Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Xaçaturovun həbsi KTMT-nin nüfuzuna ciddi zərbə vurub” – Qabil Hüseynli
Tarix: 12.11.2018 | Saat: 11:38:00
Bölmə:Siyasət | çapa göndər

“İrəvan çalışırdı ki, Xaçaturov hadisəsindən sonra sədrlik üçün geridə qalan müddətdə, son bir il ərzində də Ermənistan nümayəndəsi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına sədrlik etsin. Amma yerdə qalan üzvlər, xüsusilə Nursultan Nazarbayev buna etirazını bildirdi. O, vurğuladı ki, son bir il ərzində Ermənistan nümayəndəsi bu quruma seçilərsə o, həmin müddətdə heç quruma üzv olan dövlətləri gəzib başa çatdıra bilməyəcək. Belə olan təqdirdə onun işini görən olmayacaq. Belə olan təqdirdə isə KTMT-yə Ermənistanın yox, Belarusun nümayəndəsini sədrliyə qəbul etməklə bağlı yekdil qərar qəbul etdilər”.

Bunu hafta.az-a açıqlamasında politoloq Qabil Hüsenyli deyib. İrəvanın yeni hökümətinin Yuri Xaçaturovun yerinə yeni nümayəndə olaraq KTMT sədrliyinə təklifinin rədd edilməsini şərh edən politoloq bildirib ki, baş nazir Nikol Paşinyan tədbirdə çox sərt danışıb. KTMT-də hədələyici tonda ifadələr işlədərək hər şeyə “veto” qoyacağını söyləyib. Ekspertin sözlərinə görə, Kreml artıq Nikol Paşinyana “gözünü ağardıb”: “Düşünürəm ki, Moskvanın sərt təpkilərindən sonra Paşinyan öz yerinə oturmaq məcburiyyətində qalacaq. Nəzərə alaq ki, Ermənistanda seçkilər də keçiriləcək. Bu seçkilərin taleyinin necəliyi də müəyyən qədər Rusiyadan asılıdır. Şimal qonşumuzun proseslərə müdaxiləsi burada çox şeyi həll edə bilər. Ona görə də Nikol Paşinyan İrəvana döndükdən sonra sakitcə yerində oturacaq. Baş verən bu hadisə - Xaçaturovun İrəvanda məhkəmə prosesinə cəlb edilməsi KTMT-nin nüfuzuna ciddi zərbə vurub. Bu həqiqətən də belədir. Amma son baş verənlərə görə, Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxarılacağını düşünmürəm. Çünki tarixə nəzər saldıqda görərik ki, tarix boyu Ermənistan Rusiyanın yanında olub. Moskva hər zaman İrəvanı müdafiə edib. Zənnimcə bu cür xırda nüansa görə Rusiya Ermənistanı itirmək istəməz”.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.12.2018
18.12.2018