Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Bakıda “BMV” sürücüsü ilə birgə yoxa çıxdı - GÜNÜN TƏZADLARI
Tarix: 12.11.2018 | Saat: 19:30:00
Bölmə:Günün təzadları | çapa göndər

Paytaxt sakini olan bir qadın polisə müraciət edərək oğlunun itkin düşdüyünü söylədi. Hafta.az-ın Musavat.com-a istinadla məlumatına görə, Yasamal Rayon Polis İdarəsinə müraciət edən qadın bildirib ki, oğlu Elçin Məhərrmov 5 noyabr tarixində itkin düşüb. Qadının sözlərinə görə, oğlunu sonuncu dəfə noyabrın 5-də saat 16:30 radələrində Mirəli Seyidov küçəsində “ART” otelin yaxınlığında taksi fəaliyyəti ilə məşğul olduğu “BMW” markalı avtomobili ilə birgə görüblər. Müraciət əsasında araşdırma aparılır.


Lənkəranda 4 kəndi su basdı


Bazar ertəsi səhər saatlarından başlayaraq Lənkəran rayonunda yağan leysan xarakterli yağışlar nəticəsində Sağlaküçə, Türkəkəran, Bürcəli və Narbağı kəndlərində bəzi ərazilər yağış suları ilə doldu. Hafta.az Moderator.az-a istinadla xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş müraciətlərlə əlaqədar olaraq, Nazirliyin Cənub Regional Mərkəzinin, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq qüvvə və texnikası qeyd olunan ərazilərə cəlb olunub. Həyətyanı sahələrin su ilə dolması səbəbilə köməksiz vəziyyətdə qalmış 63 nəfər təhlükəsiz əraziyə təxliyə edilib. Xilasetmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.


Qaraçuxurda taksi çuxura düşdü


Bazar ertəsi saat 07:50 radələrində Bakının Qaraçaxur qəsəbəsi, İlqar Rəsulov küçəsində taksi xidmətinə məxsus avtomobilin iştirakı ilə qəza baş verdi. Hafta.az-ın Modern.az-a istinadla verdiyi xəbərdə deyilir ki, *8555 taksi xidmətinə məxsus “Daewoo Nexia” markalı avtomobil ərazidə aparılan təmir işlərilə bağlı qazılan çuxura düşüb. İlkin ehtimala görə, hadisə gecədən yağan yağış səbəbilə yolda yaranan sürüşkənlik və sürücünün diqqətsizliyi üzündən baş verib. Qeyd edilir ki, çuxur “Azərsu” ASC tərəfindən qazılıb. “Azərsu” ASC-nin əməkdaşları, həmçinin yol polisi əməkdaşları hadisə yerinə cəlb olunub, eləcə də gündüz saatlarında ərazidə tıxac müşahidə edilib.


Trampla Putini yanaşı oturmağa qoymadılar


Yelisey sarayında çalışan əməkdaşlar nahar zamanı prezidentlərin yerlərində dəyişiklik etdilər. Hafta.az Virtualaz.org-a istinadla yazır ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. O bildirib ki, bu səbəbdən Putinlə Tramp üzbəüz oturublar və onların nahar zamanı söhbətləşmək imkanı olmayıb. Bununla belə, Putin artıq öz açıqlamasında Trampla görüşmək imkanı əldə etdiyini bildirib.

 

Azərbaycanda 40 ilin məhbusu öldü


Azərbaycanda məhkum öldü. Hafta.az yazır ki, “Report”un məlumatına görə, hadisə Penitensiar Xidmətin müalicə müəssisəsində qeydə alınıb. Orada saxlanılan 1953-cü il təvəllüdlü Nəriman Mahmud oğlu Mahmudov xəstəlikdən dünyasını dəyişib. Qeyd edilir ki, N.Mahmudov üst-üstə 40 il məhbus həyatı yaşayıb. Belə ki, o, bir neçə il əvvəl narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinərək həbs edilib. Sonuncu həbsi zamanı məlum olub ki, N.Mahmudov əvvəllər törətdiyi cinayət əməllərinə görə ümumilikdə, 37 il həbsxanada olub.


Ukraynada rok-musiqiçi döşəmənin altına yıxıldı


Ukraynalı rok-musiqiçinin konsert zamanı göstərdiyi canfəşanlığa Lutsk şəhərindəki səhnənin döşəməsi dözmədi. Hafta.az Oxu.az-a istinadla xəbər verir ki, nəticədə ifaçı döşəmənin altına yıxılıb. Xidməti personalın yardımı ilə səhnəyə qayıdan musiqiçi çıxışını davam etdirib. Sözügedən xoşagəlməz hadisə “Fiolet” qrupunun solisti Sergey Martınyukun konserti zamanı baş verib.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.12.2018
18.12.2018