Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Dövlət Bayrağı Günü münasibətilə “Açıq qapı günü” və andiçmə mərasimi keçirilir
Tarix: 09.11.2018 | Saat: 10:41:00
Bölmə:Sosial | çapa göndər

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün “Açıq qapı günü”, eləcə də təlim hissə və bölmələrində gənc əsgərlərin andiçmə mərasimi təşkil olunur.

Hafta.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, ziyarətçilər hərbi hissələrdə yaradılan yaşayış və məişət şəraiti ilə tanış olacaq, xidməti, inzibati binalara, əsgər yataqxanaları və yeməkxanalara baş çəkəcəklər.

“Açıq qapı günü” çərçivəsində komandanlıqla valideynlərin görüşlərində hərbi qulluqçuların xidməti ilə bağlı onları maraqlandıran məsələlər müzakirə ediləcək və sualları cavablandırılacaq.

Bayram günü münasibətilə şəxsi heyət üçün mədəni-kütləvi tədbirlər keçiriləcək.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
14.11.2018
13.11.2018