Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Özünüməşğulluq proqramı çərçivəsində daha bir sıra rayonda 160 ailəyə mal və materiallar verilib
Tarix: 09.11.2018 | Saat: 18:55:00
Bölmə:İqtisadiyyat | çapa göndər

Son bir ayda artıq 37 rayon üzrə 800-ə yaxın proqram iştirakçısının kiçik ailə təsərrüfatları qurulub

Hafta.az-a Nazirlikdən verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən icra olunan özünüməşğulluq proqramı çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daha bir sıra rayonlar (Qəbələ, Laçın, Qax, Tərtər, Biləsuvar, Şamaxı, Kürdəmir və s.) üzrə 160 proqram iştirakçısı mal və materiallarla təmin olunub.

Onların bir hissəsini məcburi köçkün və şəhid, habelə aztəminatlı, çoxuşaqlı, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri, əlillliyi olanlar, sağlamlıq imkanları məhdud uşağı olan valideynlər, penitensiar müəssisələrdə cəza çəkməkdən azad olunanlar təşkil edib.

Mal və materiallarla təmin olunanların böyük əksəriyyəti biznes-planlarına uyğun şəkildə heyvandarlıqla məşğul olmaq üçün iri və kiçikbuynuzlu mal-qara ilə təmin edilib. Həmçinin bir qisminə arıçılıqla məşğul olmaq üçün arı ailələri və lazımi materiallar, avadanlıqlar verilib.

Digər iştirakçılar isə müvafiq materiallar təqdim edilməklə müxtəlif xidmət sahələri üzə kiçik ailə bizneslərini formalaşdırıblar. Yaradılan fərdi təsərrüfatlar ailə əməyinə əsaslanmaqla, əmək qabiliyyətli ailə üzvlərinin özünüməşğulluğuna, öz zəhmətləri ilə gəlirlərini artırmalarına şərait yaradıb.

İşsiz və işaxtaran insanlar, onların ailə üzvləri bu gün ölkəmizdə sosial cəhətdən həssas qrupların həyat şəraitlərinin yaxşılaşdırılması üçün aparılan fəal və ardıcıl dövlət siyasətinə, o cümlədən aztəminatlı ailələrin kiçik təsərrüfatlara və bununla gəlirlərini artırmaq imkanlarına malik olmaları üçün mal-materiallar formasında göstərilən dövlət dəstəyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Ümumilikdə, cari il oktyabrın 11-dən proqram çərçivəsində aktivlərin verilməsinə başlanılıb. Ötən bir ay ərzində verilmiş artıq 800-ə yaxın işsiz və işaxtaran şəxsin fərdi təsərrüfatlarının qurulması təmin olunub.

Hazırda bu proses davam etdirilir.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.03.2019
18.03.2019
FHN köməksiz vəziyyətdə qalan vətəndaşı xilas etdi
Şahzadənin illərdir dəyişməyən ayaqqabısı - FOTO
Zakir Həsənov İDEX - 2019 Beynəlxalq Müdafiə Sərgisində iştirak edib - FOTO
Rusiyada məişət zəmnində baş vermiş kriminal qarşıdurmanı çeçen və Azərbaycan xalqlarının adına yazmağa heç bir əsas yoxdur” – Qabil Hüseynli
Azərbaycanlılar bizim qardaşlarımızdır – çeçen diaspor təmsilçisi
“Çeçen və Azərbaycan xalqlarının qardaşlıq münasibətlərini pozmaq qeyri-mümkündür” - VİDEO
Müdafiə naziri Türkiyənin müdafiə sənayesi şirkətlərinin məhsulları ilə tanış olub - FOTO
İlk peşə-ixtisas təhsili müəssisələrinin şagirdləri üçün buraxılış imtahanları keçirilib
Güclü külək qərb bölgəsində fəsadlar törədib
Sabirabad sakini armaturların altında qalaraq ölüb