Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Şanxay Ticarət Mərkəzində Azərbaycanın “Şərab evi” açılıb
Tarix: 12.11.2018 | Saat: 13:25:00
Bölmə:Siyasət | çapa göndər

China News, Çin
12.11.2018

Şanxay Vayqaoçao Beynəlxalq Ticarət Əməliyyat Mərkəzində (ITOC) Azərbaycanın “Şərab evi” açılıb. Burada Azərbaycan şirkətlərinin istehsal etdiyi yüzdən çox şərab çeşidi təqdim olunacaq. Bu, Azərbaycan şərablarının Çin bazarına çıxarılması baxımından mühum addımdır.

Açılış mərasimində çıxış edən Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev bildirib ki, Çində Azərbaycan “Şərab evi”nin ilk dəfə təşkil olunmuş İdxal sərgisi çərçivəsində açılması heç də təsadüf deyil. Sərgidə Azərbaycan şirkətləri bir araya gələrək, yeganə korporativ pavilyon təşkil edib. Orada Azərbaycandan olan 32 şirkətin yüksək keyfiyyətli qida, şərab və digər içkiləri, çay, meyvə şirələri, şirniyyat və digər məhsulları nümayiş olunub. Tədbirin xidmət sərgisi sahəsində isə Azərbaycan əsasən ölkənin zəngin turizm resurslarını və xidmət sektorunun potensialını nümayiş etdirib.

Şahin Mustafayevin sözlərinə görə, Azərbaycan Çinlə iqtisadi əlaqələrinin genişlənməsinə, qarşılıqlı faydalı layihələrin həyata keçirilməsinə böyük önəm verir. Hazırda bir sıra Çin şirkəti Azərbaycanın ticarət, xidmət, sənaye, tikinti, kənd təsərrüfatı və s. sahələrində fəaliyyət göstərir. Bir sözlə, Azərbaycan çinli investorlar üçün əlverişli şərait yaratmaqdadır.

Nazir deyib ki, gələcəkdə Azərbaycan şərabının Çinə ixrac həcminin artırılmasın planlaşdırılır. Şanxay Ticarət Zonası ilə yanaşı, Çinin digər bölgələrində də Azərbaycan Ticarət Mərkəzinin, “Şərab evləri”nin açılması nəzərdə tutulub. “Bir sözlə, “Made in Azerbaijan” brendinin çinli istehlakçılarının böyük marağınına səbəb olacağına inanırıq”, - deyə Mustafayev qeyd edib.

Çində belə “Şərab evi”nin açılması Azərbaycanın içki istehsal edən şirkətlərinin Çin bazarını daha fəal araşdırmasına yol açacaq, yerli distribütor və istehlakçıların Azərbaycana məxsus şərab növlərilə daha yaxından tanış olmaq imkanı qazandıracaq.

“Vaygaochao Group Co. Ltd” şirkətinin baş direktor müavini Can Hao da çıxışında deyib ki, burada Azərbaycana məxsus “Şərab evi”nin açılması “körpü” rolu oynayaraq, gələcəkdə birgə turizm, mədəniyyət və s. sahələrdə investisiya layihələrin uğurla reallaşdırılmasına yol amacaq.

Azərbaycan şərabları 6 gün davam edəcək sərginin ardından “Şərab Evi”nə aparılaraq, orada təqdim olunacaq.

Çin dilindən tərcümə -

www.worldmedia.az



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
14.12.2018
13.12.2018
Bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün daha əlverişli vəziyyət yaranıb - Prezident
2018-ci il Azərbaycan üçün çox uğurlu il olub, o cümlədən idman sahəsində ölkəmiz böyük uğurlar əldə edib - İlham Əliyev
Sərhəd zastavasının ərazisində gizlədilən qaçaqmal pirotexniki vasitələr aşkarlanıb
Kanalda batan 60 yaşlı qadın axtarılır
İlham Əliyev Esmiralda Ələkbərovaya fəxri ad verib
Prezident Xətai Rayon İcra Hakimiyyətinin başçısını vəzifəsindən azad edib
Azərbaycanın idman mütəxəssislərinə Prezidentin fərdi təqaüdü və fəxri ad verilib - Siyahı
İlham Əliyev Ərdoğana başsağlığı verib
Piyadanı avtomobil vurub öldürdü
Mərkəzi Bankı Rəqəmsal Transformasiya Planı hazırlayacaq