəmində qiptilərə münasibət yaxşılaşır. Yenə də müsəlmanlarla xristian qiptilər arasında dostluq bərpa olunur. Amma 8-ci Səlib yürüşü zamanı Misirin müəyyən torpaqlarını zəbt edən xaçpərəstlər qiptilərə amansız cəzalar verib, onları istismar ediblər. Bu 1250-ci ildə Məmlüklər Misirdə hakimiyyətə gələnədək davam edib. Məhz Məmlüklərin iqtidarı dövründə xristian işğalçılar Misir torpaqlarını tərk edib. 257 il sonra - 1517-ci ildə Osmanlı dövlətinin ərazisinə qatılan Misirdə qipti icması yenə də öz inanclarına tapınmaqda tam azad olub və dinlərini, dini dəyərlərini inkişaf etdirib. Hətta 1882-ci ildə İngiltərə Misir üzərində portektorat hüququnu elan edəndən sonra qiptilər siyasətdə də rol almağa başlayıblar. Məsələn, 1908-ci ildə Misirin baş naziri olmuş Butros Qali və 1919-cu ildə hökumət başçısı seçilmiş Yusif Vahbe Paşa da qipti olub.

Qeyd edək ki, 1919-cu ildə müstəqil Misir dövlətini qurmaq üçün mübarizəyə başlayan misirlilərin tərkib hissəsi kimi qiptilər də böyük rol oynayıblar. Elə buna görə idi ki, xristian qiptilər 1952-ci ildə Camal Əbdülnasirin liderliyində inqilab edən müsəlman misirlilərlərlə əl-ələ tutaraq meydanlarda şadlanırdılar...

Amma tarixdə yazılır ki, C.Əbdülnasirin dönəmində Misir millətçiliyi, “misirli” anlayışı olduqca güclənir, bu ölkə müstəqil Misir dövləti olaraq dünya siyasətində özünəməxsus yer tutur. Bu da deyilənə görə, qiptilərin bir qədər sıxışdırılması ilə nəticələnir ki, onların müəyyən qismi ölkəni tərk edib ABŞ və Kanadaya köçmək məcburiyyətində qalır. Elə bu gün Amerika qitəsində mövcud olan qipti kilsələrini məhz onlar yaradıblar.

Ənvər Sədatın hakimiyyəti dövründə də qiptilər müəyyən mənada millətçilik əhval-ruhiyyəsindən zəiyyət çəkiblər, hətta bəzən hücumlarla da üzləşiblər. 1981-ci ildə Hüsnü Mübarək iqtidara gələndən sonra qiptilərə qarşı istənilən mənfi münasibətlərə son qoyulub.

Günümüzdə Misir qiptiləri tam sərbəst və təhlükəsiz şəkildə həm inanclarına tapınırlar, həm də müsəlman misirlilərlə birlikdə öz vətənlərinin inkişafı naminə çalışırlar. Bu, müəyyən mənada Misir rəhbərliyinin siyasəti nəticəsində mümkün olsa da, əslində İslamın kökündən tolerant olması ilə əlaqəlidir.

Bu gün Misir quptilərinin ən böyük dini etiqad mərkəzi Müqəddəs Merkuruis adıyla tanınan, əvvəlki adı Əbu Seyfeyn olan Kilsədir.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
17.11.2018
16.11.2018
15.11.2018