Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Çikaqoda Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib
Tarix: 10.11.2018 | Saat: 11:39:00
Bölmə:Siyasət | çapa göndər

ABŞ-ın İllinoys ştatının Çikaqo şəhərinin mərkəzində, şəhər meriyasının qarşısında Azərbaycanın Dövlət Bayrağı ilk dəfə olaraq rəsmi şəkildə təntənə ilə qaldırılıb.

Hafta.az-ın məlumatına görə, bu tədbir Dövlət Bayrağı Günü ilə münasibətilə Çikaqo şəhərində Amerikanın Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinin (Azerbaijani Center of Midwest America - ACMA) təşkilatçılığı, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və ABŞ-dakı Səfirliyinin dəstəyilə keçirilib.

Bu münasibətlə məşhur “The Daley Center”-də keçirilmiş tədbiri ACMA-nın prezidenti Mehriban Məmmədova giriş sözü ilə açaraq, ölkəmizin müstəqillik tarixi haqda ətraflı danışıb, üçrəngli bayrağımızın 100 illik tarixi, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə qəbul edildiyini deyib:

“Azərbaycan bir əsrdə iki dəfə müstəqillik əldə edib. Bu ilk dəfə 1918-ci ildə müsəlman dünyasında ilk demokratik dövlətin qurulması ilə mümkün oldu. Həmin dövlət qadınlara seçki hüququnu BirləşmişŞtatlardan daha əvvəl verdi. Və bu bayraq ilk dəfə həmin dövlətin bayrağı oldu. Bu bayraq 1990-cı ildə Sovet İttifaqının süqutu ərəfəsində ilk dəfə milli Lider Heydər Əliyevin rəhbərliyi altında Naxçıvan Ali Sovetinin sessiyasında muxtar respublikanın bayrağı kimi təsdiq edildi, 1991-ci ildə isə müstəqil Azərbaycan Respublikasının dövlət bayrağı kimi öz təsdiqini tapdı”.

Tədbirdə Çikaqo şəhərinin merinin departament rəhbəri Cordan Miller Çikaqo meri Rahm Emanuelin təbrik məktubunu və Azərbaycan Dövlət Bayraq Günü haqqında bəyannaməni Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı Səfirliyinin müşaviri Vüqar Qurbanova təqdim edib. Daha sonra çıxışı zamanı, xanım Miller Azərbaycanı və yerli icmamızı Dövlət Bayrağı münasibətilə təbrik edib, azərbaycanlıların Çikaqodakı icmasının aktiv fəaliyyətini təqdir edib və hər zaman dəstək göstərməyə hazırlığını bildirib.

Bundan sonra tədbirdə ABŞ Senatoru Riçard Dörbin və Nümayəndələr Palatasının üzvü, konqresmen Bobi Raşın Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanın Çikaqoda icması və ACMA cəmiyyətinə təbrikləri təqdim edilib.

Tədbirdə qonaq qismində, Türkiyə Cumhuriyetinin Çikaqodakı Baş Konsulu Umut Açar, Ukrayna Respublikasının Çikaqodakı Konsulu Andrii Danyliuk, Türkiyə Amerika Mədəniyyət Aliansının Çikaqo ofisinin prezidenti Orhan Ilgaz Ulger, Amerika Yəhudi Cəmiyyətindən Natalie Callone, Amerika - Ukrayna Konqress komitəsinin prezidenti İhor Diaczun, Özbək Amerika assosiyasının prezidenti Olim Şaripov, Qırğızıstan Cəmiyyətinin rəhbər nümayəndəsi Esanbek Kaçkeev və Azərbaycan icmasının nümayəndələri iştirak edib.

Tədbir zamanı Azərbaycan Respublikasının Amerika BirləşmişŞtatlarındakı Səfirliyinin müşaviri Vüqar Qurbanov çıxış edərək Dövlət Bayrağı Günü münasibətilə soydaşlarımızı təbrik edib, dövlət bayrağımızın hər bir azərbaycanlı üçün kimlik və birlik simvolu olduğunu qeyd edib. Müstəqlliyini qazandıqdan 100 il sonra ölkə rəhbərliyinin siyasəti sayəsində Azərbaycan artıq regionda sabitlik və inkişaf faktoru, regional nəqliyyat və tranzit mərkəzi, habelə tolerantlıq və multikulturalizm modeli olduğunu bildirib.

