Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
"Dövlətin sosial siyasətinin əsasında insan amili və onun rifahı dayanır" - Millət vəkili
Tarix: 13.11.2018 | Saat: 13:10:00
Bölmə:Sosial | çapa göndər

Azərbaycanda əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi həmişə hökumət üçün prioritet istiqamətlərdən olub. Qeyd edək ki, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında son 15 ildə bu yöndə ciddi uğurlar əldə olunub. Belə ki, bu istiqamətdə görülmüş tədbirlər sistemində ünvanlılıq prinsipinə əməl olunub, aztəminatlı, ailə başçılarını itirən, eləcə də, şəhid ailələri, xüsusi qayğıya ehtiyacı olanlar dövlətin diqqət və qayğısı ilə əhatə olunublar.

Ümumiyyətlə, ölkədəki davamlı tərəqqi ən çox sosial müdafiəyə ehtiyacı olan təbəqənin zəruri tələbatlarını ödəmək üçün yeni imkanlar yaradır. Bu gün Azərbaycan dövləti ümumi sayı 30 minə çatan Qarabağ müharibəsi əlillərinin və şəhid ailəsi üzvlərinin sosial müdafiəsi üçün həm məxsusi, həm də ümumiləşmiş şəkildə güzəştlər tətbiq edir. Belə ki, bu kateqoroyadan olan insanlar qanunvericiliyə müvafiq şəkildə aylıq müavinət və prezident təqaüdü alır, dövlət müharibə əlillərinə və şəhid alilərini mənzillə təmin edir, hərəkət çətinliyi olan əlillərə isə avtomobillər verilir.
Yeri gəlmişkən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, bu kateqoriyalardan olan vətəndaşlar üçün İmişli rayonunda tikilən 54 mənzilli və Şamaxı rayonunda tikilən 36 mənzilli yaşayış binalarının inşası artıq başa çatdırılıb. Yaxın günlərdə həmin binalardakı mənzillər növbədə dayanmış Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin istifadəsinə veriləcək. Mənzillərdə müasir tələblərə uyğun yaşayış şəraiti yaradılıb, binaların həyət-bacasında abadlaşdırma işləri görülüb.
Respublikamızın bölgələrində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün hazırda 67 fərdi evin inşası işləri də aparılır. Onlardan artıq əksər evlərin tikinti işləri yekunlaşmaq üzrədir. Eyni zamanda, nazirlik tərəfindən həmin insanlar üçün hazır yaşayış binalarından təmirli mənzillərin satın alınması ilə bağlı işlər davam etdirilir. İnşası başa çatmış fərdi evlər və alınmış mənzillər də yaxın vaxtlarda istifadəyə veriləcək.

Xatırladaq ki, Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil təminatı prosesinə 1997-ci ildən başlanıb. Ötən ilə qədər bu kateqoriyadan olan şəxslərə 6096 mənzil verilib. Statistik məlumatlara görə, mənzillərin 4757-si 2013-cü ilin sonuna qədər verilən mənzillərdir. Ondan sonra verilən 1349 mənzil var. Əgər statistikaya nəzər salsaq görərik ki,son illərdə mənzillərin alınıb verilməsi və fərdi evlərin tikilməsi yolu ilə bu kateqoriyadan olan şəxslərə təqdim edilməsi əvvəlki illərə nisbətən xeyli sürətlənib. Əgər əvvəlki 17 il ərzində ortalama hər il 280 mənzil verilirdisə, son 4 ildə hər il 335 mənzil bu kateqoriyadan olan şəxslərə mənzillər təqdim edilib. 2014-cü ildə prezident tərəfindən bu problemin həlli üçün xüsusi sərəncam imzalanıb. Bu zaman nəzərdə tutulurdu ki, hər il təqribən 50 milyon manata yaxın vəsaitin ayrılması nəticəsində bu prosesin 2014-cü ilin 1 yanvar tarixinə qədər növbədə olan şəxslərin 5 il ərzində problemləri həll ediləcək. 2014-cü ilin ikinci yarısında buna uyğun olaraq 30 milyon manat bu məqsəd üçün vəsait ayrıldı.
Təbii ki, bu məsələnin mütəmadi olaraq Prezident İlham Əliyevin diqqət mərkəzində olması bu kateqoriyalardan olan vətəndaşların mənzillə təminatı proqramının da ildən-ilə güclənməsinə imkan verib. Belə ki, dövlət başçısı bu ilin avqust ayında Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə daha 35 mənzilin, eyni zamanda Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə 136 avtomobilin təqdim olunması mərasimində son 20 il ərzində şəhid ailələrinə, müharibə əlillərinə 5500-dən çox fərdi ev və mənzil, müharibə əlillərinə 6 mindən çox minik avtomobili verildiyini bildirmişdi. Dövlət başçısı vurğulamışdı ki, ilin sonuna qədər nəzərdə tutulan rəqəm əlavə 170 mənzil və fərdi evdir: “Bununla belə, nəzərə alsaq ki, hələ də növbədə kifayət qədər insan var, - təqribən 4 minə yaxın insan növbədədir, - mən əlavə vəsait ayıraraq bu il minimum daha 300 mənzilin alınması ilə bağlı qərar qəbul edəcəyəm”.

