Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Qonaqlar qalib gəldi
Tarix: 11.11.2018 | Saat: 21:29:00
Bölmə:İdman | çapa göndər

Bu gün Topaz Premyer Liqasında 11-ci tura yekun vurulub.

Hafta.az-ın məlumatına görə, son oyun günündə 2 oyun keçirilib.

Günün əsas qarşılaşması Qəbələdə oynanılıb. Son çempion səfərdə yerli komandanın qonağı olub. Qurban Qurbanovun komandası ilk hissədə məğlub duruma düşsə də, ikinci yarıda 3 qol vuraraq, vacib qələbə qazanıb. Dünən "Neftçi"nin xal itirməsindən sonra "Qarabağ" bu qələbə sayəsində liderlə xal fərqini 3-ə endirib.

Günün son oyunu isə paytaxtda keçirilib. "Sumqayıt" "Bayıl Arena"da "Keşlə"ni qəbul edib və rəqibinə 1:4 hesabı ilə uduzub. Bu, Tərlan Əhmədovun "Keşlə"nin sükanı arxasında ilk qələbəsidir.

Topaz Premyer Liqa, 11-ci tur
11 noyabr (bazar)

“Qəbələ” – “Qarabağ” - 1:3
Qollar: Adeniyi, 33 (1:0), Emeqara, 47 (1:1), Miçel, 64 (1:2), Ozobiç, (1:3)
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Ramiz Məhərrəmov
Qəbələ şəhər stadionu

“Sumqayıt” - “Keşlə" - 1:4
Qollar: Amil Yunanov, 52 (0:1), 79 (1:3), Georgios Georgiadis, 56 (0:2), Atilla Yıldırım, 65 (1:2), Andre Klennon, 90+3 (1:4)
Qırmızı vərəqə: Orxan Sadıqlı, 67
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Akif Əmirəli
"Bayıl Arena"



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
14.12.2018
13.12.2018