Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Avtomobillərdən oğurluq edən şəxs saxlanılıb
Tarix: 12.11.2018 | Saat: 14:03:00
Bölmə:Hadisə | çapa göndər

Yasamal rayonu ərazisində avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

DİN Mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə 2-ci Alatava küçəsində Bakı şəhər sakini İlkin Nadirova məxsus “Mercedes”, Xiyabani küçəsində isə İslam Babayevə məxsus “KİA” markalı avtomobillərdən şüşəni sındırmaq yolu ilə pul, bankomat kartları və qol saatı oğurlanmaları barədə müraciətlər daxil olub.

Məlumatlarla əlaqədar polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqları törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyənləşdirilərək saxlanılıb. Araşdırmalarla onun Abşeron rayon sakini Elxan İsayev olduğu müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Qeyd edək ki, "Mercedes Benz" markalı avtomobilin sahibi İlkin Nadirov "Azad Azərbaycan" televiziyasının əməkdaşıdır.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.12.2018
18.12.2018