Qeyd edək ki, bununla əlaqədar Prezident İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 2 avqust 2018-ci il tarixli sərəncam imzalanıb.
Sərəncam Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 20 milyon manat ayrılmasını nəzərdə tutur.
Beləliklə, sərəncam ayrılacaq həmin vəsait hesabına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən cari ildə əlavə olaraq minimum 300 mənzil alınmasına, nəticədə bu il ərzində 500-dən çox mənzilin əlil və şəhid ailələrinə təqdim olunmasına imkan yaradır. Bu da 2018-ci ildə nazirlik tərəfindən Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə verilməsi nəzərdə tutulan mənzillərin sayının (207 mənzil) 2,4 dəfə artırılmasına imkan verir.
Sözsüz ki, Prezident İlham Əliyevin qeyd edilən sərəncamı Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinin mənzillə təminatında mühüm irəliləyişə şərait yaratmaqla, ümumən ölkəmizdə sosial rifah halının yaxşılaşdırılmasının, insan amilinin dövlət başçısının uğurlu siyasətinin mərkəzində dayandığını bir daha təsdiq edir.

Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən millət vəkili Musa Quliyev də deyib ki, Azərbaycan dövlətinin sosial siyasətinin əsasında insan amili və onun rifahı dayanır: “Məlum olduğu kimi, dövlətin sosial siyasəti bir neçə istiqaməti əhatə edir. Bu siyasət Azərbaycanda insanların keyfiyyətli həyat sürməsinə yönəlib. Bu günədək ölkəmizdə həyata keçirilən tədbirlər nəticəsində əhalinin sosial rifah halının ardıcıl şəkildə yaxşılaşmasına, pensiya təminatına, məşğulluğun təmininə, yoxsulluğun aşağı salınmasına, mənzil təminatının, təhsil və səhiyyə imkanlarının yaxşılaşdırılmasına nail olunub.Yəni, vətəndaşlar işlə təmin olunur, dövlət hər bir kəsin sağlamlığına, təhsil almasına, sağlam mühitdə yaşamasına təminat verir. Digər istiqamət isə odur ki, sosial müdafiəyə ehtiyacı olan insanlara dövlət öz yardımını göstərir. Yəni, onlara ünvanlı sosial müavinətlər verilir, əməkdə, təhsildə, mədəniyyətdə və s. sahələrdə fərqlənənlərə Prezidentin xüsusi təqaüdü verilir. Eyni zamanda, dövlət tərəfindən əhalinin mənzil təminatının yaxşılaşdırılması üçün ardıcıl tədbirlər görülür. Bununla yanaşı, Qarabağ əlilləri və şəhid ailələri üçün dövlətin ayrıca proqramı mövcuddur ki, hər il yüzlərlə belə ailələr mənzillə təmin olunurlar. Təbii ki, bu da onu göstərir ki, hökümət həssas təbəqədən olan vətəndaşların qayğısına həmişə diqqətlə yanaşır və problemlər operativ şəkildə həllini tapır”.

Sevinc



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
14.12.2018
13.12.2018
Bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün daha əlverişli vəziyyət yaranıb - Prezident
2018-ci il Azərbaycan üçün çox uğurlu il olub, o cümlədən idman sahəsində ölkəmiz böyük uğurlar əldə edib - İlham Əliyev
Sərhəd zastavasının ərazisində gizlədilən qaçaqmal pirotexniki vasitələr aşkarlanıb
Kanalda batan 60 yaşlı qadın axtarılır
İlham Əliyev Esmiralda Ələkbərovaya fəxri ad verib
Prezident Xətai Rayon İcra Hakimiyyətinin başçısını vəzifəsindən azad edib
Azərbaycanın idman mütəxəssislərinə Prezidentin fərdi təqaüdü və fəxri ad verilib - Siyahı
İlham Əliyev Ərdoğana başsağlığı verib
Piyadanı avtomobil vurub öldürdü
Mərkəzi Bankı Rəqəmsal Transformasiya Planı hazırlayacaq