Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Həftənin “məşhur futbolçuları” - HƏFTƏ REYTİNQ
Tarix: 08.11.2018 | Saat: 19:15:00
Bölmə:Həftə-Reytinq | çapa göndər

Azərbaycan siyasət meydanında tanınan keçmiş daxili işlər naziri İsgəndər Həmidov, sabiq baş nazir Pənah Hüseyn, keçmiş MTN polkovniki İlham İsmayıl digər həmyaşıdlarıyla bir yerə yığışıb futbol oynadılar. P.Hüseyn bu haqda sosial şəbəkədə paylaşım edib:"Oyunda bizim komanda darmadağın hesabla (5- 21) uduzsa da, unudulmaz bir saat yaşadıq. Baxmayaraq ki, oyunun gedişində məlum oldu ki, rəqib komandada peşəkar futbolda olmuş oyunçular var, rəqibləri qələbə münasibəti ilə ürəkdən təbrik etdik. Mən şəxsən 10-cu dəqiqədə hər iki diz qapağından ciddi zədə almağıma rəğmən bütün matçı axıradək oynadım... Bir neçə dəfə xuliqanlıq dərəcəsində kobud oyuna yol verdim ki, buna görə özümü haqlı saymıram. Ancaq açığı peşmançılıq hissi də nədənsə yoxdur. Nəvəm Altay rəqib komandaya küfür edə-edə "nə üçün dədəmi udursunuz" deyib, meydana hücum edəndə isə qəşş etdim. Eşq olsun futbola və şükür olsun Allaha ki, bizə hərdən belə anlar yaşadır. Ayaq barmaqlarım və dizlərim qanın içindədir. Bir neçə yerdə şiş və hemotoma var, amma oturub bunları yazdım. Növbəti oyunda mütləq qalib gəlib, bu rüsvayçı məğlubiyyətin əvəzini çıxmaq üçün nəticələr çıxarılacaq, komandada dəyişikliklər ediləcək".


Həftənin “təyyarə alverçisi”


Belarus prezidenti Aleksandr Lukaşenkonun istifadə etdiyi “Tu-154M” təyyarəsi satışa çıxarıldı. 1995-ci il istehsalı olan təyyarənin qiyməti 2 milyon dollar civarındadır. Bildirilir ki, Lukaşenko bu təyyarədən sonuncu dəfə 2016-cı ildə Çinə səfəri zamanı istifadə edib. Hazırda Belarus prezidentinin xarici səfərləri üçün “Boeing -767” təyyarəsindən istifadə olunur.


Həftənin “arvad villası”


Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin hazırda həbsdə olan sabiq sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın İngiltərənin paytaxtı Londonda yaşadığı lüks evin görüntüləri yayıldı. Cütlük Londonun qərbində "Harrods" alış-veriş mərkəzinin yaxınlığında yerləşən bu evi 7 il öncə alıb. Lüks ev üçün 11.5 milyon funt sterlinq (təxminən 27 milyon manat) məbləğində ödəniş edildiyi bildirilir. Qeyd edək ki, 55 yaşlı Z.Hacıyeva Britaniyada ilk dəfə tətbiq edilən "İzahedilməz Sərvət Sərəncamı" (“UWO”) çərçivəsində ötən gün London polisi tərəfindən həbs olunub. Bu sərəncama əsasən o, var-dövlətini hansı mənbədən əldə etdiyini açıqlamalıdır. “UWO”, Britaniyada potensial çirkli pullara sahib olan şübhəli korrupsioner xarici rəsmiləri hədəfləmək üçün yeni qanundur. Son məlumatlara görə, Z.Hacıyeva külli miqdarda məbləğ müqabilində və gecələr (saat 21:00-dan 06:00-dək) evdən bayıra çıxmamaq, xaricə getməmək və s. şərti ilə zaminə buraxılıb.


