Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
114”A” saylı marşrut avtobusunun sərnişinləri narazıdır
Tarix: 12.11.2018 | Saat: 19:15:00
Bölmə:Sosial | çapa göndər

Paytaxtın “20 Yanvar” metro stansiyasından Qaradağ rayonu Yeni Müşfiqabad və Pirəkeşkül qəsəbələrinə gedən 114 “A” saylı marşrut avtobuslarının sərnişinləri narazılıq edir. 

Adıçəkilən qəsəbələrin bir qrup sakini “Həftə içi”nə müraciət edərək bildirdi ki, qəsəbələrinə marşrut pis işlədiyindən, vaxtlı-vaxtında mənzilbaşına çata bilmirlər. Vəziyyəti biz də araşdırmaq istədik.
Səhər saatlarında “20 Yanvar” metro stansiyasının yaxınlığındakı dayanacaqda olduq. Təxminən, 40 dəqiqədən çox gözləsək də, 114 “A” saylı marşrut avtobusu gəlmək bilmirdi. Nəhayət, marşrut avtobuslarından biri gəlib dayanacaqdan, təxminən, 25-30 metr aralıda saxlayıb sərnişinləri düşürürdü. Bir saata yaxın dayanacaqda yağışın altında dayanan sərnişinlər adıçəkilən ünvana getmək üçün qaçıb avtobusa minmək istədilər. Tofiq adlı sürücü qapıları bağlayıb avtobusun getmədiyini dedi. Sürücüdən səbəbini soruşduqda isə avtobusun xarab olduğunu söylədi.

Aradan 5 dəqiqə keçdikdən sonra, digər marşrut avtobusu gəldi. Sürücü sərnişinləri düşürdükdən sonra 15 dəqiqə gözlədi. Eyni hadisəni Müşfiqabad şəhərciyində də müşahidə etdik. Dayanacaq olmadığından, sərnişinlər açıq havada yağışın altında islanırdılar. Bir qrup sərnişin şəhərə, digər qrup sərnişin isə Pirəkeşkülə getmək istəyirdi. Pirəkeşkülə gedən sərnişinlərin əksəriyyəti məktəblilər idi.
Budaq adlı sakin Laçın rayonundan məcburi köçkün olduğunu və Pirəkeşküldə yaşadığını söylədi. Onun sözlərinə görə, nəvələri Müşfiqabad köçkün şəhərciyində fəaliyyət göstərən Ağdam 33 saylı köçkün məktəbində oxuyurlar: «Hər gün uşaqları Pirəkeşküldən məktəbə gətirib-aparırıq. Qəsəbəmizə ancaq 114 “A” saylı marşrut avtobusu işləyir. Marşrutlar qrafiklə işləmədiyindən, uşaqlarımızı vaxtlı-vaxtında məktəbə aparıb-gətirə bilmirik. Hər gün belədir. Avtobus qrafiklə 7 dəqiqədən bir işləməlidir. Ancaq 30-40 dəqiqədən bir gəlir. Soyuqlu, yağışlı və qarlı havalarda isə günümüz qara olur”.

Şahlar adlı sakin Müşfiqabad qəsəbəsində yaşadığını və Bakı Metropolitenində işlədiyini vurğuladı. Onun sözlərinə görə axşam saat 21:00-da işdən çıxır: «Marşrut avtobusları isə saat 20:30-a kimi işləyir. Avtobus olmadığından, taksı ilə getmək məcburiyyətində qalırıq”.
Sakinlər şikayətləndilər ki, xəttə buraxılan marşrut avtobusları istismar müddətini çoxdan başa vurub. Oturacaqlar sınıqdır. Avtobuslar tez-tez xarab olub yollarda qalır.
Adıçəkilən marşrut avtobuslarının iş qrafikinə nəzarət edən dispetçer isə sürücülərin qrafikə əməl etməməsinin səbəbini marşrut avtobuslarının köhnə olduğunda görür.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
14.12.2018
13.12.2018