Tədbir zamanı Türkiyə Cumhuriyetinin Çikaqodakı Baş Konsulu Umut Açar çıxışında deyib ki, Türkiyə və Azərbaycanı “Bir Millət, İki Dövlət” kimi dostluq və qardaşlıq münasibətləri birləşdirir: “Türkiyə-Azərbaycan qardaşlıq münasibətlərinin qorunması və inkişafı xalqlarımızın mənəvi sifarişidir. 1991-ci il noyabrın 9-da Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkə Türkiyə olub. Türkiyə Azərbaycan dostluğu və qardaşlığıəbədidir, sarsılmazdır”.

Tədbir zamanı Çikaqodakı Türk, Ukrayna, Özbəki, Qırğız icmasının rəhbərləri çıxış edərək Azərbaycan xalqını vəÇikaqodakı icmamımız təbrik etdi və tədbirin təşkilatçılarına təşəkkürlərini bildiriblər.

Daha sonra ABŞ və Azərbaycanın dövlət himnləri səsləndirilib. Azərbaycanın Himninin sədaları altında Azərbaycanın Dövlət Bayrağı təntənəli şəkildə qaldırılıb. İlk dəfə olaraq, ABŞ-da Çikaqo şəhərində Dövlət Bayrağımızın dalğalanması çox qürürverici və tarixi əlamətdar bir hadisədir.

Sonra Çikaqo şəhərində Amerikanın Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinin (Azerbaijani Center of Midwest America) İdarə heyətinin sədri Fərid Məmmədov qonaqlara təşəkkür sertifikatları təqdim edib.

Sonda Azərbaycan cəmiyyətinin nümayəndələri və rəsmi qonaqlar ilə Bayrağımızın önündə xatirəşəkli çəkdiriblər.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
14.12.2018
13.12.2018
Rusiyadan gələn Azərbaycan vətəndaşında ov silahı aşkarlanıb
NATO Müdafiə Kollecinin nümayəndə heyəti Azərbaycana gəlib
“Ermənistan yeni sosial partlayışa hamilədir” – Bəhruz Quliyev
Abşeronda şəhid ailələrinə, Qarabağ müharibəsi və 20 Yanvar əlillərinə 145 mənzil təqdim edilib
Putin təbrik məktubu göndərməməklə Paşinyanı aşağılayır - Ermənistan mətbuatı
Avtomobildə 8 kq-dan çox tiryək aşkar edilib
Bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün daha əlverişli vəziyyət yaranıb - Prezident
2018-ci il Azərbaycan üçün çox uğurlu il olub, o cümlədən idman sahəsində ölkəmiz böyük uğurlar əldə edib - İlham Əliyev
Sərhəd zastavasının ərazisində gizlədilən qaçaqmal pirotexniki vasitələr aşkarlanıb
Kanalda batan 60 yaşlı qadın axtarılır
Gülxar Həsənovanın 100 illiyi qeyd ediləcək
“Telekanallara senzura qoymaq məsələsi bütün dünyada var” – Aqil Abbas
“Xalqımız bu tarixi hadisə ilə fəxr etməlidir” – Elman Məmmədov
Lənkəran sakinlərindən ov tüfəngləri götürülüb
İbtidai sinif müəllimləri imtahana çəkilir
““Qlobal Terrorizm İndeksi” də göstərir ki, Azərbaycanda çoxtəminatlı sabitlik var” – Millət vəkili
“Psixoloji yardım haqqında” qanun qəbul edilib
“Azərbaycanın “Qlobal Terrorizm İndeksi”ndə mövqeyini daha da yaxşılaşdırması reallığı və ölkəmizin prinsipial mövqeyini əks etdirir” – Vüqar Rəhimzadə
Abşeron gömrük postuna hər hansı təyinat olmayıb - DGK
Sankt-Peterburqdakı tədbirdə Prezident İlham Əliyevin Nikol Paşinyanla da söhbəti olub - Hikmət Hacıyev