Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Dünya şöhrətli professor ölkəmizdə aparılan islahatları izlədiyini bildirib
Tarix: 13.11.2018 | Saat: 11:23:00
Bölmə:Sosial | çapa göndər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) ölkəmizdə işgüzar səfərdə olan BMT Universitetinin Maastrixt Innovasiyalar və Texnologiyalar üzrə İqtisadi və Sosial Tədqiqatlar İnstitutunda POP Mərkəzinin direktoru, Qlobal Əmək Təşkilatının Prezidenti professor Klaus F.Zimmermanla görüş olub. O, həmçinin Maastrixt, Bonn və Renmin Universitetlərinin fəxri professoru, Avropa İqtisadiyyat, Biznes və İdarəetmə bölməsinin rəhbəri, nüfuzlu “Journal of Population Economics” dərgisinin təsisçisi və naşiridir.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən hafta.az-a verilən məlumata görə, görüşdə Qlobal İqtisadi Problemlər İnstitutunun qurucusu və rəhbəri Natiq Şirinzadə də iştirak edib.

Tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin sosial-iqtisadi inkişaf strategiyasının uğurları barədə qonağa məlumat verib, respublikada əldə olunan iqtisadi inkişafın sosialyönümlü olduğunu bildirib. O, ölkədə bütün istiqamətlərdə dayanıqlı inkişafa xidmət edən islahatlar proqramının ilk növbədə elmi əsaslar üzərində, yeni iqtisadi və sosial çağırışlara uyğun, habelə nüfuzlu beynəlxalq institutlarla fəal əməkdaşlıq müstəvisində hazırlanaraq həyata keçirildiyini qeyd edib.

S.Babayev əmək münasibətləri, məşğulluq və sosial müdafiə sahələrində innovativ yanaşmalar, elmi-texnoloji yeniliklər əsasında aparılan islahatlar, həmçinin bu sahələrdə vahid platformadan yeni xidmət modelinin formalaşdırılması, “DOST” mərkəzlərinin yaradılması istiqamətində görülən işlər barədə danışıb.

Nazir həmçinin məcburi köçkünlərin və qaçqınların sosial müdafiəsinin gücləndirilməsi, məşğulluq problemlərinin həlli istiqamətində atılan addımları diqqətə çatdırıb. O, nazirliyin beynəlxalq əməkdaşlıq əlaqələrindən bəhs edərək, BMT qurumları və Beynəlxalq Əmək Təşkilatı ilə geniş əməkdaşlıq gündəliyinin olduğunu bildirib. S.Babayev nazirliyin elmi-tədqiqat və təlim potensialının inkişaf etdirilməsində BMT Universitetinin Maastrixt Innovasiyalar və Texnologiyalar üzrə İqtisadi və Sosial Tədqiqatlar İnstitutu, eləcə də digər nüfuzlu beynəlxalq dairələrlə geniş əlaqələrin qurulmasının da əhəmiyyətli ola biləcəyini deyib.

K.F.Zimmerman Azərbaycanda bütün sahələrdə özünü göstərən inkişaf proseslərinin şahidi olmaqdan məmnunluğunu ifadə edib. Ölkəmizdə sosial sahədə aparılan islahatları maraqla izlədiyini bildirən professor Avropada sosial sahədə mövcud vəziyyət, qarşıya çıxan problemlər və onların həll mexanizmləri sahəsində təcrübələr, qaçqın və məcburi köçkünlərlə bağlı aparılan siyasətlər, yeni təşəbbüslər, miqrasiya proseslərinin tənzimlənməsində yanaşmalar və s. barədə məlumat verib.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
14.12.2018
13.12.2018