Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Lənkəran sakini saxlanılıb
Tarix: 09.11.2018 | Saat: 20:20:00
Bölmə:Bölgə Hadisə | çapa göndər

Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini Bəxtiyar Hüseynov saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkar edilib. Əməliyyat-axtarış tədbirləri ilə onun evindən əlavə olaraq 111 qramdan artıq heroin aşkar edilərək götürülüb.

Hafta.az Daxili İşlər Nazirliyinə istinadən bildirir ki, davam etdirilən tədbirlərlə onun narkotiki əldə etdiyi mənbə də müəyyən edilib. Narkotik vasitəni B.Hüseynova satmaqda şübhəli bilinən həmyerlisi, əvvəllər məhkum olunmuş Səfər Ağayev də polis əməkdaşları tərəfindən saxlanılıb.

Əməliyyat-axtarış tədbirləri ilə S.Ağayevin evindən çəkisi 1 kiloqram 260 qram heroin və 1 kiloqram 13 qram tiryək aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb. İstintaq-əməliyyat tədbirləri davam etdirilir.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
14.11.2018
13.11.2018