Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“KTMT üzvlərinin bir çoxu ilə Azərbaycanın sağlam ikitərəfli bağları var” – EKSPERT
Tarix: 12.11.2018 | Saat: 10:41:00
Bölmə:Siyasət | çapa göndər

“Demokratiya libası altında işğalçılıq siyasətini davam etdirə biləcəyinə ümid edən Ermənistanın, yalnız KTMT-də deyil, digər platformalarda da bu və ya digər dərəcədə xəbərdar edilməsi, sıxışdırılması təəccüblü deyil”.

Bunu hafta.az-a açıqlamasında Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri, Milli QHT Forumu İdarə heyətinin üzvü Əkbər Qoşalı deyib. Əkbər Qoşalının sözlərinə görə, KTMT-də “rotasiya qaydasında sədrlik” sisteminin fəaliyyət göstərdiyi elan olunub və bu­gün­lə­rədək sədrlik Ermənistanda idi: “Son illərədək Er­mənistan hər­bi rəhbərliyinə daxil olmuş Yuri Xaçaturov, Paşinyan hökuməti tərəfindən təqiblərə məruz qaldı. KTMT-dəki vəzifədən geri çarıldığı üçün onun digər erməni generalı ilə əvəzlənib-əvəzlənməyəcəyi mü­zakirə mövzusu idi. Xaçaturov Azərbaycan torpaqlarının işğalında iştirak etmişdi; əlbəttə, onun hər hansı bir hö­ku­mətlərarası qurumda, üstəlik, hərbi qurumda vəzifə daşıması bizimçün nə xoşdur, nə də sərfəli; Xaçaturov olmasın başqa bir erməni generalı olsun – bu, yenə bizimçün KTMT-nin digər üzv­lərini təmsil edəcək generallarla müqayisədə ən arzuolun­maz variantdır; ümumən işğalçı ölkənin hər hansı hərbi ittifaqda iştirakı biganə qalmamız mümkün olmayan məsələlərdəndir”.

Əkbər Qoşalı düşürük ki, həlledici məqamlarda mühüm qərarı yalnız bir general vermir: “Rusiya, Belorus, Er­mə­nistan, Qazaxıstan, Qırğız Respublikası və Tacikistanın üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) BMT Baş Assambleyasında müşahidəçi təşkilat kimi qeydiyyatdan keçmiş hökumətlərarası hər­bi ittifaqdır. Onu da bilirik ki, Ermənistanın KTMT-də üzvlüyü davam edir; lakin bütün bu və bənzəri hallarla yanaşı, ən azı psixoloji olaraq, Ermənistan ictimaiyyətində yeni suallar yaranması, habelə Ermə­nistan-Rusiya münasibətləri və Ermənistanla KTMT-nin üzvü olan digər dövlətlər arasındakı münasibətlər baxımından Xaçaturovun yerinə başqa erməni generalının gətirlməsinə razılıq verilməməsi sıradan hadisə sayılmamalıdır. Bu, birbaşa da olmasa, dolayısı ilə, KTMT üzvlərinin bir çoxu ilə Azərbaycanın ikitərəfli bağlarının, çoxtərəfli platformalarda əmək­daş­lığının önəmini də ifadə edir, desək, yanlış olmazdı”.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
14.12.2018
13.12.2018