Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Bakıda poliklinikada 7 həkim naməlum səbəbdən huşunu itirdi - GÜNÜN TƏZADLARI
Tarix: 08.11.2018 | Saat: 20:00:00
Bölmə:Günün təzadları | çapa göndər

Paytaxtda 8 saylı şəhər poliklinikası əməkdaşlarının zəhərlənməsi haqqında xəbərlər yayıldi. Hafta.az Milli.az-a istinadla yazır ki, Səhiyyə Nazirliyindən verilən açıqlamaya görə, poliklinikada dəm qazı qoxusu hiss edildiyi üçün hadisə yerinə polis və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları çağırılıb: "Yeddi həkim təxliyyə edilərək, Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə gətirilib. Heç birində zəhərlənmə əlaməti olmadığı üçün evə buraxılıblar. Sadəcə, həkimlər qorxub, təlaşlanıblar". Nazirlikdən qeyd edilib ki, hazırda poliklinikanın içərisinə dəm qazı qoxusunun haradan daxil olduğu araşdırılır: "Çünki xəstəxana qazlaşdırılmış bina deyil".

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov isə bildirib ki, Respublika Toksikologiya Mərkəzinə aparılan tibb işçilərindən 3-ü evə buraxılıb, gətirilənlərin hamısı kəskin başağrısından şikayətlənib. “Tibb işçilərindən əlavə, poliklinikaya gəlmiş 2 nəfər də Respublika Toksikologiya Mərkəzinə aparılıb, amma onlara ilkin tibbi yardım göstəriləndən sonra evə buraxılıb. Dörd nəfər qalıb ki, onların da vəziyyəti normaldır, yaxın saatlarda evə göndəriləcək”, - P.Abubəkirov deyib. Hazırda kəskin iyin səbəbi araşdırılır.


Baş prokuror istefa ərizəsi yazdı


Ukrayna baş prokuroru Yuri Lutsenko istefa ərizəsi yazdı. Hafta.az-ın Oxu.az-a istinadla yaydığı xəbərə görə, bu barədə yerli mətbuata baş prokurorun mətbuat katibi Larisa Sarqana is məlumat verib. Bildirilir ki, Lutsenko artıq istefa ərizəsini prezident Pyotr Poroşenkoya təqdim edib. Prezidentin Lutsenkonun bu qərarına necə reaksiya verdiyi hələlik məlum deyil.


İran alimləri sonsuzluğa qarşı cihaz kəşf etdi


İranın Şərif Texniki Universitetinin alimləri sonsuzluğa qarşı müalicəvi bir cihaz icad etməyə nail oldular. Hafta.az Deyerler.org-a istinadla xəbər verir ki, Micro Manipulator (Cell İnjection and manipulation Device) adlı bu cihazın mikroskop altında insan əli çata bilmədiyi yerlərdə çox zərif əməliyyatları edə bildiyi bildirilib. İranlı alimlər bu cihazın sonsuzluğun müalicə edilməsində yeni bir pəncərə açdığını qeyd edirlər.


Sabirabadda “təcili yardım” maşını aşdı- 5 nəfər xəsarət aldı


Sabirabad rayonunda yol qəzası baş verdi. Hafta.az yazır ki, "Report”un Aran bürosunun verdiyi məlumata görə, hadisə rayonun Xankeçən kəndi ərazisində qeydə alınıb. Belə ki, Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Yardım Stansiyasının (TTTYS) Salyan Regional Məntəqəsinə məxsus “UAZ” markalı avtomobil Şirvandan geri qayıdarkən idarəetməni itirərək yolun kənarına aşıb. Nəticədə Hacıqabul rayon sakinləri, 1962-ci il təvəllüdlü Mərziyyə Məlikalı qızı Məlikova, onun qardaşı, 1960-cı il təvəllüdlü Rəhim Məlikalı oğlu Məlikov, Salyan rayon sakini, 1961-ci iltəvəllüdlü İsa Əjdər oğlu İsmayılov, Neftçala rayon sakini, 1960-cı il təvəllüdlü Güllüqız Qoca qızı Məlikova və 1962-ci il təvəllüdlü Gülnarə İmanova müxtəlif dərəcəli bədən xəsarətləri ilə Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.


Hakim toxunuşsuz yıxılan futbolçuya görə penalti təyin etdi


“Mançester Siti”nin Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda doğma meydanda “Şaxtyor”u 6:0 hesabı ilə məğlub etdiyi oyunda 24-cü dəqiqədə verilən penalti qərarı etirazlara səbəb oldu. Hafta.az xəbər verir ki, Qol.az-ın məlumatına görə, macarıstanlı hakim Viktor Kassai cərimə meydançası daxilində Rahim Sterlinqə heç bir toxunuş olmadığı halda qayda pozuntusunu qeydə alıb. Epizodunun təkrarında baxdıqda görünür ki, Sterlinq heç bir toxunuşsuz ayağı büdrəyərək yıxılıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
14.11.2018
13.11.2018