Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Həmyerlisini küt alətlə qətlə yetirən şəxs saxlanılıb - FOTO
Tarix: 09.11.2018 | Saat: 12:29:00
Bölmə:Hadisə | çapa göndər

Sumqayıt şəhəri, 21-ci məhəllə ərazisində yaşayan şəhər sakini Daşqın Hüseynov koma vəziyyətində xəstəxanaya yerləşdirilib və orada dünyasını dəyişib.

Daxili İşlər Nazirliyindən hafta.az-a verilən məlumata görə, hadisə ilə bağlı Sumqayıt Şəhər Polis İdarəsinə məlumat daxil olan kimi D.Hüseynovun ölümünün səbəbləri araşdırılıb. Araşdırma zamanı müəyyən edilib ki, mərhum yaşadığı evin yaxınlığında naməlum şəxslə mübahisə edib və döyülüb.

Sumqayıt ŞPİ əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Rafiq Nərimanov saxlanılaraq istintaqa təqdim edilib. O, ifadəsində hadisə günü dünyasını dəyişən şəxslə arasında münaqişə baş verdiyini və onun baş nahiyəsinə küt alətlə xəsarət yetirdiyini bildirib.

Qeyd olunan faktla əlaqədar şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.03.2019
18.03.2019
FHN köməksiz vəziyyətdə qalan vətəndaşı xilas etdi
Şahzadənin illərdir dəyişməyən ayaqqabısı - FOTO
Zakir Həsənov İDEX - 2019 Beynəlxalq Müdafiə Sərgisində iştirak edib - FOTO
Rusiyada məişət zəmnində baş vermiş kriminal qarşıdurmanı çeçen və Azərbaycan xalqlarının adına yazmağa heç bir əsas yoxdur” – Qabil Hüseynli
Azərbaycanlılar bizim qardaşlarımızdır – çeçen diaspor təmsilçisi
“Çeçen və Azərbaycan xalqlarının qardaşlıq münasibətlərini pozmaq qeyri-mümkündür” - VİDEO
Müdafiə naziri Türkiyənin müdafiə sənayesi şirkətlərinin məhsulları ilə tanış olub - FOTO
İlk peşə-ixtisas təhsili müəssisələrinin şagirdləri üçün buraxılış imtahanları keçirilib
Güclü külək qərb bölgəsində fəsadlar törədib
Sabirabad sakini armaturların altında qalaraq ölüb