Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Erməni səfirin adının mafiya qrupları ilə birgə hallanması təəccüblü deyil” – Azər Badamov
Tarix: 12.11.2018 | Saat: 13:30:00
Bölmə:Siyasət | çapa göndər

“Ermənistanın Almaniyadakı səfirinin adı bu ölkədəki erməni mafiya qrupları ilə birgə hallanır. Bu təəccüblü deyil. Çünki Azərbaycan dəfələrlə dünyaya bəyan edib ki, İrəvandakı hakimiyyət kriminal ünsürlərdən ibarətdir. Hərbi kriminal xuntanın bu ölkəni idarə etdiyi dəfələrlə vurğulanıb. Ermənistanın Almaniyadakı səfiri ilə bağlı yayılan son məlumatlar da dediklərimizin bir daha təcəssümüdür”.

Bunu hafta.az-a açıqlamasında millət vəkili Azər Badamov deyib. Ermənistanın Almaniyadakı səfiri Aşot Smbatyanın Berlindəki və digər şəhərlərdəki mafia qrupları ilə əlbir olması ilə bağlı xəbərləri şərh edən millət vəkili bildirib ki, bu hadisə Ermənistandakı cinayətkar rejimin “əlinin “Avropaya qədər uzandığının göstəricisidir: “Aşot Smbatyanla bağlı hadisə göstərdi ki, bizim dediklərimizə inanmaq lazımdır. Diplomatik nümayəndənin mafiya qrupları ilə əlbir olması Almaniyada ciddi araşdırılmasıdır. Bu Almaniyanın təhlükəsizliyinə də ciddi təhdiddir. Baxın, Ermənistandakı kriminal rejim ölkəsində əhalini uçuruma aparır. Soyğunçu siyasət nəticəsində erməni əhalinin sosial-iqtisadi durumu çox acınacaqlı vəziyyətə düşüb. Tək Ermənistandakı əhali deyil, Dağlıq Qarabağda zorla məskunlaşdırılan insanların da vəziyyəti olduqca pis vəziyyətdədir. Yoxsulluq işğalçı ölkədə pik həddə çatıb. Elə Azərbaycan ərazilərinin işğala məruz qalması da Ermənistanı uzun müddət idarə etmiş kriminal xunta rejiminin adı ilə bağlıdır. Onların siyasəti nəticəsində bir milyon insan evindən, eşiyindən didərgin düşüb, mal və mülkləri talanıb. İrəvandakı kriminal rejim bu gün işğalçılıq siyasətini davam etdirir. Baxın, Azərbaycanın gücü və qüdrəti Ermənistanla müqayisə olunmaz dərəcədə fərqlidir. Ölkəmiz günü-gündən inkişaf edir, iqtisadi, sosial, hərbi istiqamətlərdə gücü və qüdrəti hər gün artır. Durğunluq və çöküş dövrünü yaşayan Ermənistandan fərqli olaraq Azərbaycan hər gün inkişaf edir”.

Millət vəkili bildirib ki, Almaniyada Aşot Smbatyanla bağlı hadisə ilə əlaqədar sənədli filmin hazırlanması və bunun məhkəmə qədər getməsi sıradan hadisə deyil: “Bu o deməkdir ki, ermənilər lobbiçilikdə olduğu kimi diplomatiyada da kriminal ünsürlərdən istifadə edirlər. Bu isə Avropa üçün ciddi həyəcan siqnalı olmalıdır. MDR kanalının yayımladığı sujetdə Avropol və İnterpol təşkilatlarına istinadən, erməni “qanuni oğrular”ın sayının 670-900 arasında olduğunun ehtimal edildiyi və onların əksəriyyətinin Almaniyadan kənarda yaşadıqları diqqətə çatdırılır. Qeyd olunur ki, Almaniya və Avropada mövcud olan erməni mafiyasının İtaliya mafiyası ilə işgüzar əlaqələrinə dair dəlillər mövcuddur.Ümid edirəm ki, Almaniya höküməti məsələ ilə ciddi məşğul olacaq və məhkəmə erməni səfirlə bağlı məsələni ciddi şəkildə araşdıracaq”.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.12.2018
18.12.2018