Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Dünya Elm Günu
Tarix: 08.11.2018 | Saat: 18:30:00
Bölmə:KİVDF | çapa göndər

10 noyabr dünyada elm gunu kimi qeyd edilir

Artıq 16 ildir ki, noyabrın 10-u dünyada Elm Günü kimi qeyd olunur. Bu tarix UNESCO-nun qərarı ilə təsis edilib. Qeyd edək ki, ilk dəfə 2002-ci il noyabrın 10-da keçirilən və həmin vaxtdan etibarən hər il bütün dünyada qeyd olunan Dünya Elm Gününün məqsədi beynəlxalq və milli səviyyədə elmin rolunu yüksəltmək, eləcə də elmin nəticələrinin cəmiyyətin dinc, sabit inkişafına təsirini artırmaqdır.

Davamlı cəmiyyətin yaradılmasında elm və alimlər mühüm rol oynayır, vətəndaşların elmi nailiyyətlər haqqında məlumatlandırılması və bu proseslərdə iştirakı isə vacib amillərdəndir. Dünya Elm Günü UNESCO-nun təşkilatçılığı ilə keçirilən elmi iclas, seminar, konfrans və festivallarla qeyd olunur.
Qeyd edək ki, hazırda ölkəmizdə də dövlət siyasətinin əsas istiqamətlərindən biri elm və təhsil sahəsinə göstərilən qayğının ardıcıl davam etdirilməsi, elmi-texniki potensialın qorunub saxlanılması məsələsidir. Bu gün elm və təhsil sahəsində yüksək ixtisaslı kadrların hazırlanması, onlara qayğı göstərilməsi, cəmiyyətdə elmi işçilərin nüfuzunun artırılması sahəsində bir sıra mühüm qərarların qəbul edilməsi günümüzün reallıqlarıdır. Sözsüz ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra elmdə islahatların həyata keçirilməsi üçün əlverişli zəmin yarandı; məsələn, prezidenti İlham Əliyevin 2003-cü il 4 yanvar tarixli fərmanı ilə Azərbaycan Milli Elmlər Akademiyasına Azərbaycan Respublikasında elmin inkişafını təşkil və təmin edən, dövlətin elm və elmi-texniki siyasətini həyata keçirən, Azərbaycandakı bütün elmi müəssisələrin və ali məktəblərin elmi-tədqiqat fəaliyyətini əlaqələndirən və istiqamətləndirən, Azərbaycan Respublikasını xarici ölkələrdə elmi və elmi-texniki fəaliyyət sahəsində təmsil edən ali dövlət elmi təşkilat statusunun verilməsi ilə Akademiyanın fəaliyyət dairəsi xeyli genişləndirilib.

Prezidentin 2009-cu il 4 may tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafi üzrə milli strategiya” və bu strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı təsdiq edilib. Bundan başqa alimlərin elmi fəaliyyətində, xarici ökələrlə əlaqələrin qurulmasında əsas götürülmüş mühüm sənədlərdən biri də dövlət başçısının 2009-cu il 4 may tarixli 255 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi üzrə Dövlət Proqramı”dır. Eyni zamanda, 2012-ci ildə ölkə başçısının alimlərə diqqət və qayğısının nümunəsi olaraq, tədqiqatların daha da genişləndirilməsi, elmi işçilərin əməyinin səmərəliliyinin artırılması, onların fəaliyyətinin yaxşılaşdırması, iş şəraitinin dünya standartlarına uyğunlaşdırılmasını təmin etmək məqsədilə Elmi-Tədqiqat Mərkəzlərinin (ETM) fəaliyyətinə təsir edəcək önəmli sərəncamlar imzalanıb. Ölkə prezidentinin 2009-cu il 21 oktyabr tarixində imzaladığı sərəncamla fəaliyyətə başlayan Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu isə bu sahənin stimullaşdırılması istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirməkdədir.

Elm Fondunun təşkilində məqsəd ölkədə elmi-texniki potensialın qorunması, iqtisadiyyatın inkişafında bu potensialdan səmərəli istifadə edilməsi, mühüm sosial problemlərin həllində elm və texnikanın rolunun yüksəldilməsi, Azərbaycan Respublikasında elmi təşkilatlar, təhsil müəssisələri, digər müvafiq qurumlar və fiziki şəxslər tərəfindən təqdim olunmuş təbiət, texniki, humanitar və ictimai elmlər sahəsində dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən fundamental, tətbiqi və axtarış-innovasiya xarakterli elmi-tədqiqatların, proqramların, layihələrin və digər elmi tədbirlərin maliyyələşdirilməsi, alimlərin elmi fəaliyyətinin stimullaşdırılması və onlara əlavə yaradıcılıq imkanının yaradılmasıdır. Müşahidələr onu deməyə əsas verir ki, Fondun fəaliyyəti ilə ölkəmizdə elmin maliyyələşdirlməsində tamamilə yeni yanaşmanın əsası qoyulub. Belə ki, sözügedən qurum fəaliyyətə başladığı ilk gündən etibarən qrant müsabiqələri yolu ilə ölkədə elmin inkişafını çevik şəkildə dəstəkləmək, Azərbaycanda əldə olunan elmi nəticələri ölkə hüdudlarından kənarda tanıtmaq, elmi təşkilat və qurumlarda müxtəlif tədqiqatlarla bağlı maddi-texniki bazanı ən müasir səviyyədə yeniləmək və ya gücləndirmək, eyni zamanda, kadr hazırlığına xüsusi diqqət yetirmək, müxtəlif elmi tədbirlər keçirmək, alimlərin xaricə elmi tədbirlərə göndərilməsini, qısamüddətli təcrübəartırmada iştirakını təmin etmək, elmi nəşrləri dəstəkləmək kimi missiyanı uğurla yerinə yetirib. Məsələn, yarandığından bu günə qədər xeyli sayda layihə reallaşıb, təkcə AMEA üzrə 38 tədqiqat institutlarının böyük əksəriyyətinin maddi-texniki bazası yenilənib, alimlərin elmi fəaliyyəti stimullaşdırılıb, onlara azad yaradıcılıq imkanı yaradılıb. Eyni zamanda, Elmin İnkişafı Fondu tərəfindən gənc alimlərin fəaliyyətinin dəstəklənməsi nəticəsində gənclərin elm sahəsinə marağı artıb. Xüsusən, hər bir institutda həyata keçirilən layihəyə müəyyən sayda gənc alimlərin cəlb olunmasının tövsiyə olunması, eyni zamanda mütəmadi olaraq ayrıca “Gənc alim və mütəxəssislər üçün qrant müsabiqəsi”, “Mobillik qrant müsabiqəsi”nin yüksək səviyyədə keçirilməsi gənclərin elmə stimullaşdırılmasında yeganə həlledici amilə çevrilib.