Həftənin “ətriyyatı”


7 noyabr 2018-ci il tarixində Qətərin paytaxtı Doha şəhərinin ən böyük ticarət mərkəzlərindən olan "Doha Festival City Mall”da "Product of Azerbaijan” brendi altında "Karabakh Perfume” adı ilə Azərbaycan ətriyyat məhsullarının satış mərkəzi fəaliyyətə başladı. Mərkəzdə "Shikasta”, "Natavan”, "Bayati Shiraz”, "Rast”, "Buta”, "Khankendi”, "Shusha”, "Sarvan”, Panahalikhan”, "Jidir Duzu”, "Khari Bul Bul” və "Chelebi” olmaqla, ümumilikdə 12 adda və çeşiddə Azərbaycan parfümeriya məhsulunun satışı həyata keçiriləcək. Satış mərkəzinin açılışı münasibətilə keçirilmiş tədbirdə Azərbaycan Respublikasının Qətər dövlətindəki səfiri Rəşad İsmayılov, Qətərdə akkreditə olmuş diplomatik korpusun təmsilçiləri, yerli ictimaiyyət nümayəndələri,Qətərin məşhur bloqqerləri və media mənsubları fəal iştirak edib. Azərbaycan məhsulları alıcılar tərəfindən böyük maraqla qarşılanıb.
Qeyd edilən satış mərkəzinin fəaliyyətinin təmini qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında”Azərbaycan Respublikası Prezidentinin18 yanvar 2016-cı il tarixli sərəncamına uyğun olaraq, rəqabət qabiliyyətli qeyri-neft məhsullarının ixracının, ənənəvi və yeni bazarlara çıxış imkanlarının artırılması istiqamətində görülmüş tədbirlər çərçivəsində həyata keçirilib.


Həftənin “türk serialı qəhrəmanı”


Azərbaycanın ilk hərbi diktoru, vətənpərvərlik mahnılarının tanınmış ifaçısı Şəmistan Əlizamanlı Türkiyənin ən çox izlənən "Diriliş Ərtoğrul” çoxseriyalı filminə çəkildi. “TRT1” telekanalında yayımlanan "Diriliş Ertuğrul”da rol almış Şəmistan bəy filmdə "Allah Türkə yar olsun!” mahnısını səsləndirib. Onu irəlidəki seriyalarda da görə biləcəyik.


Həftənin “mərhum məhşuru”


Azərbaycanın xalq artisti Amaliya Pənahova vəfat etdi. Mədəniyyət Nazirliyindən verilən məlumata görə, o, noyabrın 8-də 73 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Amaliya Əliş qızı Pənahova 1945-ci ilin iyunun 15-də Gəncə şəhərində anadan olub. Amaliya Pənahova Azərbaycan teatr və kino aktrisası, televiziya rejissoru, Azərbaycanın xalq artisti(1985), Dövlət mükafatı laureatı, sənətşünaslıq doktoru, professor, 2000–2005-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Bakı Bələdiyyə teatrının bədii rəhbəri və direktoru, əməkdar elm və mədəniyyət xadimi olub. 1964-cü ildən ömrünün sonunadək teatr və kino sahəsində beş yüzdən artıq obraz yaradıb. Onlardan Tomris, Natəvan, Medeya, Burla Xatun, Məhsəti, Larisa, Ofeliya, Linza kimi rolları qeyd etmək olar.


Həftənin “azərbaycansevəri”


Roma papası Fransisk Vatikanda Qafqaz dağ yəhudilərindən ibarət nümayəndə heyətini qəbul edərkən Azərbaycan haqda müsbət fikirlər söylədi. Pontifik kədərlə müasir dünyada antisemitizmin mövcudluğunu qeyd edib. Onun sözlərinə görə, xristianlar anti-semit ola bilməzlər, çünki xristian və yəhudilərin kökləri birdir. Roma papası ümid etdiyini bildirib ki, antisemitizm bütün dünyada məhv ediləcək. Bununla bağlı danışan Papa Fransisk Azərbaycanı xatırlayıb: “Azərbaycanda gözəl dinlərarası görüşləri xatırlatmaq istərdim ki, burada dinlərin yarada biləcəyi harmoniyanı hiss etdim. Yalnız bir yol var – hər kəsə görə dua etmək və hər kəslə ünsiyyət qurmaq, nizəni milə çevirmək, nifrət edildiyin zaman sevmək, təhqir edildiyin zaman bağışlamaq, dünya ilə harmoniyada yaşamaq”.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
14.11.2018
13.11.2018