Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Vətəndaşlara pulsuz tinglər paylanılıb - FOTO
Tarix: 09.11.2018 | Saat: 19:35:00
Bölmə:Sosial | çapa göndər

Prezident İlham Əliyevin yeni yaşıllıqların salınması ilə bağlı tövsiyə və tapşırıqlarına uyğun olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi noyabrın 9-da “Hər ailə ağac əksin” devizi altında aksiya təşkil edib. Aksiya vətəndaşların fəal iştirakı ilə keçirilib.

Nazirliyin mətbuat xidmətindən hafta.az-a bildiriblər ki, ağac əkilməsinin təşviqi kampaniyasında əhaliyə, ümumilikdə, 6 minə yaxın müxtəlif ağac tingi paylanılıb.

Xırdalan şəhəri və Saray, Ramana, Hövsan qəsəbələrində keçirilən aksiya zamanı mütəxəssislər tərəfindən vətəndaşlara ağacların əkilməsi və onlara qulluq göstərilməsi qaydaları izah olunub.

Qeyd edək ki, kampaniya noyabrın 12-də və 17-də daha kütləvi xarakter alaraq ölkənin digər regionlarında davam etdiriləcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi hər kəsi ağac əkməyə və payız əkini kampaniyalarına qoşulmağa çağırır.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
14.11.2018
13.11.2018