Bu müsabiqələrin nəticəsində xeyli istedadlı gənc alimlər xarici ölkələrin aparıcı elm mərkəzlərində qısa müddətli təcrübə keçib, beynəlxalq konfrans və elmi simpoziumlarda iştirak edib, elmi məqalələri beynəlxalq səviyyəli jurnallarda dərc olunub. Bundan başqa, dövlət başçısının 9 avqust 2016-cı il tarixli fərmanına əsasən isə Azərbaycan elminin tarixində ilk dəfə olaraq “Elm haqqında” qanun qüvvəyə minib. Bu qanun ölkəmizdə elmi fəaliyyətin təşkili, idarə edilməsi və inkişafı sahəsində dövlət siyasətinin əsas prinsiplərini, elmin və elmi-innovasiya fəaliyyətinin məqsədlərini, elmi fəaliyyət subyektlərinin hüquq və vəzifələrini, elmin maliyyələşdirilməsi mexanizmlərini, elmi nailiyyətlərin stimullaşdırılması və onlardan istifadənin təşkilati-hüquqi əsaslarını müəyyən edir.

Mütəxəssislər də hesab edirlər ki, hazırda ölkəmizdə elmin uğurlu inkişafının təmininə səbəb olan amillər çoxdur. Çünki uzun illərin təcrübəsi göstərir ki, elm və təhsil hər bir dövlətin davamlı sosial-iqtisadi və mədəni yüksəlişində mühüm rol oynayır. Bu istiqamətdə uğurlara nail olmaq üçünsə son illər büdcədən təhsilə ayrılan xərclərin həcmi davamlı olaraq artırılır. Məsələn, 2018-ci il dövlət büdcəsindən təhsil xərclərinə 2001,5 milyon manat vəsait ayrılıb ki, bu da 2017-ci illə müqayisədə 210,3 milyon manat və ya 11,2 faiz, 2016-cı ilin icrası ilə müqayisədə 247,1 milyon vəsait və ya 14,1 faiz çoxdur.

Bundan başqa, dövlət başçısı son illər ölkəmizdə elmin inkişafı, elmi-texniki potensialın qorunub saxlanılması və modernləşdirilməsi, elm və təhsil sahəsində yüksək ixtisaslı kadrların hazırlanması, onlara daim qayğı göstərilməsi, cəmiyyətdə alimlərin, elm və təhsil işçilərinin nüfuzunun artırılması və Azərbaycanda alınmış elmi nəticələrin xaricdə tanıdılması, elmi tədqiqatların infrastrukturunun modernləşdirilməsi sahəsində bir sıra mühüm qərarlar qəbul edib ki, həmin qərarlardan biri də ölkəmizdə “Elm günü”nün təsis edilməsidir. Belə ki, bu ilin əvvəlində Prezident İlham Əliyevin imzaladığı sərəncamla hər il martın 27-si Azərbaycanda “Elm günü” kimi qeyd ediləcək. Sərəncamın imzalanmasında əsas məqsəd cəmiyyətin inkişafında elmin əhəmiyyətinin nəzərə alınmasıdır.
Onu da deyək ki, hazırda ölkəmizin müxtəlif ali təhsil müəssisələri və elmi təşkilatlarında 33 mindən çox mütəxəssis çalışır. Onlardan 11 min nəfərdən çoxu fəlsəfə doktoru, 2500 nəfəri isə elmlər doktorudur. Digər tərəfdən alimlik dərəcəsi olan tədqiqatçıların sayı 2007-2017-cü illərdə ölkə üzrə cəmi iki dəfə artığı halda, ali təhsil sektorunda bu indikator 5,8 dəfə, başqa sözlə, 386 nəfərdən 2224 nəfərə qədər yüksəlmişdir.

Sevinc

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb



Bölməyə aid digər xəbərlər
08.11.2018 Dünya Elm Günu

Xəbərə şərh yaz
14.11.2018
13.11.2018