Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Saxta pulla alış-veriş edənlər saxlanılıblar
Tarix: 09.11.2018 | Saat: 18:18:00
Bölmə:Bölgə Hadisə | çapa göndər

Göygöl rayonunda saxta pulla alış-veriş edən şəxslər polis əməkdaşları tərəfindən yaxalanıblar.

Hafta.az Daxili İşlər Nazirliyinə istinadən bildirir ki, Göygöl Rayon Polis Şöbəsinə müraciət edən şəhər sakini olan qadın işlədiyi aptekə gələn 2 nəfərin aldıqları dərmanların müqabilində 2 ədəd 100 manatlıq əskinas verdiklərini, sonradan həmin pulun saxta olduğunu aşkar etdiyini bildirib. Qadın həmin əskinasları polisə təqdim edib.

Məlumatla əlaqədar keçirilmiş əməliyyat tədbirləri nəticəsində saxta əskinasları verməkdə şübhəli bilinən 3 nəfər qısa müddətdə müəyyənləşdirilərək polis əməkdaşları tərəfindən saxlanılıblar.

Araşdırmalarla onların Gəncə şəhər sakinləri, əvvəllər məhkum olunmuş Səbuhi Quliyev, Qabil Məmmədov və Yusif Şükürov olduqları müəyyən edilib. Şəxsi axtarış zamanı S.Quliyevdən narkotik vasitə olan marixuana da aşkar edilərək götürülüb.

RPŞ-də araşdırma aparılır.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
14.11.2018
13.11.2018