Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Bakcell”in dəstəyi ilə keçirilmiş M.A.P. Festivalı teatr həvəskarlarına unudulmaz təəssüratlar bəxş edib
Tarix: 13.11.2018 | Saat: 11:45:00
Bölmə:Sosial | çapa göndər

Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi “Bakcell” noyabrın 6-dan 11-nə kimi Bakıda “YARAT” Müasir İncəsənət Məkanı tərəfindən keçirilən ikinci M.A.P. (musiqi, incəsənət və performans) Beynəlxalq Teatr Festivalının baş sponsoru olub.

“Artıq ikinci ildir ki, “Bakcell” M.A.P. Festivalının baş sponsorudur. Keçən il olduğu kimi, bu ilin tamaşaları da böyük uğur qazanıb və bütün yaş qruplarında olan teatr və performans həvəskarları tərəfindən böyük maraqla qarşılanıb. Fikrimcə, bu festival həm yerli, həm də beynəlxalq müstəvidə olduqda vacib bir tədbirdir. Yüksək səviyyədə təşkil edilmiş bu təşəbbüsə görə “YARAT” Müasir İncəsənət Məkanına “Bakcell” adından təşəkkürümüzü bildirmək istərdim. “Bakcell” şirkəti Azərbaycanda musiqi və incəsənətin inkişafına və ölkənin gəncləri arasında mədəniyyət və incəsənətin təbliğ edilməsinə töhfə verməyə davam edəcək”, - deyə “Bakcell” şirkətinin baş icraçı direktoru Nikolai Beckers qeyd edib.

Ünsiyyət, təhsil, bilik və təcrübə mübadiləsi platforması olan M.A.P. Festivalı tamaşaçı auditoriyasına müasir teatr formalarının geniş diapazonu ilə tanış olmağa kömək etmək məqsədilə özündə müxtəlif teatr nümunələrini birləşdirir. Builki festival çərçivəsində İtaliya, Danimarka, Estoniya, Almaniya, İran, Yaponiya, İsveçrə, Rusiya və Birləşmiş Krallıqdan olan nüfuzlu teatr qurumlarının 16 tamaşası təqdim olunub. Festival zamanı nümayiş etdirilmiş unikal tamaşalar ictimaiyyətin böyük marağına səbəb olmaqla Azərbaycanın teatr həvəskarlarına unudulmaz təəssüratlar bəxş edib. Tamaşaları müşayiət edən zəngin ustad dərsləri və mühazirələr yeni fəaliyyətə başlayan rejissorlar, aktyorlar, dramaturqlar və digər peşəkarların öz həmkarları ilə görüşməsinə və fikir mübadiləsi aparmasına imkan yaradıb.

“Biz qarşımıza incəsənət vasitəsilə sərhədləri aradan qaldıran, mədəniyyətləri birləşdirən, insanları bir araya gətirən və dünyanın müxtəlif yerlərindən müasir teatr tamaşaları ilə tanış olmağa imkan verən festival keçirmək məqsədi qoymuşduq. Builki M.A.P. Festivalının uğuru bir daha göstərdi ki, bütün yaş təbəqələrinə aid Azərbaycan tamaşaçılarının müxtəlif teatr janrlarına böyük marağı var. Bu, ölkəmizdə incəsənət və mədəniyyətin inkişafına yönəlmiş fəaliyyətimizi davam etdirmək üçün bizə əlavə stimul verir. M.A.P. Festivalını növbəti dəfə dəstəklədiyi üçün “Bakcell”ə öz dərin təşəkkürümü bildirirəm. Artıq ikinci ildir ki M.A.P. Festivalının baş sponsoru qismində çıxış etməsi “Bakcell” şirkətinin Azərbaycanda incəsənət və mədəniyyətin inkişafına verdiyi töhfənin bariz nümunəsidir”, - deyə “YARAT” Müasir İncəsənət Mərkəzinin bədii direktoru Suad Qarayeva-Maleki bildirib.

Azərbaycanın payız təqvimində əlamətdar yer tutmuş M.A.P. Festivalı teatrın Azərbaycanın mədəni həyatında öz əvvəlki nüfuzunu və əhəmiyyətini qaytarmasına xidmət edib.

Milli telekommunikasiya operatoru olan “Bakcell” ölkədə irimiqyaslı və nüfuzlu mədəniyyət layihələrinə daim dəstək göstərir.

“Bakcell” şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Şirkət öz abunəçilərinə ən mükəmməl 4G/LTE mobil internet xidməti göstərir.

“Bakcell” şirkətinin 4G şəbəkəsi artıq bütün Bakı və Abşeron ərazisi daxil olmaqla ölkənin 40-dan çox rayon və şəhər mərkəzlərində mobil operatorun abunəçilərinə ən üstün müştəri təcrübəsi təmin edir.

7000-dən artıq baza stansiyası vasitəsilə “Bakcell” şəbəkəsi əhalinin 99 faizini, ölkə ərazisinin isə 93 faizini (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. Mobil rabitə şəbəkələrinin müqayisəli testləri (bençmarkinq) sahəsində beynəlxalq lider və ən etibarlı müstəqil təşkilat olan “P3 Communications” şirkəti tərəfindən “Bakcell” şirkəti Azərbaycanda sınaq nəticələrinə görə, ən yaxşı şəbəkə adına layiq görülüb (“Best in Test”). 2018-ci ildə şirkət “Azərbaycanın ən sürətli mobil şəbəkəsi” adına layiq görülüb. Bu mükafat bütün dünyada tanınmış “Ookla” şirkəti tərəfindən “Bakcell”ə Azərbaycan Respublikası ərazisində ən sürətli mobil internet xidmətlərinin göstərilməsinə görə təqdim edilib.

“Bakcell” və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, “www.bakcell.com” internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün “www.bakcell.com/az/news” (və ya ingilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Qeyri-Bakcell abunəçiləri isə (012) 498-89-89 nömrəsinə zəng etməklə “Bakcell”in məhsul və xidmətləri haqqında məlumat əldə edə bilərlər.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
14.12.2018
13.12.2018