Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
"Edam günü" mükafat aldı
Tarix: 11.11.2018 | Saat: 19:30:00
Bölmə:Mədəniyyət | çapa göndər

“Edam günü” tammetrajlı bədii filmi ABŞ-ın Kaliforniya ştatında keçirilən “Hollywood Screenings” Film Festivalında nominasiya alıb və 2019-cu ildə qızıl mükafat uğrunda mübarizə aparacaq.

Hafta.az xəbər verir ki, bu barədə AzərTac-a filmin ssenari müəllifi və baş prodüseri Cəlaləddin Qasımov məlumat verib.

O bildirib ki, ekran əsərinə yaxın vaxtlarda geniş tamaşaçı kütləsinin baxmaq imkanı olacaq: “Biz filmin tam fərqli yayım siyasətini qurmağa çalışdıq. “Edam günü” psixoloji trillerində hadisələr sovet dövrünün son illərində həbsxanada cərəyan edir. Mən həbsxana mövzusuna iki əks qütbdə ziddiyyətli kontekstdən baxaraq orijinal yanaşma təqdim etmişəm”.

C.Qasımov deyib ki, bu filmin çəkilməsinin əsas məqsədi bütün gənclərin içərisindəki istedadı üzə çıxarmaq, onların qabiliyyətini geniş kütləyə göstərməkdir.

“Ekran əsərində məhkum olunmuş bir dustağın kamerada yaşadığı həyəcanlı anlar əks olunub. Filmin ssenarisini yazarkən Bayıl həbsxanasında keçmiş sovet dövründə işləmiş işçilərlə görüşüb maraqlı məlumatlar toplamışam”, - deyə ssenari müəllifi bildirib.

Filmdə baş rollarda Rövşən Kərimduxt, Sabir Məmmədov, Məmməd Əliyev, Nazil Ağalarov, Ramin Şıxəliyev, Soltan Qasımov, Hikmət Məmmədov, Vüqar Qurbanov və digərləri çəkiliblər. Filmin quruluşçu operatoru Mehdi Yaqubovdur.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
14.12.2018
13.12.2018